Qonaq Kitabı
LÜĞƏT

Nimə - yarım, yarı

Nimxiz – hörmət üçün əyilmə

Nimcan – yarımcan

Nimşəb – gecəyarısı

Nisar – tökmə, tökülmə, saçma, saçılma

Nisyan – unutma, unudulma

Nisvan – qadın, qız

Nist – yox; nist və nabüd olmaq – yox olmaq

Nisf – yarı

Nifas – yeni doğan qadından qanaxma

Nifrin – nifrət

Nihal – fidan, ağac

Nihan – gizli

Niş vurmaq – sancmaq, incitmək

Nişat (nəşət) – sevinc

Nişimən (nişiməng) – oturacaq yer

Növ – yeni, təzə

Növzad – yeni doğulmuş

Növm – yuxu; növmi-şita və yövmi-şətva – qış yuxusu, uzun yatmaq

Növrəstə - yeniyetmə, gənc

Növsaxtə - yeniyetmə, yeni çıxmış

Növpərvər – humanist

Nöh – doqquz

Nuri-didə - uşaq, övlad; göz işığı

Ni\uri-çeşm – gözün işığı

Nurülüyun – gözlər işığı, əziz sevimli

Nuşxənd – şirin gülüşlü

Nübüvvət – peyğəmbərlik

Nüzul etmək – enmək, göydən gəlmək

Nüktə - incə mənalı söz

Nümudar – aydın, açıq, aşkar

Nühus – uğursuzluqlar

Nücum – ulduzlar

 

O

On – o; onki – o ki, o adam ki

Onvərsət – universitet

Osmani – osmanlı

 

Ö

Övbaş – qara camaat, avamlar

Pvqat – vaxtlar; həmə övqat – həmişə, hər vaxt

Övdət etmək – qayıtmaq, geriyə dönmək

Övza – vəziyyət

Övniya – kömək, yardım

Övrad – təkrarlarla söylənən hər hansı bir dua

Övrəng – taxt-tac

Övtan – vətənlər

Övhamat – övhamlar; övham – vəhmlər; vəhm – qorxu

Övc - ən yüksək nöqtə; övci-fəza – göyün ənginlikləri

 

P

Pa, pay – ayaq

Payan – son, nəhayət

Paybənd – ayağı bağlı

Paydar – çox davam edən

Payə - dərəcə, mərtəbə

Pakizə - təmiz, səliqəli

Paknəsəb – mənşəcə təmiz, namuslu

Parlaman – parlament

Pasiban – gözətçi

“Pasılyan” – sürgün

Pey aparmaq – təqib etmək

Peyvənd – bağlılıq, rabitə, sevgi

Peyğam – xəbər, müraciət

Peykər – üz, sifət

Peyrəv olma – arxasınnca getmək

Peyrəvi – birinin arxasınca gedən

Pədər – ata, pədəranə - ataya layiq

Pək – çox

Pəlid – murdar, bulaşıq

Pənd – öyüd, nəsihət

Pər – qanad, lələk

Pərizad – pəridən doğulmuş, gözəl

Pəriruy – pəri üzlü

Pərniyan – ipək

Pərəstar – pərəstiş edən; xidmətçi

Pərpuc – qırıb məhv etmə, sındırma

Pərxaş – dava

Pərtöv – nur, işıq

Pərtövfüruz – işıqsaçan

Pəs – arxa, dal

Pəsəndidə - bəyənilən

Pəsər – oğul

Pəst – alçaq

Piltən – filbədənli, çox güclü

Pir – qoca; pirü cavan – qocalar və gənclər, hamı

Pirayə - ziynət, bəzək

Piranə - qocalar kimi

Piri-Kənan – Kənandan olan qoca – Yəqub peyğəmbər

Pistan – məmə, əmcək

Piş – ön, qabaq

Pişani – alın

Pişbəndlik – qabağını tutma

Pişva – başçı, rəis

Piş əz vəqt – iş baş vermədən qabaq

Pişkam – qabaqcıl

Pişgah – ön tərəf, qabaq tərəf

Pişrəft – qabağa getmə, tərəqqi

Pişrəv – rəhbər, qabaqda gedən

Puyan –yürüyən, sürətlə gedən

Pür – dolu

Pürbəha – bahalı

Pürkəmal – tam müsbət

Pürmayə - əhəmiyyətli, lazımlı

Pürməlal – çox qəmgin, kədərli

Pürnur – nur dolu, çox işıqlı

Pürxümar – sərxoş, sərsəm

 

R

Radə (raddə) – təqribi, təxminən

Raz – sirr

Raziq – rizq verən, ruzi verən

Rakibən – süvari olaraq

Rah – yol

Rahi – yolçu, gedən

Rahnümun – yol göstərən, rəhbər

Race – qayıdan

Rəbbi-məcid – böyük olan Allah

Rəbt – bağlama, əlaqələndirmə



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info