Qonaq Kitabı
PEYĞƏMBƏR

Nə qadar olsa da əcdadı ulu.

(Əlini köksünə vurur)

Sağ bıraqmaz onu Xəttab oğlu.

Qəhrəmanlar bana aciz qul ikən,

O nasıl qurtulacaq pəncəmdən?

Hiç məraq etməyin, əl’an gedərim,

Onu bən parçalarım, məhv edərim.

(Qılıcını qınına qoyub sərt və qızğın baqışlarla uzaqlaşır)

 

B a ş r ə i s

İbn Xəttabın, əvət, şöhrəti var,

Qəhrəmandır nəyə əzm etsə yapar.

(Kənarda duran orta yaşlı Səidə)

Sən də get, durma, Səid! Göz-qulaq ol!

Yardım et qaynına, Peyğəmbəri bul.

 

Camaat dağılır.

 

S ə i d

(uzaqlaşan Baş rəisə tə’zim ilə)

Pək gözəl...

(Ətrafa)

Ah, canavar, ah ədna...

Görəyim qəhr olasın sən də, o da...

 

Gedər. Nədimə ilə bərabər geridə qalan Şəmsa həyəcanlı hallar keçirir.

 

Ş ə m s a

Yoq, bu mümkün deyil əsla... əsla,

Onu məhv etmədə yoq bir mə’na.

 

N ə d i m ə

Şimdi Peyğəmbərə kin bəslər ikən,

Bu təlaşın əcəba söylə nədən?

 

Ş ə m s a

Ah, o şahincə baqışlar hər an

Çırpınan ruhumun üstündə uçar.

O gözəl səsdəki qüvvət, həyəcan

Sızlayan könlümə bir şö’lə saçar.

Seyr edərkən onu qarşımda dəmin,

Söndü həşmət, əzəmət, söndü qürur.

Onu sevdimmi? Bilinməz... Lakin

Bəni bir duyğu əzib qəhr ediyor,

O yanan qəlbə qavuşmaq dilərim,

Ona qoşmaq dilərim.

 

(Sinirli adımlarla Peyğəmbər getdiyi tərəfə doğru ilərilər, Nədimə də kəndisini izlər)

 

 

HİCRƏT

 

Eyni şəhərdə məzarlıq. Kənarda bir evciyəz, iki-üç xurma ağacı. İkindi çağı... Ev

sahibi Səid təlaş ilə gəlir, qapıyı şiddətlə çalar. Qapı açılır. Onun 30 yaşını keçməyən qarısı – Xəttab qızı qarşısına çıqar.

 

X ə t t a b q ı z ı

Səid, yüz-gözünü saran

Bu təlaş niçin, əcəba?

 

S ə i d

Əhd etdi qardaşın əl’an

Dəhşətli bir qurultayda...

Sükut...

 

X ə t t a b q ı z ı

Aman, nədir əhd etdiyi?

Bu təlaş, bu susmaq niçin?

 

S ə i d

Xəttab oğlu and içdi ki,

Peyğəmbəri məhv eyləsin!

 

X ə t t a b q ı z ı

(sarsılmış və qorqulu)

Ah, bu qorqunc xəbər bəni

Bir yıldırım kibi vurdu.

Tanrı qurutsun əlini

Yoq, o artıq pək qudurdu!

 

S ə i d

Bilsə hələ sən də, bən də

O dinə iman etmişiz;

Hiç sağ bıraqmaz, ilk öncə

Bizdən öc alır şübhəsiz.

(Uzaqdan Xəttab oğlu görünür)

 

X ə t t a b q ı z ı

İştə kəndisi! Şərrindən,

Ya Rəb, sən saqla bizləri.

 

X ə t t a b o ğ l u

(kinli adımlarla yaqlaşır)

Səid! Sizdən varmı görən

Hiç o düzmə Peyğəmbəri?

 

X ə t t a b q ı z ı

Yoq bir kimsənin xəbəri.

(Səidi göstərir)

Nə zevcim görmüş, nə də bən.

(Hər ikisi içəri girər)

 

X ə t t a b o ğ l u

(əli qılıcının qəbzəsində, qızğın)

Xayır, əsla o sərsəri

Qurtulamaz şu pəncəmdən.

(Bu sırada Əbu Talib oğlu sür’ətli adımlarla gəlib keçər)

Dur, ey Əbu Talib oğlu,

Bu sur’ətlə sən nerəyə?

 

Ə b u T a l i b o ğ l u

Gediyorum Tanrı qulu

Peyğəmbərlə görüşməyə.

 

X ə t t a b o ğ l u

Sizlərdəki həsəb-nəsəb

Bəlli, hər kəscə möhtərəm.

 

Ə b u T a l i b o ğ l u

(onun sözünü kəsərək)

Fəqət bəncə elm, ədəb



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info