Qonaq Kitabı
PEYĞƏMBƏR

İ k i n c i r ə i s

Əvət, şu qurnaz oyunçu

Getdikcə tüğyan eyliyor.

 

P e y ğ ə m b ə r

(təxti-rəvana baqaraq)

Bilməm atıb heyvanları,

Omuzlarda gəzmək niçin?

Şu zavallı insanları

Yük altında əzmək niçin?

Halbuki zənginlə yoqsul

Bir topraqdan yaratılmış,

Bir sultanla, bir qara qul

Eyni çamurdan yapılmış.

 

R ə i s ə

(kəndi-kəndinə)

Ah, o gözlər bir oq kibi

Ta qəlbimə saplanıyor.

O bir fəzilət sahibi...

Xor baqanlar aldanıyor.

(Peyğəmbərə)

Ey, bana baq, söylənmə çoq,

Satın aldım bunları bən.

(Kölələri göstərir)

Altın versəm, hiç şübhə yoq,

Sən də əsirimsin həmən.

Nasıl ki, altunla öncə

Satın aldı qarın səni.

Yaşı keçmiş dul Xədicə

Söndürdü kəndi nəfsini.

Hiç öyünmə, əvət, altun

Sən deyil, susdurur hətta

Sənin hiçdən uydurduğun

O görünməz Tanrıyı da!

 

P e y ğ ə m b ə r

(həyəcanlı)

Xayır, xayır... Saqın, əsla

Aldanma! Parlaq vicdanlar,

Böyük duyğular pək başqa...

Altına satılmaz onlar.

Haqdan keçib, altın deyə,

Vicdanını satan səfil,

Yəhudi köpəyindən də

Alçaqdır, alçaq... eyi bil!

İnsanları bir-birindən

Ayıramaz altın, gümüş.

İştə bizi ayırd edən

Yalnız bilgidir, düşünüş...

 

Bu sırada birisi arqa tərəfdən Peyğəmbərin başına xurma yapraqlarilə örülmüş

dikənli bir tac qoyar. Ətrafdakılar istehzalı qəhqəhələrlə gülməyə başlar.

 

R ə i s ə

(əlindəki yelpazə ilə kölələrə “get” işarəti verir, gedərkən camaata)

Nə məraqdır sizdə bilməm,

Hər kəs gülər, həm də dinlər.

 

Camaatdan bir qaç qadın və çocuq Peyğəmbəri daşa basar.

 

C a m a a t

(kin və nifrətlə)

– Haydı, məcnun!

– Haydı, sərsəm!

– Haydı, yalançı peyğəmbər!

 

P e y ğ ə m b ə r

(dikənli tacı bir tərəfə atar, həyəcanlı, fəqət bir qədər mə’yus)

Ah, insanlıq nasıl enmiş...

Nasıl enmiş də, alçalmış!..

Vicdanların nuru sönmüş,

Könülləri vəhşət almış.

 

Peyğəmbər hənuz söyləməyə başlarkən camaat Birinci rəisin işarətilə çalğı çala-çala, oynaya-oynaya Rəisə getdiyi tərəfə doğru ilərilər və onun sözləri qurultuya qarışaraq anlaşılmaz olur. Çocuqlar və qadınlardan bir qismi yerdən daş parçaları alıb atar, qəhqəhələr, məsqərəliklər və kinayəli tevrlər ilə uzaqlaşıb gedərlər. Peyğəmbər əli alnında, mə’yus baqışlarla onların arqasınca baqıb düşünür.

 

N ə d i m ə

(geridə qalıb da şaşqın baqışlarla düşünüb duran Şəmsaya)

Şəmsa! Pək düşündün, yavrum,

Aman, gəl, nə olmuş sana?

 

Ş ə m s a

Anam, babam, qardaşlarım,

Hər kəs kin bəslərkən ona.

Ah, o gözlərdəki qüdrət

Həp təsxir edər könlümü.

 

N ə d i m ə

Pək böyük ondakı cür’ət,

İnan, yaqlaşmış ölümü.

(Şəmsanın qolundan tutar, gedərlər)

 

İ x t i y a r

(bütləri toplayıb içəri qoyar. Qapıyı qapayıb gedərkən Peyğəmbəri süzər və istehzalı qəhqəhəylə)

Uslanmadınsa, get, yenə

Bildiyin saçmayı söylə.

Kimsə uymaz sözlərinə,

Mə’yus olursun həp böylə.

Əmin ol ki, Lat və Üzza[ii]

Bir gün həddini bildirir.

Əlbət, sana layiq cəza

Hər nə isə çabuq verir

 

P e y ğ ə m b ə r

(acı bir həyəcan ilə)

Erkək, qadın, çoluq-çocuq

Hər kəs əylənib gediyor.

Sözlərimin tə’siri yoq,

Hər rast gələn tən ediyor.

Hər kəs gülər bana... Şaka

Sanırlar Tanrı əmrini.

Bir avuc əshabdan başqa

Hiç kimsə dinləməz bəni.

(Gedər. Şu halda hava qararmağa başlar. Nurani mələk tatlı təbəssümlərlə Peyğəmbərin qarşısına enər).

 

M ə l ə k

Ey, Tanrı elçisi, mə’yus olma, dur!

Ümidsizlik sana hiç yaraşmıyor.

Inan, ümiddir qayələr qayəsi,

Acıdır ümidsizliyin meyvəsi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info