Qonaq Kitabı
LÜĞƏT

Rəvaq – üstü örtülü

Rəvan – ruh

Rəvan etmək – yola salmaq

Rəqəm qılmaq – yazmaq

Rəiyyətnəvaz – rəiyyətpərəst, rəiyyəti sevən

Rəyahin – reyhanlar; ətirli bitkilər

Rək – damar; qeyrət

Rəmz – işarə

Rəng – hiylə, məkr

Rəngin – anlaşılmaz, çətin

Rənc - əziyyət, iztirab

Rənci-rah – yol əziyyəti

Rəncur – xəstə, zəif

Rəsalət – rəsulluq, peyğəmbərlik

Rəsidə - yetişmiş

Rəsidəlik – təftiş, yoxlama

Rəuf – mərhəmətli, mehriban

Rəf – qaldırma, ləğv etmə; rəfi-küdurət – qəm-qüssəni dağıtmaq

Rəxnə - zərər, ziyan

Rəxt – pal-paltar

Rəxtxab – yorğan – döşək

Rəh (rah) – yol

Rəxşan – parlaq, parıldayan

Rəha – qurtuluş

Rəhgüzar – keçid yolu, yol üstü

Rəhl – yol yükü

Rəhlə - köhnə məktəbdə üstünə kitab-dəftər qoyulan dar və alçaq miz

Rəhmgüstər – rəhm yayan

Rəhnüman – yol göstərən

Rəşad – həqiqi yol

Rəşadiyyun – doğru yol göstərənlər

Rəşiq – nəfis, fözəl

Rəşid – çərd, bacarıqlı

Rəşk – qibtə, paxıllıq

Rəyət – bayraq, ələm

Rəna – gözəl, lətif

Rəfət – lütf, mərhəmət

Riqqət – incəqəlblik, həssaslıq

Rida – ötrü; pərdə

Riza – razılıq

Rizanolan – tökülən, axan

Rizvan – cənnət qarovulçusu

Rizq – azuqə

Rikab – üzəngi

Risalə - kitabça

Risman – sap, ip

Rihlət – ölmə, dünyadan köçmə

Riş – saqqal

Rövnəq – parlaqlıq; rövnəqi-kar – işin yaxşılığı, məqsədə uyğunluğu

Rövşən – işıq, aydın

Röb – dəhşət, qorxu

Rubəru – üz-üzə

Rud – simli musiqi aləti

Ruz – gündüz; ruzi-şəb – gecə-gündüz

Ruzigar – müddət

Ruznamə - qzəet

Ru (ruy) – üz; ruyi-ziyba – gözəl üz

Ruzədar – oructutan

Rmyan (rusca “rumyana” sözündən) - ənlik

Rübb – şirərübubiyyət – Allah, üluhiyyət

Rüəsa – rəislər

Rükn - əsas üzv

Rümuz – işarələr

Rüsul – peyğəmbər

Rüsum – qanun-qayda

Rüus – rəislər, başçılar

Rüfət – böyüklük, yüksəklik

Rüx – şahmat oyunundan top, yanaq, üz

 

S

Sabiqən – keçmişdə

Sabiranə - səbirli adamlara məxsus

Sabitqədəm – mətanətli, möhkəm

Sağər – qədəh, piyalə

Sadir olmaq – zahir olmaq, çıxmaq

Saziş – uyğunluq, uyma

Sai – səy edən, çalışan

Saib – doğru, səhv etməyən

Sailə - dilənçi qadın

Saleh – din, şariət tələblərinə sadiq

Saman – sərvət, zənginlik; tərtib, nizam

Same – qulaq asan, eşidən

Sane – yaradan

Saniyən – ikinci sari – sirayət edən, nüfuz edən

Sariyə - sirayət edici

Sate – yüksəlib görünən, qalxıb meydana çıxan

Saftələt – təmiz üzlü, gözəl üzlü

Sahəara – meydan bəzəyən, ziynət verən

Sahət – meydan, sahə

Saş – saş, zülf

Seyd – ov

Seylan – axın, axıntı

Seyran – gəzib dolaşma

Seyri-səma – göyün hərəkəti, fələk; seyri-xəyal – xəyala dalma

Seyf – qılınc

Seyfül üləma – alimlərin ustası

Səadətqərin – bəxtiyar

Səbahət – gözəllik

Səbat – boyaqçı

Səbqət – keçmə, ötmə

Səbur – səbr edən, ağırlığa dözən

Səbhə - təsbih

Səva – başqa

Səqər – cəhənnəm

Səğir – kiçik, xırda uşaq; səğirü kəbir – böyük-kiçik

Səd – yüz

Sədaqətpərvəranə - sədaqətli, səmimi

Sədd – bağlama

Səddanə - yüz dənədən (muncuq) ibarət

Sədəmə (sədmə) – zərbə, vurulma; gözlənmədən gələn bəla

Sədri-əzəm – baş vəzir

Səza – layiq, yaraşan

Səzavar – layiqli

Səyyad – ovçu

Səyyalə - axın, cərəyan

Səyyanən – bərabər, eyni dərəcədə

Səkənat – sakit durma

Səlah – yaxşılıq, salamatlıq, sülh, doğruluq

Səlat – namaz

Səlib – xaç; dəvayi Səlib – Səlib müharibəsi



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info