Qonaq Kitabı
PEYĞƏMBƏR

 

İ k i n c i r ə i s

Pək tuhaf, böylə sisli bir gecədə

Baş rəis anlaşılmıyor, nerədə?

Şu gecikmək bilinmiyor ki, nədən?

O gəlib çıqmalıydı pək erkən.

 

Ü ç ü n c ü r ə i s

Bəncə bunlar keçib gedən şeylər...

Ah, o, yalnız o düzmə Peyğəmbər,

Dün bəlirsiz, ufaq qıvılcım ikən,

Bir böyük yanğın oldu... bir hiçdən

Yaradıb anlı-şanlı bir ordu,

Bizi təhdidə başlamaqdadır o.

Qapılıb gah Ömər siyasətinə,

Güvənir gah Əli şücaətinə.

Dinləyib həp Mədinə əhli onu,

Sardı ətrafı, kəsdi Şam yolunu.

Soydu, öldürdü, yaqdı, yıqdı bütün,

Hərb açıb oldu daima üstün.

Qorqaraq, xeyrü mənfəət umaraq

Ona yeltəndi bir yığın alçaq.

Qara xalq uydu cümlə də’vətinə,

Kimsə şəkk etmiyor rəsalətinə.

 

B i r i n c i r ə i s

Pək tuhaf! Bilgisiz, müəllimsiz

Bir çocuqkən nasıl da parladı tez.

 

İ k i n c i r ə i s

Görünür Şamə eylədikdə səfər,

Ona vermiş düşüncə rahiblər.

 

Ü ç ü n c ü r ə i s

(əlilə onları rədd edər)

Yoq, Əbu Talibin geniş çadırı

Bəncə darülülumdan yuqarı...

Orda alim, həkim, ədib və zərif,

Ən böyük şair, ən dərin arif,

Hər tərəfdən aqıb gələn səyyah

Söhbət eylərkən... İbn Abdullah

Kəsbi-elm etdi həp ağızlardan,

Oldu bir dahi iştə dünkü çoban.

 

B i r i n c i r ə i s

(təəssüflə)

Onu kim öldürürsə yüz dəvəlik

Bir böyük sərvət, iştə və’d etdik.

Məkkədən qaçdı... qaçdı qurtuldu,

Sonra getdikcə həp zəfər buldu.

 

İ k i n c i r ə i s

(əli qılıcının qəbzəsində, qızğın)

Bəncə hiç kimsənin qəbahəti yoq,

Ah, əvət, bir bənim suçum pək çoq...

Hanı ya? Siz də vardınız, bir gün

Bir məzarlıqda pək öyündü... düşün,

Susayıb Məkkə xalqı həp qanına,

Qadın, erkək hücum edərdi ona.

Etmədim bən tənəzzül öncə... faqat

Sonra atdım beş-on dəyərli toqat.

(Qılıcını yarıya qədər çəkər, təkrar qınına soqar)

Bitirirkən qılıcla həp işini,

Gəldi Şəmsa o anda tutdu bəni.

Öncə pək qızdı, sonra yalvardı,

Onu pəncəmdən aldı, qurtardı.

 

Ü ç ü n c ü r ə i s

Şu gözəl afətin də halı tuhaf;

Həm saçar lütf, mərhəmət, insaf,

Həm də kin bəslər, intiqam izlər.

Ona rast gəlsə şimdi Peyğəmbər,

Şübhəsiz kəndi məhv edər də onu,

Mərhəmət duymadan içər qanını.

 

Bu sırada dışarıdan i k i n c i x i d m ə t ç i gəlir. Şəmsa əzəmətli və məğrur adımlarla onu izləyərək daxil olur. Məclisdəkilər təmənna edər, o da yünülcə  səlamlar və ikinci rəisi yarım baqışla süzərək sağ odaya, hərəmxanəyə keçər.

 

B i r i n c i r ə i s

Baq, günəş izliyor siyah gecəyi,

Bu təsadüf, aman, nə xoş, nə eyi...

 

İ k i n c i r ə i s

Sisli xülya peşincə rəqs edərək,

Parlayan şe’rə bənziyor o mələk.

 

Ü ç ü n c ü r ə i s

Bəncə müzlim bulutlar arqasına

Saqlanan bir pəri qadar Rəna...

(İkinci rəisə)

O keçərkən səhər nəsimi kibi,

Səni pək süzdü, yoqmu bir səbəbi?

 

İ k i n c i r ə i s

Qəlbdən qəlbə şübhəsiz yol var,

O baqışlar, aman, nə cazibədar!

Doğurur hər könüldə bir həyəcan,

Görsə hər kim, həmən qalır heyran.

Ah o, ağ pənbə bir gövərçin ki;

(istehzalı təbəssümlə)

Ulu Peyğəmbərin bənimsədiyi

Yuca göylərdə, baği-cənnətdə

Bir mələk yoq şu hüsni-surətdə...

 

Bayquş ötər. B a ş k a h i n arqasında camaat – qadın, erkək daxil olur. Məclisdəkilər tə’zim ilə yerindən qalqar. Yenə bayquş ötməyə başlar. Sükut...

 

B a ş k a h i n

(həyəcanlı)

Nə fəlakət, bu nə dəhşətli zaman?!

Dağılıb məhv olacaq sanki cihan.

Gördüyüm qorqulu rö’ya nə bəla!

Bayquşun ötməsi ondan da fəna.

 

B i r i n c i r ə i s

O nə rö’yadır, əfəndim, əcəba?

 

B a ş k a h i n

Ah, dəmin uyquya daldım odada,

Bir də baqdım qarışıb durdu hava.

Sarsılır ta təməlindən dünya,

Gürləyib göy, çaqaraq şimşəklər,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info