Qonaq Kitabı
LÜĞƏT

Giyah – ot

Giytinüma – dünyanı göstərən; xarici ləmi özündə əks etdirən

Girami – dəyərli, qiymətli, əziz

Giranlıq – bahalıq

Gireh – düyün

Girəm – tutaq ki...

Giriban – yaxa

Girizan – qaçmış, getmiş

Giryə - ağlayış

Girü bənd – tutub-bağlama, güləşmə

Göftgu – danışıq

Gunə - növ, çeşid

Guş – qulaq; guş eyləmək – dinləmək

Guşeyi-çeşm – göz ucu

Güvara – xoşa gələn, ürəyə yatan

Güvah – şahid

Güzar – keçmə, keçib getmə

Güzəştə əzin – bundan keçək; bu bir yana qalsın

Gülüzar – gül yanaqlı, gözəl, dilbər

Gümnam – adı batmış, unudulmuş

Gümrah – azğən

Gürk – qurd, gürgan – qurdlar, canavarlar

Gürgi-əcəl - əcəl qurdu, qatil, qaniçən

Güfar – danışıq, danışma, söz

Gühər – gövhər, mirvari

 

L

Laəqəl – azından, ən azı

“Layəs`əlun” – soruşulmaz, sual edilməz, məsul olmayan

Layətəğəyyər – dəyişilməz

Laleyi-nöman – lalə gülünün növlərindən, qəzəl lalə

Laləgun – lalə rəngində, qan rəngində

Lalərux – lalə üzlü al yanaqlı

Lame – parlaq

Laməzhəb – məzhəbsiz, dinsiz

Lanə - yuva

Lantaran – söyüş, nalayiq, ədəbsiz sözlər

Laf – söz; boş söhbət

Lafi-dəhan - əmələ keçməyib, yalnız dildə qalan sözlər

La-fəvallah – yox vallah, Allah and olsun yox (belə deyil)

La hövlə və la qüvvətə illa və billah – “Allahdan başqa heç kimdə qüvvət və qüdrət yoxdur”

Laş – leş, cəmdək

Leyk – lakin, amma

Leyl – gecə

Leylə - gecəleylətül-isra – merac gecəsi

Leyli-zülmət – qaranlıq gecə

Ləamət – alçaqlıq; zəlillik

Ləbriz – qıraqlarına qədər dolu (kasa və s.)

Ləqləq – leylək (quş)

Ləşv – boş söz, cəfəngiyyat; gəvəzə, naqqal

Ləzzətyab – ləzzət alan

Ləzzətəfza – çox ləzzətli

Ləim – alçaq, rəzil

Ləin – məlun

Ləmə - işıq, parıltı

Lən etmək – lənətləmək

Lərziş – titrəmə; lərzişi-ərz – zəlzələ

Ləhv, ləhvüləəb – oyun, əyləncə, faydasız iş

Ləhn – gözəl səs, xoş avaz

Ləcacət – tərslik, inadkarlıq

Ləl – yaqut, ləli-Yəmən – Yəmən yaqutu, əla yaqut; ləli-ləb – yaqut kimi qərməzə dodaq

Liva – bayraq; livayi-zəfər – qələbə bayrağı

Lilvəla – dostluq xatirinə

Liləcəb – təəccüb olun, əcəba

Lisan – dil

“Liisanülğeyb” – qeybdən gələn səs; məşhur şair Hafiz Şirazinin ləqəbi

Lövn – rəng, boya

Lövhi-saf – təmiz beyin, saf qəlb

Löbət – oyuncaq; gözəl, qəşəng qız

Löbətistan – oyuncaqlar, gözəllər ölkəsi, yurdu

Lölö – inci, dürr; lölöitər – təzə inci

Lühum - ətlər, ətli yeməklər

 

M

Mabaqi – qalan, bir şeydən qalan hissə

Mabeyn – ara, iki şeyin yaxud şəxsin arası

Madəri-nalan – ağlayan, inləyən ana

Maəda - ... başqa, savayı

Maəmlək – bütün mal-mülk, nə ki var

Mazi – keçmiş; tarix, tarixi

Mayeyi-təvəkkül – sonradan lazım olacaq maya

Malamal – dopdolu

Ma-məza – keçmişdə olan işlər, keçmiş şeylər

Manənd – bənzər, misl, tay

Mar – ilan

Marfaş – məfrəş, torğan-döşək yüklənən böyük çüval

Masəva (əsli: masiva) – Allahın adlarından biri

Mafövqülhədd – həddən ziyadə, son dərəcə

Mah – ay; mahınız doğdu – bəxtiniz açıldı

Mahi-əza – matəm ayı

Mahliqa – üzü ay kimi (gözəl)

Mahru – ayüzlü, gözəl

Maş – mülk-maş; mal-dövlət

Ma – su, mai-zülal – təmiz, duru su

Meygüsar – şərab sevən; birlikdə şərab içən

Meymənət – uğur

Mehr – günəş; məhəbbət, sevgi

 

Məal – niyyət, məqsəd

Məaləndişlik – uzaqgörənlik, ehtiyatkarlıq

Məani – mənalar

Məarifməndan – maarifpərvərlər

Məaş – məişət, dolanacaq

Məbad inki – olmaya ki, belə olsun ki

Məbdə - başlanğıc

Məbhut – heyran

Məbus – xalq nümayəndəsi, vəkil

Məvaiz – nəsihətlər

Məvaris – miraslar

Məvaşi – mal-qara

Məvəddət – məhəbbət, səmimi, yaxın dostluq

Məqal – söz, nitq

Məqərr – qərargah, məhəl

Məqtul – qətl edilmiş

Məqtulən – öldürülmüş olaraq

Məqtə - şerin son beyti

Məğrib – günbatan, qərb

Məğfur – mərhum, rəhmətə getmiş

Mədari-məişət – yaşayış vasitəsi

Mədaris – məktəblər



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info