Qonaq Kitabı
QARACIQ ÇOBAN

Hacətli gözlərin tökdüyü yaşlar.

Bağlı düyünləri açanmasa da,

Mənim gecəmı ki, işqlandırır.

 

Tozlu püsüzləri piylə doldurub,

Yandırıram şamın son şöləsilə.

Bir anda abidə çırağban olur,

O sönən şamların güdazəsilə

 

İşıq qaranlığı qovur eşiyə,

Görünür bir səkkizbucaqlı bina.

Onumu qorudur mərmuz[2] bir cəzbə,

Könül məftün olur baxdıqcan ona!

 

Taxçalarda yığın-yığın kar-kağaz,

Cilidli-cilidsiz, köhnə kitablar.

Basılıb, başına torpaq ələyib,

Zamanlardan əsib gələn ruzgar.

 

Savadsız, yazısız sadə ellərdə

Qədimlərdən qalma bir adət də var.

O hər cür kitaba, hər cür basqıya,

Nədənsə müqəddəs göziylə baxar.

 

Ona hörmətəlidir hər yazı, hər xətt,

Nə yandırmaq olar, nə atmaq olar.

“Şübhəli əllərdən” ehtiras – deyə,

Qaçırdar məscidə, ocağa qoyar.

 

Ona görə də bu biğülələrdə,

Bəzən doğrudan da abidələr var.

İnsan duyğusunun xəzanələrin,

Bu viranələrdən axtarmaq olar.

 

Gah da görürsən bir mücavirin

Faciə qoparar ziyankar əli.

Anlamaz-anlayar yer qazar, quylar

Kar-kağaz qarışıq, bu inciləri.

 

İçimdə dərin bir axtarış hissi

– Kitabları axtar! – Deyə, bağırır!

Elə bil görünməz bir səs, bir nida

Taxçanın içındən məni çağırır.

 

Kitabları bir-bir açıb baxıram,

Cürbəcür Qurandır ancaq çoxusu.

Bir an nəfəsimi dalı qaytarır,

Qalxan toz-torpağın acı qoxusu…

 

Bu da meşin cilid, qalın bir bəyaz,

Deyəsən, köhnə bir əlyazmasıdır.

Boz vəraqlarına qonan ləkələr,

Tək toz-torpaq deyil, zaman pasıdır.

 

Tüstülü püsüzün dar işığında

Açıram qarşımda köhnə bəyazı.

Burnumda kifsəmiş kağızın iyi,

Gözümü oxşayır gözəl bir yazı.

 

Gözüm dolandıqca vəraqlarında,

Bəyazdan bir qapı açılır mənə.

Qapıda sankı bir at bağlanıbdır,

Məni aparacaq başqa aləmə.

 

Xəyalım sıçrayır atın belinə,

Baxışlarım cilov, gözlərim yüyən.

Yorturam keçmişin dərinlərinə,

Çaparaq çıxıram zaman qeydindən.

 

Günlər, aylar, illər dalı qayıdır,

Qalxır məzarından ulu babalar.

Qarıcıq analar qolların açır,

Məni qarşılayır ellər-obalar.

 

Adamı, tanyıan yerdə qurd yesin,

Hamısı birbəbir üzümdən öpür.

Uruz pıçıldayır Dəli Dondara:

– “Bilməm neçminci nəvəsiyəm mən?”

 

Azərlər yurdunun şen düzlərində,

Alaca seyvanlar yenə qurulur.

Şərəfimə böyük qonaqlıq olur,

Dəvələr kəsilir, qoyun qırılır.

 

İtı şərabların ağzı açılır,

Ocaqlar yaxılır, kabablar pişir.

Hər an yeni dəstə yetişir yoldan,

Ərənlər, xatınlar atlardan düşür.

 

Əllərdə sürahi incə gözəllər,

Su sonası kimi süzür – sallanır.

Dolub boşaldıqca zər piyalələr,

Yanaxlar güllənir, tutur – allanır.

 

Ceyran sürüsü tək qızlar-gəlinlər

Gülüşür, qaçışır çəmənlər üstə,

Gahdan da toplanıb dövrə qururlar,

Əlvan çiçək kimi dəstəbədəstə.

 

Ərdəmli igıdlər, qadın analar,

Kimi söhbət açır, kimi saz çalır.

Kimi at oynadır, kimi ox atır,

Elin şənlik səsi ərşə ucalır.

 

Görək kimlər gəlir qonaqlığıma:

Əsrin adlı-sanlı qəhrəmanları.

Qarıcıq analar, qoca babalar,

Oğuz soylarının, ulu xanları.

 

Bayındır xan gəlir, Bəy Uruz gəlir,

Qaragünə gəlir, Xan Qazan gəlir,

Qıyan Səlcuq gəlir, Beyrək gəlir,

Dəli Domrul gəlir, Buğac xan gəlir...

 

Mərifət yolunun aydın çırağı,

Qocalar qocası, ellər atası.

Bizə miskinlərin umud dayağı,

Bütün müşgüllərin müşgülgüşası.

 

Qorqud Dədə gəlir, əlində qopuz,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info