Qonaq Kitabı
LÜĞƏT

Eyn – göz

Eytam – yetimlər

Elmi-hal – dini əxlaq və hərəkətlər dərsi

Ehzar – hüzura çağırma, hazır etmə

Ehmal eyləmək – etinasızlıq, əhəmiyyət verməmək

Ehraz etmək – qazanmaq, əldə etmək
ehtizar – can vermə; hiyni-ehtizar – ölüm vaxtı

Eşşəkxisal – eşşək təbiətli

Eşk (eşki-tər) – göz yaşları

Ezaz – hörmət etmə, əzizləmə

Etidal – orta hal

Etilla – yüksəliş, tərəqqi

Etina – çox diqqət

Etisaf – haqsızlıq, təzyiq

Ecaz – möcüzə

 

Ə

Əba – aba, ruhanilərin geyimi

Əbabil – dağ qaranquşu

Əbd – qul

Əbdal – dərviştəbiət adam

Əbəveyi – atalar, ata-baba

Əbna – oğullar

Əbr – bulud

Əbcəd – bax: səfəs

Əqval – qövllər, sözlər

Əqvali-həkimanə - alimanə, aforizmlər

Əqvam – tayfalar, millətləır

Əqdəs - ən müqəddəs, ən qiymətli

Əqli-səlim – sağlam ağıl, dürüst

Əqsa (y) – uzaqda olan, ən uzaq

Əğləb – çoxluq, əksəriyyət

Əğniya – öənilər, varlılar

Ədd – sayma

Ədəm – yoxluq; ölüm; səzayi-ədəm – ölməyə, yox olmağa layiq

Ədəbistan - ədəb yeri, elm, bilik yeri

Ədl - ədalət

Ədna – çox dəni, ən alçaq rəzil

Əz - ... dən, əz islam – islamdan

Əza - əziyyət, cəfa

Əzvay – aloe

Əzkar – zikrlər

Əzəmiyyət – böyüklük

Əzm – qəti niyyət

Əyyami-sələf – keçmiş zamanlar, ata-babalar dövrü

Əyyar – kələkbaz

Əkbər – böyük, dəstəbaşı

Əkvan – varlıqlar, dünya

Əkl – yemək

Əlait - əlaqələr, rabitələr

Əlqab – ləqəblər, müxtəlif titullar

Əlqissə - xülasə, qısası

Ələm – bayraq

Əlzəm – çox lazımlı, zəruri

Əlyövm – bu gün, indi

Əlminnətülillah – çükür Allaha

Əlfirat – ayrılıq

Əlhəq – həqiqətdə, doğrusu

Əlhəzər – uzaq olsun

Əl`aman – kömək edin

Əlan – indi

Əmval – mallar, sərvət

Əmvac – mövclər, dalğalar, ləpələr

Əmdən – qəsdən, bilə-bilə

Əmiq – dərin

Əmn - əminlik, arxayınlıq, rahatlıq

Əmr – iş

Əmrəd – hələ bığı-saqqalı çıxmamış gənc

Əmsal – misllər, bənzərlər

Ənar – nar

Ənva – növlər

Ənduh – qəm, qüssə

Ənzar – nəzərlər

Ənis – dost

Ənkəhtü – nikahlayıram

Ənhar – nəhrlər, çaylar

Ərbab - əhl, sahib, peşəkar

Ərbabi-həvəs – həvəslilər

Ərvah – rühlar

Ərəz – təbii olmayan, keçici hal

Ərzan – ucuz

Ərzən – darı

Ərkan – hökümətin baş adamları, nazirlər

Ərradə - araba, top arabası

Ərs – paslı dəmir döyülərkən tökülən çürük qırıntı

Ərsə - meydan, dünya

Ərşi-müəlla – dini etiqada görə göyün doqquzuncu təbəqəsi

Ərər – dağ sərvi (gözəllərin boy-buxununa təşbih edilir).

Əsbab – səbəblər

Əsvab – paltarlar

Əsqal – ağır şeylər

Əsəf – acıma, təəssüf

Əsiri-qeydi-fəqr – yoxsulluq zəncirinin əsiri

Əskəran - əsgərlər, döyüşçülər

Əskinas – kağız pul

Əslaf – sələflər, ata-babalar

Əsnaf – sənətkarlar

Əsrar – sirrlər

Əsri-hal – bu əsr, bu dövr

Əshab - sahiblər, ağalar, əshabi-giram – kəramətli, şərəfli böyüklər

Ətvar – hal, əda, hərəkət tərzi

Ətəbat – ziyarətgahlar; ətəbati-aliyat – imamların məqbərələri olan yerlər

Ətrak – türklər

Ətf – döndərmə, başqa tərəfə dönmə, çevirmə

Ətfal – uşaqlar

Əfzuni – çoxluq, artıqlıq

Əfkar – fikirlər, niyyətlər

Əfrad – fərdlər

Əfsürdə - xarab olmuş, solmuş

Əf`al – işlər,

Əxbar – xəbərlər

Əxvan – qardaşlar

Əxz (etmək) almaq, əldə etmək

Əhadis – hədislər, yeni əhvalat

Əhbab – dostlar

Əhzan – hüznlər, qəmlər

Əhkam – hökmlər, əmrlər

Əhl – xalq

Əhli-diyar – bir ölkədə yaşayanlar

Əhli-zahir – dünya adamı

Əhməz - ən qüvvətli



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info