Qonaq Kitabı
İBLİS

Rəna

Əsli İstanbul əhlidir, lakin,

Pək küçükkən zavallı dərbədərin

Evi yanmış da, nəsli məhv olmuş,

Bir küçük qardaşilə qurtulmuş.

Onu da ən sonunda biçarə

Qeyb edib böylə qalmış avarə.

 

İbn Yəmin

(saatına baqar, Rənayə)

Siz məhəbbət edin də biz çıqalım,

Əcəba bir nə var, nə yoq baqalım.

(çavuşla bərabər bir tərəfə çəkilir)

 

Rəna

(karyola üzərində gözünə ilişən iki kitabı göstərir)

Bu kitablar səninmidir, əcəba?

 

X a v ə r

Əvət, Arif keçən yıl aldı bana.

(kitabların alt tərəfdə bulunan rəsimli yüzünü birər-birər çevirib göstərir)

Xoca Nəsrəddinin lətifələri,

Bu da “Bin bir gecə” hekayələri!..

 

Rəna

(açıb yapraqlarını çevirərək)

Bana lütfən bir az sərin su...

 

X a v ə r

Pəki.

(dəstiyi alıb sol qapıdan çıqar)

 

İbn Yəmin

(dışarıda pəncərə önündə, çavuşa)

Pək düşündün, nə var?

 

Ç a v u ş

Bəyim, hər şey,

Bir bəla iştə gördüyün Arif,

Çünki Rə’nayə pək yaqın şu hərif.

Daha müdhiş bəla bizim əskər,

Qorqarım, cümlə sirri faş eylər.

Bizi görmüş də çünki Rə’nanın

Babasın qətl edən zaman, xain!

 

A r i f sağ tərəfdən daxil olur, onları dinlər.

 

İbn Yəmin

(qafasını oynataraq istehzalı təbəssümlə)

Bir böyük ordu, bir yığın insan,

Bənim uğrumda oldu həp qurban.

Keyfə sərf eylədim də milyonlar,

Yenə devlətcə e’tibarım var.

Bən kimim, bir ərəb... nə zənn etdin?

Bir çocuqdanmı qorqar İbn Yəmin?

 

Gedərlər.

 

A r i f

(Rənaya yaqlaşır, vurğunca bir tevrlə)

Nə səadət, nə xoş təsadüf, inan,

Səni gördükdə bitdi tabü təvan.

Gecə rö’yalərimdə özlərkən

Bu gəliş böylə ansızın, bilsən,

Nə qədər zevqü nəş’ə verdi bana,

Haqlıdır hər könül tapınsa sana,

Burda qalsan, səninlə birləşsək,

Şübhə yoq, sisli taleyim güləcək.

 

Rəna

(mütərəddid)

Bir xəyal iştə, kim bilir, qismət!?

 

A r i f

Bir sözüm var, qüsurə baqma fəqət,

Söylə, Rəna! Şu qanlı zabitlə

Nerəyə, hanki səmtə, bir söylə?

 

Rəna

Şu yaqınlarda xəstələr varmış.

 

A r i f

Saqın aldanma, pək böyük yanlış;

İnanıb getmə, ah, o pək xain,

Burda qal, getmə, həm də sorma niçin!

 

Rəna

Bəlkə həp söylədiklərin gerçək,

Pək güc amma vəzifədən dönmək.

İşıq azalır, ağ saqallı, möhtəşəm simalı bir miralay xəyalı görünür. Rə’na şaşqın və

həyəcanlı.

Ah, babam, bir də anlı-şanlı babam!

İntiqam almadan, inan yaşamam.

 

B a b a s ı n ı n  x ə y a l ı

(mühib və ağır bir ahənglə)

İntiqam! İntiqam!..

(çəkilir)

 

Rəna

(əllərini xəyala doğru açaraq müztərib)

Aman, bu sual!

 

İ b l i s

(xaricdən məmnun qəhqəhələrlə)

İntiqam, İntiqam!..

 

A r i f

Aman, bu nə hal!?

 

Rəna

Babamın kim bulursa qatilini,

Ona bən səcdə eylərim ələni.

Bəni çöllərdə gəzdirən duyğu,

İntiqam eşqi... həp bu, yalnız bu.

 

A r i f

Görünür, sizcə bəllidir qatil?

 

Rəna



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-25 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info