Qonaq Kitabı
LÜĞƏT

Ifritsiyər – ifrit sifətində olan (ifrit cinlərin çox zərərli və qorxunc bir cinsi sayılır)

Iftadə - anlatma

Ixvan – dostlar, qardaşlar

Ixlas – səmimiyyət, saf, dərin hörmət

Ixtar – xatırlatma

Ixtilal – qarışıqlıq

Ixtiraat – ixtiralar

Ihanət – həqsız təhqir

Iham – şübhə yaratma, tərəddüdə salma

Ihya – diriltmə, canlandırma

Icab – lazım olma, vacib

Icabət – bir xahişi, çağırışıı qəbul etmə

Ictinab – çəkinmə, qorxma

Işan – tuhani

Iştibah – şübhə

Iştiyaq – şövq

Iştika – şikayət

Ila – yüksəltmə, ucaltma

 

Y

Yal – boyun, yalü bal – boy-buxun, qamət

Yara – güc, qüvvət, qüdrət

Yaran – dostlar, aşnalar

Yahu – ay Allah!

Yedici – ölü yerində ağız açıb ağı deyənlərin başçısı

Yekbar – birbaş, birdəfəlik

Yekdanə - bütöv iri dənə

Yeksan – bəraəbr, hamar

Yekca – bütün, hər yer

Yəğma – qarət, talan

Yəd - əl; yədi-təsərrüf – ixtiyar

Yəzdan – yaradan, Allah

Yəlda ilin ən uzun gecəsi

Yəmin – sağ tərəf

Yəsar – sol tərəf

Yəsrib – Mədinə şəhərinin qədim adı; şahi-Yəsrib – Məhəmməd peyğəmbər

Yəfirr – qaçma, qaçışma

Yəx – buz

Yəs – ümidsizlik; yas

Yovuncu (yavuncu) – yaltaq, yava

Yövm – gün

 

K

Kala – sərmayə, zənginlik; kalyi-süxən – söz xəzinəsinin sahibi

Kalbüd – qəlib; bədən, qəfəs

Kamran – məqsədinə çatan, xoşbəxt

Kan – mədə

Kar – iş, əməl

Kargər – fəhlə, işçi

Kargir – təsiredici; kargir olmaz bana – mənə təsir etməz

Kahil – ağırtərpənən fərsiz

Key – ki, ey

Keyl-keyl – çanaq-çanaq

Keysu (geysu) – saç

“Keyfəma yəşa” – necə kefi istəyir

Kəbir – böyük, yaşlı

Kəvakib – ulduzlar

Kəza – habelə

Kəyan – keylər, qədim İran şahlarının ümumi adı

Kəlal – qüssə, qəm

Kəmali-yəs (ilə) – böyük qəm, kədər içində

Kəmahi – haqqilə

Kəmbəha – ucuz, dəyərsiz

Kəmqərar – zəif, qorxaq

Kəmin – aciz

Kəmyab – az tapılan

Kəndi – özü

Kənz – xəzinə, kənzi-lölö-raz – sirr incilərinin xəzinəsi

Kənisa – kilsə; ərbabi-kənisa – ruhanilər

Kərahət – iyrənclik

Kərəm – alicənablıq, səxavət; əhli-kərəm – kərəm sahibi

Kərima – ey kəramətli, böyük Allah!

Kərrü fərr – hücum-dönüş, irəli-geri ama-vermə, hiylə

Kəsb – qazanma

Kəsbi-kar – işləmə, qazanmaq; iş-peşə

Kəsrət – çoxluq, kəsrəti-əmval – mal-dövlət çoxluğu

Kəsri-şən – alçalma, alçaqlıq

Kəfalət – zamin olma

Kəhvarə - beşik

Kəcmədar – tər dönən

Kəşti – gəmi

Kəştiban – gəmiçi, gəmi sahibi

Kəşf – açma; kəşfi-vücuhi-nisvan – qadınların üzünü açması

Kəb – nərdə zəri

Kibriya – böyüklük, əzəmət, cəlal

Kizb – yalan

Kinəvər - ədavətli, düşmən

Kiram – alicənab, comərd olanlar

Kisədust – cib dostu, pul dostu

Kifayə - qabiliyyət, bacarıq

Kişvər – bilayət, ölkə, şəhər, məmləkət

Kövkəb – ulduz

Kövn – varlıq, aləm; kövnü-məkan – yer-göy, kainat

Kövsər – dini etiqada görə cənnət suyu

Köstəxana – sırtıqcasına, həyasızcasına

Kubəku – bu kənddən o kəndə

Ku (y) – kənd, məntəqə; hər kudə bizziyadət – hər kənddə, hər yerdə çoxluqla

Kur – kor

Kus – böyük baraban

Kufiyn – Kufə camaatı

Kuhkən – dağ yaran; Fərhad

Külah – papaq

Kün-fəyəkun – alt-üst, darmadağın

Rürniş – baş əymə, baş əyib salam vermə

Kürur – beş yüz min

Küffar – kafirlər

Kühsar – dağlıq, dağlar

 

G

Gav-sər – başı öküz başına bənzər əsa; hökmdarlara məxsus ikibuynuzlu, yaxud ikidişli əsa

Gəbr – atəşpərəst

Gəlubənd – boyunbağı, həmayil

Gəndüm – buğda

Gənc – xəzinə, dəfinə

Gər - əgər, hərgah

Gərd – toz

Gərdənkəşan – heç kəsə tabe olmayanlar, boyun əyməyənlər

Gərdənfəraz – məğrur, mütəkəbbir

Gərm – isti

Gərmabə - hamam



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info