Qonaq Kitabı
BAYBURANIN OĞLU BAMSI BEYRƏK

Çəkim yayı, atım oxu,

Məgər hamı kürəkənin

Üzügünü nişan qoyub 

Atardılar. Beyrək isə

İlk oxuyla Yalancıqın

Üzügünü pərəm-pərəm paraladı.

Qalın Oğuz ərənləri 

Bunu görcək əl çaldılar, gülüşdülər.

Qazan bəy uzaqdan durub 

Bu işləri seyr edirdi.

O Beyrəgi çağırtdırdı,

Dəli ozan çıxıb gəldi

Baş əndirdi, bağır basdı,

Salam verdi, belə söylədi:

– Alan sabah səfa yerdə tikiləndə, ağban evli,

Ətləs ilə yapılanda, göy seyvanlı,

Töylə-töylə çəkiləndə şahbaz atlı,

Çağırıban dad verəndə, bol çavuşlu,

Yayxananda yağ tökülən, bol nemətli,

Qalmış igit arxası,

Bezə miskin umdu,

Bayandır xanın köygüsü,

Tülu quşun yavrusu,

Türküstanın dirəyi,

Amit soyunun aslanı,

Qaraçuğun qaplanı,

Qonur atın yiyəsi,

Xan Uruzun babası,

Salur Qazan!

Ünüm anla, sözüm dinlə,

Alan sabah durmuşsan,

Ağ ormana girmişsən,

Ağqovağın budağından

Yırğayıban qırmışsan,

Canbacığın əymişsən,

Oxcığazın qurmuşsan,

Adın gərdək qoymuşsan.

Sağda oturan sağ bəylər,

Solda oturan sol bəylər,

Eşikdəki inaqlar,

Ortada oturan xas bəylər,

Toy-düyünüz mübarək!

 

Belə decək, Qazan aydır:

– Dəli ozan, dilə məndən nə dilərsən,

Çətirli otaq istərsən,

Qul-qaravaş istərsən,

Ya altun-axca istərsən?

Hər nə istərsən, verərəm.

 

Beyrək aydır: – Sultanım bəy, 

Məni qoysan şülən yeməginə varsam,  

Qarnım acdır, doyursam.

Qazan aydır: – Dəli ozan,

Dövlətin basdı. Bəylər,

Bu günkü bəyligim bunun olsun, 

Qoyun hara getsə, getsin, 

Nə eyləyirsə, eləsin.

Beyrək yemək şüləninə sarı gəldi,

Qarnın doyurduqdan sonra

Döndü qazanları təpdi,

Tökdü, yıxdı kimin sağa

Kimin sola, vurdu atdı,

Sağ gedəni sağa aldı,

Sol gedəni sola çatdı,

Haqlılar haqqına çatdı,

Haqsızlar üz qarasına.

Qazan bəyə xəbər oldu:

– Sultanım xan, dəli ozan

Yeməkləri təpdi, tökdü, qarışdırdı.

İndi qızlar məclisinə varmaq istir, 

Qazan aydır: – Mərə, hara varmaq istər,

Qoyun varsın.

Beyrək qalxdı, qızların yanına gəldi,

Zurna çalanları qovdu,

Nağaraçıları vurdu,

Kimin döydü, kimisinin başın yardı, 

Otağa yaxın oturdu.

Boyu uzun Burla Xatın

Bunu görüncə qaqqıldar.

Aydır: – Mərə, dəli qavat,

Söylə, sənin həddin nədir,

İcazəsiz mən olduğum 

Yerdə gəlib oturasan?

Beyrək aydır: – Xanım, mənə

Qazan bəydən buyuruq oldu,

Kimsə mənə dolaşmaz.

Xatın aydır: – Mərə, çünkü

Qazan bəydən buyruq oldu

Qoy otursun.

Nə istəyirsən? – Deyə, soruşdu.

Beyrək aydır: – Xanım, məqsudum

Odur ki, qopuz çalım,

Ərə varan qız oynasın.

Qısırca yengə adında bir

Xatın var. Dedilər: – Yengə,

Dur oyna. Dəli ozandı nə bilir?  

Qısırca yengə doğruldu:

– Mərə, ozan, ərə varan qız

Özüməm, çal oynayım.

Beyrək qopuza əl qoydu

Belə dedi: – And içmişəm,

Qısırına mindigim yox,

Qaravaşa vardığım yox,

Öküz ardında sarvanlar sənə baxar, 

Bildir-bildir gözlərinin yaşı axar.

Sən onların yanına var,

Muradını onlardan al,

Səninlə mənim işim yox.

Ərə varan qız qalxsın,

Mən qopuz çalım, oynasın.

Yengə aydır: Bu zavala gəlmiş dəli 

Məni görmüş kimi söylər.

Vardı yerində oturdu.

Boğazca Fatma deyirlər

Bir xatın var, ona dedilər,

Dur, oyna. Qızın xəftanını geydi:

– Mərə, ozan, çal oynayım, 

Ərə varan qız özüməm.

Beyrək aydır: – And içirəm



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info