Qonaq Kitabı
BAYBURANIN OĞLU BAMSI BEYRƏK

Mütləq heç nə söyləmədi,

Kafərləri qırdığından

Söz demədi.

Çox çəkmədən bəzirganlar

Yetişdilər, baş endirib

Bəyə səlam söylədilər.

Gördülər kim o, igid ki,

Baş kəsibdir, qan tökübdür,

Mal saldırıb, Bayburanın

Sağ yanında oturmuşdur.

Bəzirganlar yügürdülər,

İgidin əlin öpdülər,

Belə etcək Baybura bəy

Acıqlandı, tacirlərə

Baxıb aydır:

– Mərə, qavat uşaqları, 

Məgər ata duran yerdə 

Oğlanın əlin öpərlər?

Bəzirganlar ayıtdılar:

– Xan,

Bu igid

Yoxsa sənin oğlunmudur?

– Bəli, mənim oğlumdur o.

– Onun əlin öpdüyümüzə,

Xan bizlərdən inciməsin.

Sənin oğlun olmasaydı,

Var yoxumuz Gürcüstanda

Getmiş idi, özümüzsə

Dustaq olub tutulmuşduq.

Baybura bəy, burda aydır:

– Mərə, mənim oğlum məgər

Başmı kəsdi, qanmı tökdü?

– Bəy sağ olsun, sənin oğlun 

Baş da kəsdi, qan da tökdü.

Mal saldırdı, söylədilər.

– Mərə, deyin, bu oğlanın

Ad qoymağa layiqi var?

– Sultanım bəy, bəli ondan

Artıqlaşa layiqi var!

Söylədilər.

Baybura bəy Qalın Oğuz

Bəylərini çağırıban

Qonaqladı. Qorqud Dədə

Varıb gəldi, boz oğlana

Ad qoyuban belə dedi:

– Sözüm dinlə, Baybura bəy,

Tanrı sənə bir igitmən

Oğul vermiş, tuta versin!

Ağır bayraq götürəndə,

Müsəlmana arxa dursun!

Qarşı yatan qara qarlı

Dağlarından aşar olsa,

Tanrı-taala aşıt versin!

Qanlı-qanlı gur sulardan

Keçər olsa, keçid versin!

Qalabalıq çağlarında

Kafərlərə girən zaman,

Tanrı özü bu oğlana

Dayaq olub fürsət versin!

Sən oğlunu bamsım deyə,

Oxşadınsa, bunun adı

Boz ayğırlı Bamsı olsun!

Adını mən verdim, yaşın

Ulu Tanrı versin!

 

Qalın Oğuz ərənləri

Əl götürüb dua qılıb,

Yarəb, bu ad bu oğlana

Qutlu olsun! – söylədilər.

Sonra hamı ova mindi.

Boz ayğırın çəkdiribən

Bamsı mindi, nagahandan

Oğuzların qarşısına

Böyük sürü keyik çıxdı.

Bamsı Beyrək birisini

Qovar getdi. Qova-qova

Bir məhələ gəldi çıxdı.

Nələr gördü?

Göy çayırın üzərində

Qırmızı bir otağ gördü,

Öz-özünə:

 – “Yarəb, bu ev kimin ola?”

Düşünərək, alacağı ala gözlü

Dilbər qızın olduğundan,

Xəbəri yox. Nə olursa,

Olsun, deyə, hələ varıb

Öz ovumu alım, – dedi.

Keyigini sınırlarkən,

Al otağın qapısına

Ayrış gəldi, baxdı, gördü,

Bu al otağ beşikkəsmə

Nişanlısı, yavuqlusu

Banıçiçək olağı imiş.

Banıçiçək otağından

Baxır idi, çağırıban belə deyir:

– Dayələrim, görünüz bu

Qavat oğlu qavat bizə

Ərlikmi göstərmək, istər?

Varın bundan pay diləyin

Hələ görək nə söyləyir.

Qısırca Yengə deyirlər

Xatın vardır,

İrəli varıb pay dilədi:

– Hey, bəy igid, bizə daxı

Bu keyikdən pay ver! – Dedi.

Beyrək aydır:

– Dayə, ovçu deyiləm mən,

Bəy oğluyam, hamısı da

Sizin olsun.

Lakin, sormaq eyib olmasın,

Bu al otağ kiminkidir?

– Bəy igidim, bu al otaq

Baybican bəy qızı olan

Banıçiçək xanımındır.

Bunu decək Beyrəgin

Qanı qaynar,

Ədəb ilən

Geri dönər.

Qızlar gəlib ovu çəkib

Gözəllərin padişahı



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info