Qonaq Kitabı
QARACIQ ÇOBAN

O lal olmuş dilini

Çıxarardım ağzından!

Al qanıvı axıdıb

Üzərdim boğazıvı,

Sürtərdim qara yerə

O yumulmuş ağzıvı!

Acı ölümün dadın

Dadızdırardım sənə,

Utan, ana, bu sözlər

Nədir, deyirsən mənə?!

Amandı, qadın ana!

Bu işdən sakın, ana!

Yolma qara başıvı,

Axıtma göz yaşıvı,

Qoy çəngələ aslanım,

Qiymə-qiymə doğranım,

Ətimi bişirsinlər,

Sizə “Yeyin!” – desinlər,

Qırx bəy qızı bir yesə,

Yegilən dönə-dönə,

Qoy bu alçaq azğınlar

Səni tanımasınlar.

Amandı, ana, gözlə,

Amandı, ana, sakın,

Amandı, qorugilan

Namusun bəy babamın!

 

Uruz ürəklənərək

Yaşardı qara gözü,

Yanar od kimi pörtdü

Sıxıntıdan gül üzü.

Namuslu igid oğlun

Sezdi namuslu ana,

Köksündə ana qəlbi

Alışıb yana-yana.

Doğransa da ürəyi,

Səs çəkib ağlamadı.

Qızıl qanı axsa da,

Yarasın bağlamadı.

Yoldu boyun-qulağın,

Qarışdı qırx qızlara,

Dayandı toxtaq-toxtaq

Cigər qan, ürək yara.

 

Baxıb toxtaq gördükdə,

Mərd igid mərd ananı,

Fərəhləndi, öyündü,

Duruldu qara qanı:

– Qadın ana, mərd ana,

Sağ olsun ərəb atlar!

Bir ilxıdan bir qulan

Olsa, olmasa nolar?!

 

Sağ olsun qatar-qatar

Qızıl-qızıl dəvələr,

Qəltəbandan bir köşək

Olsa, olmasa nolar?

 

Sağ olsun ağca-ağca,

Sürü-sürü qoyunlar!

Sürüdən bir quzucuq

Olsa, olmasa nolar?!

 

Sən sağ ol, qadın ana,

Əsən olsun bəy babam!

Mənim kimi bir oğul

Nolar olsam-olmasam?!

 

* * *

Düşmən Uruzu aldı

Ürəkdə qara kinə,

Çəkə-çəkə gətirdi

Qənarənin dibinə.

 

– Mərə, namərdlər, aman!

Haqq-Tanrıya yox güman,

Mənə möhlət veriniz

Söyləşim bu ağaclan! –

 

Deyə, dar ağacıylan

Söyləşir igid oğlan:

 

– Ağac, ağac, dinlə, qulaq as mənə,

Neçə kəlmə söz gəlibdi sinəmə,

Ancaq ağac-ağac söyləsəm sənə,

Çox da çox öyünüb ərlənmə, ağac!

 

Mərd igidin mərd olarsa, yağısı,

Unutmaz insafı, arı, namusu,

Doğmanın birisi, yadın hamısı,

Kəbənin evinin qapısı ağac!

 

Namərdin toyudur – igidin yası,

Tökülüb üzünün şərmü-həyası,

Silinməz könlümün qubarı, pası,

Musayi-Kəlimin əsası ağac!

 

Bir deyil namərdlə mərdin ölçüsü,

Sərvətdi dünyada eybin örtüsü,

Müxənnət nə bilir yaxşını-pisi,

Köpüklü suların körpüsü ağac!

 

Atəşim əridir dəmiri, misi,

Min yaddan iyidir qardaşın pisi!

Dərilməmiş qaldı ömrün zəmisi,

Qara dənizlərin gəmisi ağac!

 

Qarış-qarış gəzdim kəndi, şəhəri,

Mərdi darda gördüm, namərdi cəri,

Alıcı quşların qırılıb pəri,

Əli Düldülünün yəhəri ağac!

 

Batıb axıntılı suların səsi,

Göyə qalxıb məzlumların naləsi,

Zəmanə əyildib nakəsə, kəsi,

Əli qılıncının qəbzəsi ağac!

 

Mərdin evi olub namərd eşiyi,

Aslana yurd olub tülkü deşiyi,

Haqsıza verilib haqqın keşiyi,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info