Qonaq Kitabı
PEYĞƏMBƏR

Can veriyor yeni dinə.

 

N ə i m

O da ağsaqal bir çocuq,

Hiç kimsəyə tə’siri yoq...

 

T o p a l

(ixtiyarın əlindəki bütü göstərir)

İxtiyar! Sən şunu yap da,

Bən gedəyim, acıqmışım.

 

İ x t i y a r

Aqşam çağı uğrayıb da

Alırsın, haydı, qardaşım!

 

Gedərlər. Bu sırada yuca boylu, uzun və xurmayı saçlı, son dərəcə gözəl, məğrur və əzəmətli bir qız – Şəmsa kəndi həbəşi nədiməsilə gəlir, qarşıdakı evə daxil olur. İçəridən incə və həzin bir ud səsi eşidilməyə başlar.

 

N ə i m

(heyrətlə)

Şəmsa-gözəl müğənniyə,

İştə musiqi pərisi;

Bəkliyəlim bir saniyə,

Ah, nə xoşdur onun səsi.

 

T o p a l

Baş kahin diyor, mə’budlar

O səsdən pək zevq alıyor.

Həm nə gözəl əş’arı var,

Lakin oqurmu? Pək məğrur.

 

N ə i m

(evə işarətlə)

Baş rəisin qaynı burda

Böyük bir dügün yapıyor.

Zənn etməm ki, gözəl Şəmsa

Bu məclisdə baqıb durur.

 

Ş ə m s a n ı n s ə s i

Bən istərim şəfəqlər çiçəklərdən,

Ay günəşdən, insanlar mələklərdən.

Nə gözəllik varsa, çalsın da birdən,

Həpsi bir baqışda şikarım olsun!

 

T o p a l

Ah, bu təsadüf nə ə’la!

(Çalğıyı dinlər)

Aman, nə incə bir pərdə!

 

N ə i m

İştə gördünmü, bən əsla

Yanılmam böylə şeylərdə.

 

Ş ə m s a n ı n s ə s i

Bən istərim hər nə var uzaq, yaqın;

Böyük dahilərin, qəhrəmanların,

Bütün ruhu bir çöhrədə parlasın,

O da bənim pərəstişkarım olsun!

 

N ə i m

Qulaq verdinmi sözlərə,

Şəfəqlərdən tac istiyor.

Tuhaf qız! Sığmıyor yerə,

Göylərdən də bac istiyor.

Musiqi dəyişir, rəqs ahəngi başlar.

 

T o p a l

Bən acım, getmək istərim.

 

N ə i m

Çıldırdınmı? Dur, hələ dur,

İş dəyişdi zənn edərim.

Baq, misafirlər çıqıyor.

 

T o p a l

(diqqətlə baqar)

Zəngin ixtiyarı, gənci;

Görünür, pək kibar məclis...

 

N ə i m

Öylə ya, iştə birinci,

İkinci, üçüncü rəis!

 

Birinci, ikinci, üçüncü rəis və digər kibar qiyafətli misafirlər, yarım sərxoş bir halda, çıqmağa başlar. Çalğı taqımı da onları izlər. Ətrafdan səsə bir çoq qadın, erkək, çoluqçocuq toplaşır. Iki-üç qadın rəqs edər, hər kəs əl çalar. Rəqs bitdiyi sırada Peyğəmbər dalğın adımlarla bir tərəfdən çıqar.

 

B i r i n c i r ə i s

(orta yaşlı, top saqallı, Peyğəmbəri görür-görməz istehzalı qəhqəhələrlə)

Şuna baq, halətü rəftarına baq,

Göydən enmiş, sözü kəskin, parlaq!

Əski adətlərə kin bəslər imiş!

Tanrıdan gəlmiş o, peyğəmbər imiş!

 

Çalğı susar.

 

P e y ğ ə m b ə r

(əzəmətli, kəskin bir ahənglə)

Əvət, ondan bütün əsrari-nihan,

Bana vermişdir o idrakü bəyan.

Tanrının hikmətidir cümlə cihan,

Varmı təkzib edəcək bir insan!?

 

İ k i n c i r ə i s

(gənc, silahlı, gözəl)

Pək gözəl natiq imişsin, yahu!

Bir masal söylə, beş-on ayət oqu!

 

Ü ç ü n c ü r ə i s

(ixtiyarca və kosa)

Gəl bir az söylə çoban Musadan,

Babasız, göydə uçan Isadan!

(istehzalı qəhqəhə)

Sən də uçdunmu?! Aman, lütf eylə,

Hopla bir seyr edəlim.

(Kəndi hoplar)

Baq, böylə!

(Düşəcək olur, təkrar sərxoşca qəhqəhələrlə doğrulur).

 

P e y ğ ə m b ə r

Bana az tə’n edin, ey əhli-fəsad!

Ən böyük düşmanınız cəhlü inad.

Yetişir zevqü səfa, çəngü rübab,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info