Qonaq Kitabı
LÜĞƏT

Mövsuf – vəsf edilmiş

Mövc – dalğa, ləpə

Mövsüm – isimlənmiş, adlandırılmış

Mövhum – boş xəyal, yalan təsəvvür

Mövcib – bir işə, hərəkətə səbəb olan

Möbid – zərdüşt dininin başçısı

Mötəqid – etiqad edən

Mu, muy – tük, saç, zülf

Mumyay – sınıq sümükləri bitişdirmək üçün sürtmə dərmanı

Mur – qarınca, qarışqa

Mustafa – Məhəmməd (peyğəbmər)

Müaşirət – dostluqla yaşama

Mübadirət – bir işə səylə başlama

Mübahat – fəxr, iftixar

Mübərra – təmiz, pak

Müvasilət – bir-birinə çatma, görüşüb qovuşma

Müvəkkəl – vəkil edilmiş

Müvəccid – icad edən

Müqatilə - ölüb öldürmə

Müqəddəm – qabaq, əvvəl

Müqəddər – tale

Müqəyyəd (etmək) – bağlamaq, azadlığını almaq

Müqəllid – təqlid edən

Müqərrəb – yaxın, dost

Müqərrər – qərara alınmış, müəyyən edilmiş

Müqəffa – qafiyəli

Müqəffəl – qıfıllanmış; tilsimə salınmış

Müqtəbəs – iqtibas olunmuş

Müqtəza – lazım gələn, vacib olan

Müğbecə - müğün, yəni atəşpərəstin oğlu, meyxanaçı şagirdi

Müğbər – incidilmiş

Müğiylan – dvəətikanı, tikanlı kol növü

Müdavimət – davam etmə

Müdara – yaxşı rəftar, xoş əlaqə

Müddəa – istənilən, iddia edilən şey

Müdəbbiran – rəhbərli edənlər

Müdəlləl – dəlillərlə sübut edilmiş

Müdərris – müəllim, dərs verən

Müdəxxərə - bir yerə yığılmış

Müdill – se\übut edən

Müəddəb - ədəbli

Müəzzəz - əzizlənmiş, çox hörmətli

Müəyyəd – qüvvət və mətanət sahibi

Müəmməm - əmmaməli

Müəmmər – yaşayan, həyatda olan

Müəssir – təsiredici, acınacaqlı

Müəssif – təəssüf etdirən, kədər gətirən

Müəzzərən – son zamanlarda, axır vaxtlarda

Müjgan – kirpiklər

Müzəvvir – hiyləgər, saxtakar

Müzəffərküş – Müzəffəri öldürən (Müzəfərəddin şahın verdiyi məşt\rutiyyəti məhv edən

Müzi – ziyalı, işıqlı

Müzill – azdırıcı, pis yola aparan

Müztər – çarəsiz

Müztərib – iztirablımükalimat – danışıqlar

Mükəvvənnat – mövcudat, məxluqat

Mükərrəm – kəramətli, möhtərəm

Mükərrər – təkrarla, təkrar-təkrar

Mükövkəb – ulduzlu

Mülaqat – görüşmə, əlqaə bağlama

Mülazim olmaq – həmişə yanında olmaq

Müləvvəs – murdar; çirkin işlər sahibi

Müləqqəb – ləqəbli

Mültəca olmaq – pənah aparmaq, sığınmaq

Mülukanə - şaha layiq

Mülhəq – bitişmiş, qoşulmuş

Mülhid – Allahsız, Allaha inanmayan, dinsiz

Mümtaz – seçilən; imtiyazlı

Mümtənə - qadağan edilmiş, mümkün olmayan şey

Münafat – uymamazlıq, ziddiyyət, müxaliflik

Münafiq – xain, ikiüzlü

Münaziə - mübahisə, çəkişmə

Münəzzəm – nizamlı

Münif – uca, ali

Münsif - ədalət tərəfdarı

Müntəxəb – seçilmiş

Müntəha – son dərəcə

Müntəşir olmaq – yayılmaq

Münfəil – xəcalət

Müncəli – parlaq, işlqlı

Müncər olma – bir işin bir nəticəyə çatması

Münəkis - əks olunmuş

Münim – xalqı yedirib içirən, ehsan verən

Müraat – riayət etmə

Mürğ – quş

Mürdə - ölü

Mürəttəb – tərtib edilmiş, düzülmüş

Mürid – bir şeyxin şagirdi

Mürəssə - cəvahiratla bəzədilmiş

Müsavat – bərabərlik

Müsadimə - toqquşma

Müsaidət – yardım; ədəmi-müsaidət – imkansızlıq, iznsizlik

Müsalimədust – sülh və salamatlıq tərəfdarı

Müsalimət – salamatlıq

Müsamihə - diqqətsizlik

Müsamirrə - konsert

Müsafirət – səfər

Müsəlla – yay quraq keçib uzun müddət yağış yağmadıqda ruhanilərin başçılığı ilə səhraya, çölə nümayişə çıxmaq, Allahdan yağış istəmək mərasimi

Müsəlləm – mübahisəsiz, hamə tərəfindən qəbul və etiraf edilən

Müsəlsəl – bir-birinə bağlı

Müsəmma – adlanan

Müsəmmim – qərar verən

Müslih – islah edən, sülh istəyən

Müstəqbəl – gələcək

Müstəğni – ehtiyacı olmayan, varına qane olan

Müstəğrəq – qərq olmuş

Müstəğfiranə - günahlarının bağışlanmasını Allahdan rica edərək, tövbə edərək

Müstəməndan – biçarələr, yoxsullar

Müstərih – rahat

Müstətab – yaxşılıq, istəyən, xeyirxah

Müstəfid – faydalanma, faydalandırma

Müstəfiz – feyz alan, feyziyab olan

Müstəhəqq – haqlı,layiq

Müshəf – səhifələrdən əmələ gəlmiş kitab; Quran

Mütəaqibən – dalbadal, ara kəsmədən

Mütəvəllid – baş vermiş

Mütəvəssil – bir vasitə tapıb yaxınlaşan

Mütəvəccih – üz tutan, birinə tərəf gedən

Mütəəbbid – qulluq edən, ibadət edən

Mütəzaid – artma, çoxalma



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info