Qonaq Kitabı
İBLİS

Ah, o gözlər bilirmisin nə diyor?

 

X a v ə r

Nə diyor, söylə...

 

A r i f

Ruhu cəzb ediyor,

Söylüyor əski xatiratı bana.

(ətrafa)

Sanki qarşımdadır gözəl Rəna.

 

X a v ə r

Bana baq, səndə gizli bir söz var...

 

A r i f

Onu hiç sorma, sevgilim!

 

X a v ə r

(ətrafa)

Qəddar!

 

Bu sırada İ x t i y a r ilə bərabər İbn Yəmin, Rəna, zənci çavuş və bir əskər,

əlində ufaq bir çanta daxil olurlar.

 

İbn Yəmin

(səmimi bir tevr ilə əlini Ixtiyarın omuzuna qoyaraq)

Möhtərəm Ixtiyar, nasıl keyfin?

 

İ x t i y a r

Hiç qəmim yoq, var olsun İbn Yəmin!

 

İbn Yəmin

(alnının tərini silər)

Pək sıcaq, həm də yol bu gün pək uzaq,

(əskərə)

Çabuq ol, haydı, qoş da atlara baq.

Əskər çantayı bir tərəfə bıraqıb çıqar.

 

A r i f

(diqqət və heyrətlə ətrafa)

Ah, o, Rəna, nazənin afət!

 

X a v ə r

Yenə bir şeymi oldu, Arif?

 

A r i f

Əvət.

(Rənayə yaqlaşaraq)

Söylə, Rənamı isminiz?

 

Rəna

(Arifin əlini sıqar, heyrət və sevinclə)

 

A r i f!

İbn Yəmin

(Arifi, süzər, ətrafa)

Bizə bir əngəl olmasın şu hərif?!

 

A r i f

Bu gəliş, əfv edərsiniz, nerədən?

 

İbn Yəmin

(məğrur və laübali)

Səhneyi-hərbdən, mücadilədən.

 

A r i f

(acı təbəssümlə)

Bir fəzilətsə öldürüb-ölmək,

Canavar bizdən əşrəf olsa gərək.

 

İbn Yəmin

(istehzalı qəhqəhə ilə)

İştə bir söz ki, büsbütün yanlış...

Yaşamaq istiyormusun, çarpış.

Hərbə qoş, həp vuruş, ya əz, ya əzil!

Onsuz irmək murada pək müşkül.

 

A r i f

(istehzalı və əzici bir təbəssümlə)

Doğru, pək doğru bir düşüncə... əvət,

İştə hər əskər, iştə hər millət

Bu gün olmaqda həp bu fikrə şərik,

Hiç çəkilməz fəqət bu sərsəmlik.

 

İ x t i y a r

(onun qolundan tutaraq)

Arif, oğlum, bıraq münaqişəyi

Gəl, işim var səninlə...

Sağ tərəfdən çıqarlar

 

İbn Yəmin

(ətrafa)

Ah, nə eyi...

(Rə’nayə)

Şu hərif feyləsofmu, ya dəlimi?

Sanki həp cəhldir bunun elmi.

 

Rəna

Bəslənir hər könüldə bir duyğu,

Nə yaparsın, onun da məsləki bu...

 

İbn Yəmin

Bu da məsləkmidir, nədir, bilməm!

İştə bir kəcnəzər, zəki sərsəm!

Xavərin yüzündə naməmnun hallar.

 

Rəna

Bəncə sərsəm deyil, o pək huşyar,

Neyləsin, hərbə qarşı nifrəti var.

 

İbn Yəmin

Onu nerdən tanırsınız əcəba?

 

Rəna

Pək yaqın qomşumuzdu...

 

İ b n Y ə m i n

(ətrafa)

İştə bəla!

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-25 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info