Qonaq Kitabı
QARACIQ ÇOBAN

 

Gəldi ellər atası –

Ərənlərin ərəni,

Qocaların qocası,

Oğuzun başbiləni —

Qocaman Qorqud Dədə.

Söz qoşdu, boy boyladı,

Könül xoş, qopuz əldə

Saz çaldı, söy söylədi.

 

* * *

Hardadı, indi hanı

O öydüyüm ərənlər?

Hara getdi, necə oldu

“Dünya mənim!” deyənlər?

 

Ay dolandı, gün keçdi,

Ərləri əcəl aldı,

Qonan karvanlar köçdü,

Bu dünya bizə qaldı.



[1] P ü s ü z – neft lampası.

[2] M ə r m u z – rəmzlərlə yazılmış, şifrələnmiş.

[3] T i b i r – tədbir.

[4] S a s ı – murdar, iyli, üfunətli.

[5] M ə r z – sərhəd.

[6] X ə f t a n – qaftan.

 



 
[ 1-15 ] [16] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info