Qonaq Kitabı
LÜĞƏT

Mədihəgu – mənsəb sahibinə yaltaqlanıb, mədh, tərif yazan (şair)

Mədfən – qəbiristan, məzar

Məzaq – dadma, ləzzə duyma; məzali-millət – millətin zövqü, ruhu

Məzbələ - zibillik

Məzbur – yazılmış; taəti-məzbur – Allah və Quranla qoyulmuş itaət

Məzkur – zikr olunan, deyilən

Məzəllət – alçaqlıq, etibarsızlıq

Məzrəə - əkin, tarla

Məzrəəcat - əkilmiş yerlər

Məkrəmət – hörmət

Məgəs – çibin; məgəsi-nal – arı

Məlaz – sığınacaq yeri; pənah aparılan yer

Məlamət – tənə, töhmət

Mələkmənzər – mələkə bənzər

Mələnət – lənətlənmə

Mələbə - oyun yeri

Mələx – çəyirtkə

Məlfufə - bağlı məktub

Məlcə - sığınacaq yer, pənah aparəlan yer

Məmalik – məmləkətlər, ölkələr

Məmat – ölüm

Mənal – mal-mülk

Mənazil – mənzillər; mənazil sürmək – mənzildən mənzilə köçmək

Mənzələ - dərəcə, mərtəbə

Mənzur – gözlənilən, nəzərdə olan

Mənzuri-nəzər olmaq – birinin diqqətini özünə cəlb etmək, birini çox maraqlandırmaq

“Mən kəfər” – kim kafir isə...

Mənkus – tərsinə dönmüş

Mənfa – sürgün yeri

Mənhus – nəhs, bəd

Mənşur – fərman

Məranqoz – dülgər

Mərarət – acılıq; mərarəti-qəlbiyyə - ruhi acılıq, iztirab

Məratib – mərtəbələr

Mərbut – bağlı

Mərqum – yazılmış

Mərğzar – çəmən, çəmənlik

Mərdi-pir – qoca

Mərdud – rədd edilmiş

Mərkəb – minik heyvanı, at, eşşək

Mərkuz – sancılmış, taxılmış

Mərhumül-məğfur – Allahın rəhmətinə nail olmuş

Məsa – axşam

Məsabə - dərəcə

Məsai – səylər, zəhmətlər

Məsail – məsəllər, mövzular

Məsarif – xərclər

Məsahət – yerlər, ərazi; elmi-məsahət – həndəsə

Məsdər – bir şeyin çıxdığı, baş verdiyi yer

Məsdud – bağlı, bağlanmış

Məsnəd – məqam, mövqe

Məsnui – süni, texniki yolla edilənməstanərəviş – sərxoş kimi yerimə

Məstkam – arzuya çatmaqla məst, şad olma

Məsturə - örtülü, çadralı

Məstur – yazılmış, göstərilmiş olan

Məsun – saxlanılan mühafizə olunan, qorunan

Məsərrətbəxşa – sevindirici, şadlandırıcı

Məskənət – miskinlik, fağırlıq, kasıblıq

Məsmum etmək – zəhərlənmək

Məsrur – şad, sevincli, fərəhli

Məsxərəcünban – masqara edən, oyunbaz

Məsədət – xoşbəxtlik, səadət

Məsələt – rica, xahiş

Mətalib – mətləblər

Mətlub – tələb olunan, gözlənilən

Mətrud – qovulmuş, rədd edilmiş

Məfaid – məzmunlar, mündəricələr, mənalar

Məfqud olmaq – itmək, yox olmaq

Məfzul – aşağıda olan, alçaqda olan

Məfluk – bədbəxtliyə düşmüş

Məfruş – döşənmiş

Məfsədə - fitnə, fəsad

Məfhum – anlayış, məna

Məxdum – oğul, hörmətli bir adamın oğlu

Məxzən – xəzinə

Məxrub – xaraba, dağılmış

Məhabət – heybətli, əzəmətli görünüş

Məhasin – bığ-saqqal

Məhbit – enilən yer

Məhbub – dost, sevimli

Məhd – beşik; vətən, yurd

Məhəl – bir şeyin yeri

Məhəllat – məhəllələr

Məhzər – hazır olmaq yeri, hüzur yeri

Məcazi – qeyri-həqiqi

Məczub – cəzb olunmuş

Məcmər – içində ətirli maddələr yandırılan qab

Məşağil – məşğələlər

Məşayix – şeyxlər

Məşy – yeriş, yürüş

Məşkuk – şübhəli

Məşru – qanuni, şəriətə uyğun

Məşşatə - qadın bəzəkçisi

Mə`bud – ibadət olunan, tanrı, Allah

Məqud – ağıla müvafiq, ağıllı

Mədələtfər - ədalətpərəst

Məlul – dərdi olan

Məlumlər – məşhur, adlı adamlar

Məriz – məqam; mərizi-tufan – tufan məqamı

Məruf – məlum, tanış

Məsiyyət – günah

Məsumanə - günahsızcasına; qəlbi-məsumanə - təmiz ürək

Məşər – cəmiyyət

Miqdar – qədr-qiymət, hörmət

Mizah – zarafat, əylənmə

Miknət – qüvvə, iqtidar

Miləl –millətlər

Minbəd – bundan sonra, indən belə

Minnətgüzar – minnət qoyan

Minheysi-zəkat – zəkat cəhətindən

Mir - əmir, hakim

Misbah – işıq; çıraq

Miftah – açar

Mihən – möhnətlər, əziyyətlər

Mişkat – çiraq üçün ev divarında olan taxça

Mozalan – eşşək milçəyi

Mövqei-tədris – dərs deyilən yer

Mövquf – tutulmuş, saxlanmış

Mövla – ağa, böyük, müqəddəs bilinən şəxs

Mövrus – miras qalmış



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info