Qonaq Kitabı
LÜĞƏT

Əhməzi-qaət – çox itaət, çox ibadət

Əhrar – hürriyyətçilər

Əhfad – nəvələr, övlad

Əcamir – qaragüruh, avam

Əcəm – fars

Əcib – təəccüblü, qəribə

Əcram – cirmlər, cisimlər

Əcsam – cisimlər

Əşyax – şeyxlər

Əşk, əşki-tər – göz yaşı; əşki-bəşaşət – sevinc yaşları

Əşkal – şəkillər, sürətlər

Əşrar – şərirlər, fəsadçılar

Əşxas – şəxslər, hörmətli adamlar

Əşhədü billahi əliyyül-əzim – Allahın böyüklüyünə, əzəmətinə şəhadət edirəm

Əvan – köməklər, köməkçilər

 

 

J

Jalə çəkan – şeh çəkmiş, göz yaşə, ağlar

 

Z

Zadə - oğul

Zaid – çox, artıq, ziyadə

Zail – pozulmuş, yox olmuş

Zaye – zay, tələ məhv

Zaliman – zalımlar, rəhmsizlər

Zey – xarici görünüş, qiyafə

Zeybəq – civə

Zeyf – qonaq

Zeyf çəkmək – qonaq etmək

Zəban – dil

Zəbun – zəif, gücsüz

Zəval – yox, məhv olma

Zəvişan – şan və şərəf sahibi

Zəkavət – zəkilik, qabiliyyət

Zəmm – məzəmmət, töhmət

Zən – qadın

Zənbur – eşşək arısı

Zərd – sarı, solğun

Zərəfşan – qızıl saçan

Zərnigar – zər naxışlı

Zəcr – cövr, təzyiq, zorlama

Zəf – zəiflik, gücsüzlük

Ziba – yaraşıqlı; ziba-sənəm – gözəl

Zibəs – xeyli, o qədər, çox

Zinəti-tən - bədənin, vücudun yaraşığı

Zill – kölgə

Zinhar – aman, ehtiyatlı ol

Zirü zəbər – alt-üst

Zişan – şanlı

Zişərəf – şərəf sahibi

Zövrəq – qayıq, balaca gəmi

Zöhrəcəbin – parlaq alınlı, gözəl üzlü

Zöhd - zahidlik

Zükur – kişilər, oğlanlar

 

 

İ

İadə - qaytarma; təkrar etmə

Iba – narazılıq

Ibarət – ibarə, yazılı ifadə

İbqa - əbədiləşdirmə, daimi etmə

Ibzal - əsirgəməmə, istənilən qədər sərf etmə

Ibtidalənmək – başlanmaq

Ibtila – düçar olma

Ibtisam – təbəssüm, gülüş

Iqdam (etmək) – məqsədə çatmağa çalışmaq

Iqtiza – lazım olma, zəruri olma

Iğva – azdırma, yoldan çıxartma

Iğfal – aldatma, azdırma

Idbar – bədbəxtlik, taleyin dönüklüyü

Iza - əziyyət vermə, incitmə

Izdiyad – artırma, çoxaltma

Izz – şərəf, izzət

Izlal – azdırma, pis yola salma

Iztirar – ehtiyac

Izan – itaət etmə

Iyma – anlatma

Ikmal – tamamlama

Ikram – hörmət, ehtiram

Ikrahrəsan – iyrənc, mənfur

İktisab – kəsb etmə, qazanma

Illa – məgər ki

İllət – xəstəlik, azar

İmha – məhv etmə

İm`an olmaq – baxılmaq, diqqət edilmək

İmtidad etmək – uzanmaq

Inan – cilov, yedək

Inbisat – sevinmə, şadlanma

Inqiyad – itaət etmə, tabe olma

İnqiraz – dağılma, aradan çıxma

Indəssəlat – namaz üstündə, namaz qılarkən

Inkisar – qırılma; inkisar-nəfs – pərişanlıq, qəlbi qırıqlıq

Insanxar – adamyeyən, yırtıcı

Intiha – son

Intisab – mənsub olma

Intihfa – söndürmə

Intixab tapmaq – seçilmək

Intişar – yayma

Infaq – xərc, sərf etmə

Iniqab – rabitə, birləşmə

Irad – gətirmə

Irz – həya, namus

Irsal – göndərmə

Irsalə - “risalə” sözünün xalq dilində tələffüzü; elmə, fənnə və dini məsələlərə aid kitabça

Irtibat – rabitə, əlaqə, bağlılıq

Irtikab – pis iş görmə

Irtihal – ölmə, dünyadan köçmə

İrfan – bilik, mərifət

İrşad – doğru yola aparma

Isabət – məqsədə, hədəf doğru getmə

Isal – irişdirmə, çatdırma

Isar – qurban etmə

Islamyan – müsəlmanlar

Ismü rəsm – ad-san

Istadə - dayanmış

Istid`a – xahiş

Istişmam etmək – iyini almaq

Itfaiyyə - yanğın söndürməyə məxsus; alati-itfaiyyə - yanğın söndürmə alətləri

Ifna – yox etmək, məhv etmək



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info