Qonaq Kitabı
QARACIQ ÇOBAN

Gecədır, aləmə çöküb qaranlıq,

Üfüqlər tapdanıb yerə yamanıb.

Hər yan, “qu vurursan, qulaq tutulur”,

Fikir də, duyğu da, donub dayanıb.

 

Ay küsüb, üz qoyub Zöhrəyə sarı,

Günəş yolub, tökub zərli saçların.

Zülmət bayraq açıb yerin üzündə,

Dəyişib aləmın qayda-qərarın.

 

Bir çaqqal da hürmür, qurd da ulamır,

Bayquşlar da başın çəkib qınına.

Ölüm qanad gərib yerin uzünə,

Hər şey şübhələnir var olduğuna.

 

Kövşəni bürüyən sükut əlindən,

Sukut cana doyur, fəryada gəlir.

Darıxıb hövkürüb haray çəkirəm,

Dərələr diskinir, dağlar tərpənır:

 

– Ulduzlu göylərə, aylı göylərə,

Quzğun kimi qanad gərən buludlar!

Dumanlar içındən, çənlər içındən,

Canıxmış bir insan sizi haraylar!

 

Əhrimənlər, duzax qurub yolumda,

Qorxuram-qorxuram mən qaranlıqdan!

Dişin şaqqıldadır, bərəldir gözün,

Hər kolun dibindən, mənə bir şeytan.

 

Günəşi salsa da gecə quyuya,

Yenə də göylərdə, ulduz var, ay var.

Deyərlər, gecələr yoldan azanlar,

Ulduzlara baxıb, yolunu tapar.

 

Çəkilin, çəkilin, çəkilin aman!

Ömrümün göyündən çəkilin bir an!

Qoyun işıq salsın yollarıma ay,

Yolumu soruşum mən ulduzlardan.

 

Ulduzlar, ulduzlar, aman ulduzlar,

Nədən göz basmayıb parıldaşmırsız?

Hardasız? Harada itib-batıbsız,

Niyə sakit-sakit pıçıldaşmırsız?

 

Yoxsa batlaqlığa batıbdı Bəhram,

Keyvanın qüssədən bükülüb beli?

Ülkərin salxımı püsgündən düşüb,

Zöhrənin sazının qırılıb teli?

 

Sankı buludlar da yuxuya batıb,

Bəxtimdən göydə bir şimşək də şaxmaz!

Bostançı baba da baş atıb yatıb,

Çaxmağını çalmaz, fanarın yaxmaz!

 

Ulduzlar uzaqdır, səmalar dərin,

İnsana yerdəndi varsa, hər haray.

Yuz belə bağırsam, sıtqasam da mən,

Yolunu dəyişməz gunəş, ulduz, ay.

 

Hələlik bu mənəm, bu da qaranlıq,

Gözlərim bərəlir qara zülmətə.

Başın qaranlığa döyür baxışım,

Bəlkə bir yol aça nüraniyyətə.

 

Ancaq hər gecənin dalı gunduzdur,

Hər bir fəlaktin qurtuluşu var!

Həyatın yolları dərə-təpədır,

Hər yenişin isə, bir yoxuşu var.

 

Ürək çox dərdlənir, göz çox yaşarır,

Lakin həyat bütün dərd-qəm degil.

Bu acı günlərin, şirini də var,

Ömür tək toy deyil, tək matəm degil.

 

Hər dərdin davasın axtarmaq gərək,

Nə çıxar yıxılıb zarıldamaqdan?

Təlaşsız qolların qüvvəti olmaz,

Yol getməsə, çatmaz məqsədə insan!

 

Səhəri axtaran gecədən qorxmaz,

Alıram əlimə təlaş əsasın.

Əgər göydən yerə qətran yağsa da,

Üzüb geçməliyəm zülmət dəryasın.

 

Ümid hər nə qədər zəif olsa da,

Bütün düyünləri boşaldar, açar.

Ümid bir qığılcım, bir qor olsa da,

Tonqallar yandırar, alovlar saçar.

 

Yenə bağırıram, haray səsimdən,

Dərələr dillənir, dağlar səslənir.

Yer-göy fəryadımdan zinhara gəlir,

Qayalar diksinir, daşlar tərpənir.

 

Sankı bir işartı göz vurur mənə,

Uzaqda cansız bir işıq paralayır.

Elə bil gecənin ödü yarılır,

Ya da qaranlığın bağrı çatlayır.

 

İşıqdan uzanan zəif şüalar,

Bağlanır könlümə qızıl bir sap tək.

Məni də özüylə çəkir aparır,

O bir yumaq kimi, səritlənərək.

 

Qapı-pəncərəsiz bir abidə də,

Hansı niyazlı əl bir şam yandırmış.

Möhtac bir könülün boş ilticası,

Bu sönük ocağı işıqlandırmış?

 

Burda kim var mənə yol nişan verə?

Bir bərbad binadır, bir qurtarmış şam.

Bu şam çəkər olsa, son nəfəslərin,

Mütləq qaranlıqda, boğulacağam.

 

Hisli taxçalarda, saxsı püsüzlər[1],

Üstünə qatbaqat toz-torpaq qonub.

Yaxılan şamların istı göz yaşı,

Tökülüb, hər yanda laybalay donub.

 

Burda buz bağlayıb dönübdür daşa:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info