Qonaq Kitabı
İBLİS

 

İbn Yəmin

(heyrətlə, kanunlara)

Nədir bu rəftar?

 

A r i f

(İbn Yəmini göstərir)

Tam kəndisi, iştə! Ah, qəddar!

 

İbn Yəmin

Lakin çəkilirmi bu həqarət?

(Silah çəkmək istər).

 

B i r i n c i k a n u n

Həp nafilə bunca qeyzü hiddət,

Əl’an səni istiyor hökumət,

Gəl!..

 

A r i f

Bəllidir etdiyin xəyanət.

 

İbn Yəmini alıb götürürlər, Ariflə misafirlər də bərabər çıqar.

 

V a s i f

(ən arqada qalır, küçük zabitə)

Baq, şimdi də fevt edilsə fürsət,

Daim qalırım visalə həsrət.

Sol qapıdan girmək istərlər. Rəna qarşılarına çıqar. Vasif pərəstişkar bir tevr ilə.

Rəna, Rəna! Sevimli afət!

Gəl, durma aman, edilsə qəflət

Mütləq səni məhv edər şu xain,

Olmaz daha qurtuluş səninçin.

 

Rəna

(sevinc ilə)

Vasif! Gedəlim...

(mütərəddid)

Fəqət bu müşkil,

Heyhat, bulunmadıqca qatil...

 

V a s i f

(sözünü kəsərək)

Sən gəl, bulunur o bir gün əlbət.

 

İ b l i s

(gəlir)

Rəna, daha durma, iştə fürsət!

 

Rəna

Lakin babam!..

 

V a s i f

Ah, gəl, aman gəl!

Çıqarlar.

 

İ b l i s

Get, get, daha durma, artar əngəl.

 

A r i f

(daxil olur, son dərəcə məmnun)

Xain yaqalandı ən nihayət.

 

İ b l i s

(yarımqəhqəhə ilə)

Eşq olsun, əvət, böyük məharət!

 

A r i f

Rəna hanı? Söylə gəlsin!

 

İ b l i s

Əfsus,

Bir zabitə uydu getdi...

 

A r i f

(çılğın)

Ah, sus!

 

İ b l i s

(əlilə onun omuzunu oqşar)

Yahu! Bana baq, şaşırma əsla,

Rəna, o mələk əlində hala...

 

A r i f

(böyük bir təlaş ilə)

Bir söylə, nə səmtə getdi onlar?

 

İ b l i s

(qapıdan onlar getdiyi tərəfi göstərir)

Baq, qarşıda iştə xurmalıq var...

 

A r i f

(sözünü kəsərək)

Bildim, yetişir, o bəlli bir yol.

(Dərhal dışarı fırlar)

 

İ b l i s

Get, durma!

(istehzalı qəhqəhə)

Fəqət, yazıq! Əmin ol,

Bəklər səni bir yığın cinayət,

İzlər səni bir yığın fəlakət.

 

(Qəhqəhə...)

 

Pərdə

 

 

ÜÇÜNCÜ PƏRDƏ

 

Səhnə ilk pərdədə olduğu kibi ixtiyar şeyxin çardağını – qülbəsini göstərir. Şeyx

dışarıda, çardağın altında təsbih çəkərək dalıb getmiş...

 

Son bahar, öylə, sisli hava...

 

X a v ə r

(yaralı zabitin alnındakı və qolundakı sarğıyı açar)

Çoq şükür, iştə həp sağaldı yaran,

Baq, nasıl mərhəmətlidir Yaradan.

 

Y a r a l ı z a b i t



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-25 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info