Qonaq Kitabı
PEYĞƏMBƏR

(göyə doğru)

Ən gözəl, Tanrı nə istərsə odur,

(Mücahidə)

Get, saqın, olmayın əsla məğrur,

Ediniz əfvi-ümumi e’lan.

Dökməyin qan, veriniz xalqa aman.

 

B a ş r ə i s

Kəssə hər kim dökülən qan izini,

Qurtaran dahi odur yer yüzüni.

 

B a ş k a h i n

Ən böyük din, əvət, eylər fərman:

Daima ədlü məhəbbət, ehsan.

 

B i r i n c i r ə i s

(açıq duran sağ qapıdan baqar, üçüncü rəisə)

İştə bir sirr...

 

Ü ç ü n c ü r ə i s

O nasıl şey əcəba!?

 

B i r i n c i r ə i s

Baqsana, gizlicə, dilbər Şəmsa

Bir ilac atmada altın kasaya.

 

Ü ç ü n c ü r ə i s

Kim bilir, bəlkə zəhərdir, olur a...

 

B i r i n c i r ə i s

Bəlli!.. Peyğəmbəri təsmim edəcək.

 

Ü ç ü n c ü r ə i s

Şimdi duydum o pərəstiş nə demək.

 

Xidmətçi təpsidə bir altın və bir qaç gümüş kasada şərbət gətirir.

 

Ş ə m s a

(altın kasayı Peyğəmbərə təqdim edər)

İştə bal şərbəti!

 

P e y ğ ə m b ə r

(kasayı alır, mə’nalı bir baqışla süzər)

Var bunda şəfa,

Lakin əfsus, ətəşim yoq, əsla...

(Şəmsaya)

Bunu sən iç, daha məmnun olurum.

 

B a ş r ə i s

Bu şərəfdir sana, al, iç, yavrum!

 

Ş ə m s a

(kasayı alıb təpsiyə qoyar)

Sonra içsəm eyi olmazmı?

 

Ə b u T a l i b o ğ l u

Xayır,

Şimdi içməkdə nə mane vardır?

 

Ş ə m s a

İçəməm.

 

Ə b u T a l i b o ğ l u

(qızğın)

İçməlisin!

Ş ə m s a

Ah, vaz keç!

 

X ə t t a b o ğ l u

(ətrafa şübhəli)

Bir səbəb var...

(Şəmsaya kəskin)

İçəcəksin, al iç!

 

Ş ə m s a

İçəyim... ah, içəyim...

(Əvvəl mütərəddid... sonra cəsarətlə içər. Bir qədər halı dəyişir.)

 

P e y ğ ə m b ə r

Dur, bu nə hal?

B a ş r ə i s

(Nədiməyə)

Yardım et!

 

Nədimə bir qızla bərabər Şəmsanın qolundan tutub sağ qapıya doğru götürürlər.

 

Ş ə m s a

(qapı yanında ölgün səslə)

Söndü ümid, istiqbal...

 

B i r i n c i r ə i s

Daha biçarədə yoq hiss, idrak.

 

Ü ç ü n c ü r ə i s

(birinciyə xüsusi)

Edəcək zəhr onu bir anda həlak.

 

Ş ə m s a

Of... aman...

(Bayılıb təslimi-ruh edər. Xidmətçilərin yardımı ilə sağ qapıdan çıqarılır.)

 

N ə d i m ə

Bitdi...

 

X ə t t a b o ğ l u

Bu pək qorqulu sirr.

 

P e y ğ ə m b ə r

Bütün əsrarı fəqət Tanrı bilir.

 

Sükut. Təpsidəki şərbətlər geri götürülür, xidmətçi girib əyilir.

 

B a ş r ə i s

Nə xəbər?

 

X i d m ə t ç i

Girmək için izn istər,

Üç xaxam, üç də papas.

 

B a ş r ə i s



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info