Qonaq Kitabı
PEYĞƏMBƏR

(təlaş ilə)

Demək ki, ölmüş, öyləmi?

 

T o p a l

Əvət, köçmüş yer yüzündən.

 

R ə i s ə

Şükür, çoq şükür!

(Topala)

Ən eyi

Bir töhfə var sana bəndən.

 

Ş ə m s a

Xayır, xayır, bu şad xəbər

Hiç sevindirmiyor bəni,

Könül başqa yolda istər

Peyğəmbərin ölməsini.

İntiqam atəşi bənim

Hala qəlbimi yaqıyor.

Alevli beynimdə daim

Kinli şimşəklər çaqıyor.

Gərçi gördüm də arqasız,

Öncə yeni həyat verdim.

Lakin şimdi onu yalnız

Kəndim öldürmək istərdim.

 

İ k i n c i r ə i s

Öylə bil ki, sən öldürdün

Yoq təəssüfdə bir səmər.

(İstehzalı qəhqəhələr ilə)

Halbuki Peyğəmbər bu gün

Cənnət bağlarında gəzər.

Orda yaqut, zəbərcəddən

Möhtəşəm köşklər varmış.

Bütün ətrafı gül bədən,

Gözəl fəriştələr sarmış.

Rəqs etdikcə huri-qılman,

O həp kəndindən keçiyor.

Elmas qədəhlərdə əl’an

Gülgün şərablar içiyor.

O halda, bilməm biz niçin

Böylə nəş’əsiz baqalım?

(Rəisəyə baqar)

 

R ə i s ə

(bir qıza)

Qızım! Söylə, şərab gəlsin!

(Qız içəri odaya keçər)

 

İ k i n c i r ə i s

(nəş’əli bir tevr ilə məclisdəki şəxslərdən birinə)

Nə bəkliyorsun, a zalım?

(Ud çalınır)

Məzkur şəxs

(ərəb məqamlarına uyğun atəşli bir ahəng ilə oqumağa başlar)

Of! Yaqar könlümü bir dərin sızı,

Yaralamış bəni bir pəri qızı.

Bən bir çoban, o bir çoban yıldızı.

Hər gecə busələr yollarkən ona,

Uzaqdan göz qırpıb gülümsər bana.

Aman, yavrum, çabuq qədəhlər dolsun,

Məclis güllər açıb bir cənnət olsun.

Mey sun, nəş’ə gəlsin, dərd unutulsun.

Bəlalı aşiqim elimdən ayrı,

Yaralı bülbülüm gülümdən ayrı.

Mey sun, gözəllər içsin qana-qana,

Ruhlarda qopsun atəşli fırtına.

Gözlər süzülsün, saçılsın hər yana

İncə qəhqəhələr gül dodaqlardan,

Çılğınca busələr al yanaqlardan.

 

X i d m ə t ç i

(gəlir, həyəcanlı bir tevrlə Rəisəyə)

Əfəndim! Şəhrin hər yanı

Atəş, alev püskürüyor.

Xalqın işdən anlayanı

Əhvalı müşkül görüyor.

 

B i r i n c i , i k i n c i , ü ç ü n c ü r ə i s iztirab və təlaş ilə qarşıkı basamaqlardan

çıqar, ətrafa baqarlar.

 

R ə i s ə

Ah, şu uğursuz xəbərlər

Həp qəlbimi parçalıyor.

Hər kəs gəlir, bir söz söylər,

İnsan bütün şaş qalıyor.

 

B a ş k a h i n

Bəlkə Mısırdan, ya Şamdan

Gələn karvan atəş etmiş.

 

B i r i n c i r ə i s

Bən pək şübhələndim ondan,

Xayır, bu pək qorqunc bir iş.

 

R ə i s ə

Ah, bəlkə qızmış da bütlər

Yaqmaq istər ölkəmizi?

 

İçəri gedən q ı z əlində qədəhlərlə dolu bir təpsi və şərab dəstisi gəlir, rəisə əlilə rədd edər.

 

Şərab istəməz, şu xəbər

Sərxoş etdi artıq bizi!

(Qız geri dönər)

 

Ü ç ü n c ü r ə i s

Hər halda bir qasid gedib

Kəndi gözilə görməli.

Pək yaqından diqqət edib,

Doğru xəbər gətirməli.

 

X i d m ə t ç i

(gəlir, tə’zim edər)

Baş rəis təşrif etdilər.

(Çıqar)

 

R ə i s ə

Şimdi hər şey anlaşılır.

 

B a ş k a h i n



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info