Qonaq Kitabı
İBLİS

 

V a s i f

(e’tinasız)

Yoq qorquya ehtiyac...

 

Rəna

Aman dur!

Tərk et də inadı, olma məğrur,

Baq, arqadaşın çocuqluğundan

Bir qurşuna oldu şimdi qurban.

 

V a s i f

Hər dürlü qəzayə razıyım bən,

Qorqmam fəqət öylə bir dənidən.

 

X a v ə r

Kimdir əcəba o xain, alçaq?

 

Rəna

Xavər, onu sorma, yer ver ancaq.

 

X a v ə r

Aldınsa da Arifi əlimdən,

Hər yardıma iştə hazırım bən.

(Qülbəyə daxil olurlar. Xavər onları daha içəri keçirmək istər)

 

İ b l i s

(bıraqmaz)

Dur, getmə, saqın, o dürlü yerlər,

Həp şübhəyi cəlbü də’vət eylər.

 (qülbədəki həsiri bir tərəfə çəkər, ufaq bir qapıyı qaldırıb da Rənayə)

Gir, haydı qızım, şu yerdə saqlan!

(Rəna aşağı enər. İblis qapağı endirib təkrar üzərini həsirlə örtər, Vasifin qolundan  dutub ormanı göstərir)

İştə, sana da geniş bir orman!

 

Bir tərəfə çəkilirlər. Qayb olduqları kibi A r i f fəssiz olaraq gəlir, Xavər ona doğru

qoşar, yaqlaşdığı sırada birdən-birə küskün və şaşqın bir tevr ilə ürküb geri çəkilir.

 

A r i f

Xavər, bana baq, zavallı Xavər!

Bir söylə, nədir bu hali-müztər?

Ağuşuma qoşmaq istiyorkən

Ürkdün nə için şu sərsəridən?

 

X a v ə r

Qoşdum sana sevdiyimdən, amma

Baqdım ki, sevilməyənlər əsla,

Layiq deyil olmağa həmağuş,

Ürkdüm də, çəkildim iştə mədhuş.

 

A r i f

Artıq yetişir bu sərzənişlər,

Əfv eylə, qüsurə baqma, Xavər!

 

X a v ə r

Xavər sana etsə də pərəstiş,

Heyhat, dönərmi bir də keçmiş?!

Oldun sənələrcə həp ənisim,

Bəsləndi səninlə fikrü hissim.

Kölgən kibi həp peşincə qoşdum,

Eşqinlə qanatlanıb da uçdum.

Lakin bəni bir nigahə satdın,

Birdən-birə həp unutdun, atdın.

Arif! Niyə susdun, ah, böylə,

Bir söylə, düşünmə, söylə, söylə!

 

A r i f

Susmaq, o da başqa dürlü fəryad

Həp bənliyim oldu sanki bərbad.

 

X a v ə r

Bən hiç, o zavallı ixtiyarı,

Bir ləhzə düşünmədin də barı.

 

A r i f

Dur, qəlbimi bir də yaqma artıq,

Arif fəqət intiharə layiq...

Bəndən babana səlam edərsin,

“Gəlmişdi də şimdi getdi”, dersin.

(gedəcək olur)

 

X a v ə r

Lakin yenə hanki bir diyarə?

 

A r i f

Bir hiçliyə doğru, bir məzarə.

 

X a v ə r

(bir az yaqlaşır)

Hiçliksə məramın iştə, Xavər!

Qülbəm dəxi bir məzarə bənzər.

Yoq, getmə, babam gəlir bu saət,

Dur bir verəyim xəbər...

(gedər)

 

A r i f

Nə hacət!

Bən yerlərə keçmək istiyorkən,

Bilməm ki, nə bəkliyor o bəndən.

(cibindən yarıdolu bir raqı şişəsi çıqarır)

Of! Qəmlərimə təsəlli ol sən,

Hər dərdi unutmaq istərim bən.

 

Son damlasına qədər içib şişəyi bir tərəfə atar. Ətrafı süzdükdə gözünə ilişən

tabançayı yerdən alır, qurşunlarına diqqət edər. Bu halları kənardan seyr edən İblis

isə məmnun və istehzalı qəhqəhələrlə gülər. Arif dalğın və sinirli bir tevrlə kəndi

alnını nişan edər, yaqlaşmaqda olan İblisi görüncə şaşırıb durur.

 

İ b l i s

Yahu! Bana baq, nədir bu halət?

Parlar kibi gözlərində dəhşət.

Dur, səndə var iştə saqlı bir hal,

Həm zənn edərim məraqlı bir hal.

Aşiqmisin, oğlum, aç da söylə,

Əlbət bulunur da bir vəsilə.

(kəndinə işarətlə)

Bir çarə arar şu piri-hikmət,

Var bəndə, əvət, böyük kəramət.

 

A r i f



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-25 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info