Qonaq Kitabı
QARACIQ ÇOBAN

 

– Ağzın qurusun, çoban!

Dilin çürüsün, çoban!

Qadir qəbrivi qazsın,

Alnıva qada yazsın.

Nə deyib, nə söylərsən?!

Çəkin, bu pis xəbərdən!

 

İgid çoban tutuldu,

Ürəyi dərdlə doldu:

– Nə deyirsən, Xan Qazan,

Səndə yoxmudur iman?!

 

Qarqama məni, bəsdi,

Sözün bağrımı dəldi.

Altı yüz yağı dəxi

Mənim üstümə gəldi.

 

Dağ tək dayandım, durdum,

Üç yüzün tökdüm, qırdım.

Üç yerdən yaralandım,

Yıxılmadım, dayandım.

Gözünə saldım qada,

Vermədim bir toğlu da.

Büküldü qara başım,

Öldü iki qardaşım.

Usandım, qaldım yalqız,

Tək və tənha, qayğısız.

Göyə ucaldı ahım,

Demək, budur günahım?!

 

Çobanı qəhər tutdu,

Saxlaşdı, hirsin uddu.

Üzündə acı kədər,

Daha söylədi nələr:

 

– Altındakı qonur atın vergil mənə,

Atmış tutam kəndirini vergil mənə,

Ağ-alaca qalxanını vergil mənə,

Qara polad qılıncını vergil mənə,

Sadaqından səksən oxun vergil mənə,

Ağca tozlu qatı yayın vergil mənə

Düşmənin üstünə yel olum əsim,

Yenidən doğanın öldürüm, kəsim,

Yenimlə alnımın qanını silim,

Gərək olsa, sənin yolunda ölüm,

Qadir qoysa, alım evin-eşiyin,

Gecə-gündüz özüm çəkim keşiyin!

 

Xan Qazan mat-mat baxdı,

Nə dindi, nə söylədi.

Çobanın cavabında

Bir söz dəxi demədi.

 

Qonuru qamçıladı,

Yolun tutdu, yollandı.

Çoban isə Qazanın

Dalısınca tovlandı.

 

Xan döndü, dalı baxdı:

– Oğul Çoban, sən hara?

– Sən evin üçün, mən də

Qardaş qanı almağa!

 

Qazan dayandı, qaldı,

Düşündü, fıkrə daldı:

– Əgər çobanla varsam,

Ev-eşiyimi alsam,

Sabah bu mənə bəlkə

Toxunc olacaq yekə.

Bütün Oğuz bəyləri,

Ərənləri, ərləri

Mənə qaxınc qaxacaq,

Söyləyəcəklər ancaq:

“Gər çoban olmasaydı,

Qazanla varmasaydı.

Düşmənə varanmazdı,

Evini alanmazdı”.

 

Cilovu çəkib durdu

Çobanına hey vurdu:

 

– Mərə, çoban, mən acam,

Yeməyə varmı nəsnə?

– Bəli, ağam, bir quzu

Bişirmişəm dün gecə.

 

Aşağı düş atından,

Burda bir az dincələk,

Bu ağacın dibində

Əyləşək, açım yeyek! –

 

Deyə, quzunu çoban

Çıxartdı dağarcıqdan,

Süfrəsini açarkən,

Qazan yüyürdü birdən

Çobanı yaxaladı,

Bir ağaca bağladı:

 

– Qulaq as, mərə, çoban,

Qarıncığın acmadan,

Gözlərin qaralmadan,

Yuxu səni almadan

Bu ağacı dart qopar,

Çalış canıvı qurtar.

Yoxsa, gecəyə qalsan,

Yuxun gəlsə, yuxlasan,

Qurdlar səni dağıdar,

Quru sümüyün qalar!

– Deyə, Qazan atlandı,

Yolun çəkdi yollandı.

 

Uzaqlaşdıqda Qazan,

Nər çoban, aslan çoban

Kürək verdi qıyqacı,

Canlı qaba ağacı

Kəl kimi burxdu, dartdı,

Yerli-dibli qopartdı,

Aldı düzəldi yola.

Bəy döndü baxdı dala,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info