Qonaq Kitabı
LÜĞƏT

Bu – iy, qoxu

Bum – yurd, yer, mülk

Bus edilmək – öpülmək

Buxarəndaz – buğlanan

Büğz – kin, ədavət

Büləha - əbləhlər, axmaqlar

Bürran – kəskin, iti

Bütlan – haqsızlıq, batil, boş

Büxl – paxıllıq, həsəd

 

V

Vabəstə - bağlı; bir şeydən asılı olma

Vaqeən – həqiqətən, doğrudan

Vazeh – aydın, açıq, aşkar

Vala – yüksək, ali

Va həsrəta – ey va!..

Vacibüttaə - itaət edilməsi vacib olan

Vey – və ey

Vəbal – günah

Vəqur – vüqarlı

Vəqf (eləmək) – qurban etmək, bağışlamaq

Vəq (qoyan) – ciddi əhəmiyyət verən

Vəzarət – vəzirlik

Vəz-mədar – həyat tərzi; vəzi-məxaric – xərclənmiş olanlar

Vəkalət – vəkillik, başqasının işni görmə

Vələd – oğul

Vəli – amma, lakin

Vərtə uçurum vərteyi-həlakət – həlak olma

Vəsail – vəsilələr, səbəblər; vəsaili-mütəəddidə - bir sıra vasitələr

Vəsi – vüsətli, geniş

Vəsf – tərif; vəsfi-düruq – yalan tərif

Vəsfgu – tərifləyən, tərif deyən

Vəhmi-xəyalət - əsassız, yanlış

Vəcahət – gözəllik

Vəcahətli – gözəl üzlü

Vəch – məbləğ, pul, əvəz

Vəchən – üzdə, üzdən, zahirdə

Viqayə - müdafiə

Vizr – günah

Vird – daim deyilən, təkrar edilən sözlər, ifadələr

Vifaq – həmrəylik, həmfikir olma

Vüquat – hadisələr, vaqeələr

Vüzəra – vəzirlər

Vükəla – vəkillər

Vüsuq – inanmaq

Vüsul olma – çatma, yetişmə

Vücudi-qayib – yox olmuş, aradan çıxmış insan

Vücuh – üzlər; kəşfi-vücuhi-nisvan – qadınların çadrasını atma

 

Q

Qabili-ərz - ərz olunmağa

Qaib (etmək) – itirmək

Qail – deyən, razılığını bildirən

Qayət – bir işin, halın son dərəcəsi

Qal – söz, danışıq

Qaliba – çox ehtimal ki

Qaliyamu – qarasaçlı

Qarein – oxucular

Qasir – qüsurlu, bacarıqsız

Qastin – mehmanxana

Qaç – neçə

Qeyd – ip, zəncir

Qzəbzə - pəncə, ovuc; xəncər, qılınc kimi silahların dəstəsi

Qəbləlvüqu – bir işin baş verməsindən qabaq

Qəvaid – qaydalar, üsullar, yollar

Qəviəql – çəx ağıllı, dərin düşünən

Qəvişövkət – qüvvətli və şövkətli

Qədəmgüzar – qədəm qoyan

Qədər – tale; dövri-qədər – bəxtin, taleyin gedişi

Qədrdan – qədirbilən

Qəyur – qeyrətli, namuslu

Qəlbşikən – qəlb qıran

Qəmfəza – qəm artıran, kədərli

Qənəm – qoyun

Qəni – dövlətli

Qərqi-xun – qana batmış, məhv edilən

Qərz – borc

Qəribülfəhm – mənalı, ağla girən, təsir edən

Qərin – yaxın; qərini-məqfirət - əfv olunmağa layiq

Qərihə - istedad

Qəryə - böyük kənd, kiçik şəhər

Qərşət – bax: səfəs

Qəsaid – qədisədlər

Qəsb – qapma, zəbt etmə

Qəsd – niyyət, arzu

Qəsəm – and

Qəsvətəngiz – qəm gətirən

Qəsir – qısa, məhdud; əqli-qəsid – dar düşüncə

Qətari-fişəng – patrondaş

Qət` - kəsmək; qət`i-rah – yol kəsmə; qət`i-əlaiq - əlaqələri kəsmək

Qət`i-teyy – qərar, sərəncam

Qəffal – çilingər, adamaldadan

Qəffar - əfv edən, günahdan keçən (Allah)

Qəhr – kədər; məhv olma

Qəht – qıt-qəhətlik

Qiyas – müqayisəli nəticə, misal göstərmə

Qina – sərvət; babi-qina – dövlətlilər

Qissə - əhvalat

Qitaət – qitələr

Qlasnı – nümayəndə, deputat

Qövl – söz, vədə; qövli-sərih – doğru söz, qəti söz, ifadə; qövli-naməşru – şəriətə xilaf söz

Qövseyn – qövslər, yaylar; məc. qaşlar

Qullab - əyirmə çarxı

Qullabı – haramzada, saxtakarlıq

Quli-biyaban – qulyabanı

Qufrafat – kökü fransızca (qaufrer)dən alınmışdır, rusca qofrirovat – saçlarıdalğa-dalğa qqıvrımlamaq

Qübh – pis iş, bəd əməl

Qüva – qüvvələr

Qüvveyi-nizamiyyə - hərbu qüvvə; polis dəstəsi

Qüddusiyan – müqəddəslər

Qüdum – qədəm

Qüyudat – qeydlər; bağlar, zancirlər

Qürun - əsrlər, qərinələr

Qüsl – ölünü dini qaydalarla yuma, paklanma

Qüttai-təriq – yol kəsənlər

Qüfran - əfv, mərhəmət

 

Ğ

Ğayə - son, axır, ğayeyi-amal – sonuncu, ən mühümü

Ğəbğəb buxaq, ğəza – yemək



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info