Qonaq Kitabı
LÜĞƏT

Ğəraib – qəribə şeylər

Ğərra – parlaq

Ğina – qənilik, zənginlik; ğina əhli – dövlətlilər

Ğürab – qarğa

Ğürran – bağıran, nərə vuran

Ğüfran - əfv, şağışlama; naili-ğüfran – günahları bağışlanan

 

D

Davər - ədalətli hakim

Dad – kömək, yardım

Dadanaq – dadanan, əl çəkməyə

Dadrəs – köməkçi, dada çatan

Dadxah – birinin hüququnu müdafiə edən, ədalət tələb edən

Dadü sitəd – alver

Dair – dövr edən, dolanan; dair ümuri dövlət – hökumət işləri dövr etməkdə, getməkdədir

Dam – tor, tələ

Damad – kürəkən

Dana – bilici, alim

Dar – ev, bina, məkan, yer

Dari-elm – elm evi, universitet

Dari-şəfa, xəstəxana

Daru – dava, dərman

Darüzzəfər – zəfər evi

Darülcünun – dəlixana

Darülziyafə - qonaqlıq evi

Darülmüsalimət – salamatlıq yeri

Darültəhsil – təhsil alınan yer, məktəb

Darül`irfan – ali məktəb

Darül`üqba – axirət, o dünya

Da`i – dəvət edən, çağıran

Dəbistan – məktəm

Dəvan – yüyürməkdə, yüyürən, qaçan

Dəqəl – biclik, hiylə, fırıldaq

Dəyanət – dindarlıq, dini tələblərə riayət

Dəkkət – paralanma, qırılma; dəkkətül-ərz – yer üstünün zəlzələdən yarılması, paralanması

Dəlalət – aparma, yol göstərmə

Dəlv – dolça, vedrə; günəş sistemindəki on iki bürcdən biri

Dəmsaz – dost, həmdəm; uyğun

Dəmidə - çalınmış, üfürülmüş.

Dəmgüzar – vaxt keçirən

Dəni – alçaq, zəlil

Dər – qapı

Dər ağuş – qucaqlama

Dərbənd etmək – bağlamaq, yox etmək

Dərda – dərd olsun!

Dərdəst etmək - əldə etmək, ələ almaq

Dərək – uçurumun dibi; cəhənnəmin ən dərin yeri

Dər-zaman – öz vaxtında

Dəri-qəsr – saray qapısı

Dəri-gənc – xəzinə qapısı

Dərkar – işdə, aşkar

Dərgah (dərgəh) – ev, saray qapısının qabağı

Dərguş qılmaq – yadda saxlamaq, xatırlamaq

Dərmiyan etmək – ortaya qoymaq, araya çəkmək

Dərhəm – qarışıq, dolaşıq

Dərhəqiqət – həqiqətən, doğrudan da

Dərcib etmək – cibə qoymaq, cibdə gizlətmək

Dəfaət ilə - dəfələrlə

Dəxalət – bir işə qarşıma, müdaxilə etmə

Dəxl – girmə, girişmə qarışma

Dəxli-kəlam – sözə, söhbətə qarışmaq

Dəhat – kəndlər; əhlidə-hatımız – kəndlilərimiz

Dəhən – qız; qönçədəhan – qönçə ağızlı, gözəl

Dəhyek – onda bir

Dəhr – dünya, aləm; dövr, əsr

Dəva – hüquq müdafiəsi üçün məhkəmə işi; dava, müharibə

Dəst - əl

Dəstgir - əsir

Dəşt – çöl, səhra, biyaban

Dəva – iddia, tələb

Divanəsər – dəli; vurğun, məftun

Didar – görüş

Didar – üz, sifət

Didə - göz; dideyi-şəhla – ala gözlər; dideyi-xudbin – ancaq özünü sevən

Didənəm – gözüyaşlı

Didu bus – görüşüb öpüşmək

Did olunmaq – görüşünə gedilmək

Dikkə - səki, skamya

Dilara – ürək bəzəyən, könül oxşayan

Dilaram – ürək sakit edən, fərəh verən

Dilazar – qəlb incidən

Dilarab – qəlbi rahatlandıran, sevgili

Dildadə - aşiq, vurğun

Dildar – yar, sevgili

Dili-zar – inləyən qəlb

Dilkəbab – qəlbi yanmış, zülm görmüş

Dilguşa – könül açan

Dilnəvaz  - könül oxşayan

Dilpəzir – ürəkalan, cazibəli

Dilrüba – ürəkaçan, gözəl

Dilsuz – qəlbi yanan; ürək yandıran; vaqieyi-dilsuz – ürək yandıran, fəlakətli hadisə

Diltəng etmək – qəmləndirmək

Dilfirib – könül aldadan, çox gözəl

Dilşad – qəlbi şad, sevinən

Dinar – qızıl pul

Dinpərvər – din tərəfdarı

Diraq – uzun

Dirəm – gümüş pul

Dirəxşəndə - parlaq

Diriğ etmək - əsirgəmək, qıymamaq

Dirin – köhnə, qədim

Dişrə - bayıra, xaricə

Dövlətmənd – dövlətli

Dövlətsəra (y) – hökumət sarayı

Dövrü bər - ətraf, hər yan

Dövreyi-təhsil – təhsil illəri

Dövri-qəza – tale, qəza-qədər, bəxt

Dudə - his, tüstü; cəhalət

Dudman – xanədan, sülalə; nəsil

Dun – alçaq

Düvəl – dövlətlər, hökümətlət

Dünimə - iki yarım, ikiyə parçalanmış

Düçaran – düçar olanlar

Düçeşm – iki göz

 

E

Ey (eyi – yaxşı, daha yaxşı

Eybcu – eyib axtaran

Eyd – bayram

Eymən – arxayın



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info