LÜĞƏT
A Aba – atalar, ata-baba Abadi – abadanlıq, aba etmə Abdar – parlayan Abəki-şur – balaca şor su. Xəzər dənizi nəzərdə tutulur. Avan – anlar, dəqiqələr. Ağaz – başlama. Adab - ədəb, tərbiyə Adat – adətlər Adi – adət etmə Azim - əzm edən. Ayat – Quran ayələri. Ayin – dini adət. Al – nəsil, ailə; Alam - ələmlər, dərdlər; mayeyi-alam - ələmlər mənbəyi. Alat – alətlər, vəsait Aləmi-məna – mənəvi dünya Aludə - bulaşmış, giriftar Amadə - hazır Amac – hədəf, nişan Amil – tacirin inandığı və içini aparan adam. Ari – təmiz; uzaq Ariz – yanaq; arizi-al – alyanaq Ariz olmaq – baş vermək Arizi-qəmlər – zamanın, günün qəmləri, dərdləri Ariyə - müvəqqəti, qaytarmaq şərti ilə alınan Asar - ədərlər, hadisələr Asitan – saray qapısı Atəşbar – od yağdıran; taziyaneyi-atəşbar – kəskin həcv Atəşindəm – odnəfəsli Afaq – üfüqlər; aləm, dünya Afət – bəla, müsibət Afitab – günəş Axtaxana – Şamaxı dağlarında danaların yeyib böyüdüyü bir bitki. Ahən – dəmir Ac – fil sümüyü; təxti-ac – fil sümüyündən təxt Aşiqküş – aşiq öldürən Aşiyan – yuva, məskən Aşüftə - vurğun, məftun
B Babət – cür, cürə, növ, dürlü Babunə - çobanyastığı Bavər (etmək) – inanmaq, etibar etmək Ba-vücud in ki – buna görədir ki,bad – külək, yel Badpa – külək sürəti ilə gedən Bazicə - oyuncaq Bak – qorxu, təhlükə Bal – qanad, qol Balü pər – qol qanad Bala – yuxarı; bir şüyin yuxarısı Banu hərəm – xanım arvad, ağa arvad Bar – yük, ağırlıq Baran – yağış, yağma; nur-baran – işıq (məc. azadlıq elanı) Bari, bar – allah; bari xudaya, bar xudaya – ey böyük allah Bariqə - şimşək Bargah – saray Batini-şum – pis ürək Bafaidə - faydalı Bahir – parlaq, gözəl; hər kəsə məlum Beytülmal – dövlət xəzinəsi, vərəsəsiz ölənlərin mal-mülkü və bu cürə ümumi mal-dövləti saxlayan idarə Bəbrbiyan, yaxud bəbr – qaplandan böyük yırtıcı hüyvan. Bəqa – daimilik Bədaye – bədiələr, gözəl şeylər Bədəstur – təlimata görə Bədəfkar – sui-qəsdçi, cinayətkar Bədiəpərdaz – bədii sözlər yaradan Bədihə - düşünülmədən dərhal söylənilən söz Bədihi – aşkar, çübhəsiz Bədi`i-əflak – göyləri yaradan Bəəzm – məqsədlə, bəəzmi-şikar – ovlamaq qəsdi ilə Bəzl – vermə, bağışlama; bəzli-can – canından keçmə Bəzm – məclis Bəyə - məgər Bəldə - şəhər, qəsəbə Bəliyyat – bəlalar, müsibətlər Bəlilə - qarnı qəbiz edən dərman Bəl – udma, sürətlə yemə Bənd – bağlamaq Bəninöv – öz növündən olan, həmcins Bər – bar, meyvə; Bər – köks, sinə; dövrü bər - ətraf, yan-yörə Bərduş – çiyinə, çiyin üstə Bərin – yüksək, əla Bərg – yarpaq Bərməla – aşkar, görünən Bərfərz – tutaq ki Bərhəm oldu – pozuldu, dağıldı Bərəks - əksinə, tərsinə Bəsa – çox, xeyli, artıq Bəsirət – görmə və anlama qabiliyyəti Bəst – pənahaparılan yer Bəstər – yataq Bəhr – hasil, pay, hissə, dərya Behcət – sevinc, şadlıq Bəxşi-heyrət etmək – böyük bir hünərlə adamları heyran etmək Bəşaşət – sevinc Bibədəl - əvəzsiz, əla Bivə - dul Bidar – ayıq olmaq, yatmamaq Bidət – din, şəriət adı, pərdəsi altında şəriət əleyhinə iş, söz Bizziyadət – artıqlaması ilə Biyş – zəhərli bitki Bilmərrə - büsbütün, tamamilə Bilməsərrət – şadlıqla, sevinclə Bilxeyr – xeyrlə Bilcümlə - bütün, hamı Bilizafət – artıqlaması ilə Bilintixab – seçməklə Bilistinad – istinad etməklə Bilihtimam – səylə, qeyrətlə Bilümum – ümumiyyətlə Bimühaba – çəkinmədən, qorxusuz Bisərüpa – başsız-ayaqsız; avara Bistüm – iyirminci Bisükun – sakin olmayan, rahatsız Bittəmam – hamısı, bütün Bixar – tikənsiz Bixud – özünü itirmiş, özündən getmiş Bihimmət – qeyrətsiz, qayğısız
|