Qonaq Kitabı
QARACIQ ÇOBAN

Gördü gəlir çobanı,

Qaynadı coşdu qanı:

 

– Mərə, hara gəlirsən?

Bu ağacı neylirsən?

 

– Sən vuruşub acarsan,

Mən isə bu ağacdan

Orda ocaq yaxaram,

Sənə yemək yaparam.

 

Bu söz bəyə xoş gəldi,

Atından yerə endi.

Əlin açdı çobanın,

Əyildi öpdü alnın:

– Qadir qoysa, sağ qalsam,

Ev-eşiyimi alsam,

Sənə bəylik verərəm,

Miraxur eyləyərəm.

Atlandılar yortdular,

Ağ yel kimi getdilər.

 

* * *

Şöklü Məlik bu taydan

Kefi saz, şən-şadman,

Böyük bir məclis qurub

Yeyib-içib oturub,

Üzün bəylərə tutur,

Ərlənir qatı qusur:

– Bilirsizmi, Qazana,

O barışmaz düşmana

Nə heyif etmək gərək?

Xatınını gətirmək,

Məclisdə mey paylasın,

Sığraq versin, oynasm.

 

Məlikin bu fərmanın

Eşitdi Burla xatın.

Mərd nərin mərd mayası,

Körpə aslan tayası,

Sərt qayalar ceyranı

Oğuzun qızlar xanı,

Gün gözünə qaraldı,

İgid bağrı daraldı,

Axıtdı qanlı yaşın,

Çağırdı qırx yoldaşın.

Düşündü, fıkir gördü,

Öyrətdi, öyüd verdi:

– Hankınızı tutalar,

Tutuban soruşalar:

– Xatını kimdi bəyin?

Məni nişan verməyin.

Qırxınız qırx tərəfdən

Hamı birdən deyin: – Mən!

Dayanıb durub hamı,

Gəldi şahın adamı

Soruşcaq: – Xatın kimdi?

Huyuxuban diksindi.

Qırx yerdən səs gəldi: – Mən!

Avara qaldı gələn,

Baxdı, baxdı qəyitdi,

Şahın yanına getdi:

– Yapışdıq hər birindən,

Cavab gəldi qırx yerdən,

Nə qədər əcz eylədik,

Hankısıdır bilmədik.

 

Şöklü Məlik hirsləndi.

Darıldı, qəzəbləndi:

 

– Varın, Uruzu basın,

Boğun, çəngələ asın,

Doğrayın qiymə-qiymə,

Düzəldin qara qiymə.

Qırx bəy qızına verün,

Göz qoyub, baxın görün,

Hansı yeməsə, odur,

Gətirün, bədir-bədir

Sığraq sürsün, oynasın,

Məclisdə mey paylasın!

 

Burla bunu duyunca,

Süzdü gəldi, yavaşca

Oğlancığın səslədi,

Nə dedi, nə söylədi:

 

– Oğul, oğul, vay oğul,

Əmək oldu zay, oğul!

 

Dünyaya gətirdiyim,

Bəsləyib yetirdiyim,

Evimin yaraşığı,

Gözlərimin işığı,

Yağının felin duydum,

Qutum qurudu, öydüm.

Şöklü şah hökm eyləmiş,

Yalan sözlər söyləmiş,

Buyurmuş, səni, bala,

Anan qurbanın ola,

Qənarəyə assınlar,

Qiymə-qiymə yarsınlar,

Pişirsinlər çığırtma,

Versinlər mən yazığa.

Yeməyim, tanısınlar

İstəyiri o murdar.

Evin yıxsın anavın,

Başı lovlu atavın

Namusun ləkələsin,

Başına kül ələsin.

Dilim ağzımdan düşə,

Nə deyirsən bu işə?

 

Uruz hirsindən əsir,

Dişi dodağın kəsir:

– Ağzın qurusun, ana,

Dilin çürüsün, ana!

Əgər analıq haqqı

Olmazdı xaliq haqqı,

İndi sənə neylərdim.

Tutardım boğazından,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info