Qonaq Kitabı
BAYBURANIN OĞLU BAMSI BEYRƏK

Sovrulmuşdu, çağladı axı!

Qaba-qaba ağacların

Qurumuşdu, yaşardı axı!

Töylə-töylə şahbaz atın

Qarımışdı, qulan verdi.

Qızıl-qızıl dəvələrin

Qarımışdı, köşək verdi.

Ağ ağılda ağ qoyunun

Qarımışdı, quzu verdi.

On altı il həsrətini

Çəkdigin Beyrəgin gəldi.

Qayın ana, qayın ata

Mənə muştuluq verərsiz.

Beyrəgin ata-anası söylədilər:

– Ağzın üçün, dilin üçün 

Ölək sənin, gəlincigim!

Sən gəldiyin yollara biz 

Qurban olaq, gəlincigim!

Yalan isə, bu sözlərin

Doğru olsun, gəlincigim!

Sağ-əsən çıxıb gəlsə,

Qarşı yatan qara dağlar

Sənin üçün yaylaq olsun,

Soyuq-soyuq sularımız 

Sənin üçün içit olsun,

Bütün qulum-xəlayıqım

Sənin üçün qırnaq olsun,

Şahbaz-şahbaz ayğırlarım

Sənin üçün minik olsun,

Qatar-qatar dəvələrim

Sənin üçün yükəlt olsun,

Ağayılda ağ qoyunum 

Sənin üçün şülən olsun,

Altun-ağçam, bol xəzinəm

Sənin üçün xərclik olsun,

Qara başım sənin üçün

Qurban olsun, gəlincigim.

Bu məhəldə Beyrəgi gətirdilər.

Salur Qazan: – Bəybura bəy,

Muştuluq ver, oğlun gəldi!

Bəybura bəy: – Mənim oğlum

Olduğunu ondan billəm

Serçə barmağın qanatsın,

Qanını dəsmala sürtsün,

Onu gözlərimə qoysun,

Açılarsa, billəm ki,

Oğlum Beyrəkdir.

Çün atası ağlamaqdan

Gözləri görməz olmuşdu.

Dəstmalı gözünə silcək

Haqq-taala qüdrətiylə

göz açılıb görər oldu.

Ata-ana gülüşübən

Beyrəgin ayağına döşəndilər,

Onda belə söylədilər:

– Oğul, oğul, dünlügü

Altun ban evimin, dirəgisən,

Qaza bənzər qız-gəlinim çiçəyisən,

Görər gözüm aydınısan,

Tutar belim qüvvətisən,

Qalın Oğuz imrəncisi,

Canım oğul, gözüm oğul!

Deyə, çoxlu ağladılar,

Allaha şükür qıldılar.

Yalançı oğlu Yalancıq

Bunu eşidib Beyrəgin

Qorxusundan qaçıb-gedib

Meşəliglərdə gizləndi.

Beyrək isə dalısınca

At salaraq meşəligə

Gəlib çatdı, aydı:

– Mərə, varın od gətirin!

Od gətirib qamışlığa

Od vurdular, Yalancıq

Gördü yanacaq, meşədən çıxdı,

Beyrəgin ayağın öpdü,

Qılıncı altından keçdi,

Beyrək onu bağışladı.

Qazan aydır: – Haydı, gəl sən

Muradına yetişgilən!

Beyrək aydır: – Otuz doqquz

Yoldaşımı hasardan qurtarmayınca, 

Muradımı almağım yox.

Salur Qazan: – Oğuzlardan

Məni sevən yetsin, dedi.

Qalın Oğuz ərənləri

Atlandılar, Bayburdun

Hasarına axın oldu,

Kafər daxı qarşı durdu.

Mərd igitlər arı sudan

Abdəst alıb iki rükət

Namaz qılıb, alınların

Yerə qoyub, adı gözəl

Məhəmmədi yad etdilər.

Gumbur-gumbur nağaralar

Döyüldü, bir qıyamət savaş oldu, 

Meydan dolu baş oldu.

Şöklü Məlik padşahı

Salur Qazan böyürdübən

Atdan saldı, qara təkur

Sərkərdəni, Dəli Dondar qılıcladı 

Yerə saldı, Qara Aslan məliyi də 

Qara Budaq vurdu saldı.

Dərələrdə təpələrdə

Kafərlərə qırğın girdi,

Bütün yeddi kafər bəyi qılıclandı.

Salur Qazan, Bamsı Beyrək,

Qara Budaq, Dəli Dondar,

Qazan bəyin oğlu Uruz

Hasara yürüş apardılar.

Beyrək otuz doqquz yoldaşını

Əsən gördü şükür qıldı.

Kafərlərin kilisasın

Yıxdılar, yerinə məçid

Yapdılar, keşişlərin

Öldürdülər, ban banladıb

Ulu Tanrının adına xütbə oxudub,

Quşun ala qanadını

Daş-qaşların irisini,

Qız-gəlinin göyçəyini,



 
[ 1-15 ] [16] [17] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info