Qonaq Kitabı
LÜĞƏT

Fərsudə - əskimiş, pozulmuş

Fərxunda – xoşbəxt, mübarək

Fərş – yer; döşəmə, sərmə

Fər` - əsas olmayan

Fəssad – qan alan, cərrah, dəllək

Fəttan – fitnəçi, fəsad salan

Fikar – yaralı, dərdli; hali-fikarimiz – müsibətimiz

Filməsəl – misal üçün

Firqət – ayrılıq

Firdövs – bağça, cənnət bağçası

Firistadə - göndərilən, elçi

Fisk – pis iş

Fitadə - düşmüş

Fitrət – yaradılmış

Fitri – təbii; vədieyi-fitri – təbiətin verdiyi qabiliyyət, məharət

Fi`lükə fi`lül-həram – sənin işin haramdır

Fövq – yuxarı, üst

Fövt – məhv olma, yox olma

Fuad – ürək, qəlb, könül

Fulad – polad

Füqdan (fiqdan) – yoxluq, olmama

Füzəla – fazil adamlar

Füzun – çox, artıq

Füyuz (Füyuzat) – feyzlər, bərəkətlər, mənəvi zövqlər

Fülus – xırda

Füruq – işıq, şölə, nur

Füruzan – parlayan

Fürumayə - alçaq, nacins

Füruxtetmə - satma

Füruş – satma, satış

Füsəha – fəsih danışanlar

Füsun – cadu, sehr; hiylə

Fütüvvət – comərdlik, səxavət

Füccar - əxlaqsız, tərbiyəsiz

 

X

Xab – yuxu

Xabgah – yataq yeri

Xavər – şərq

Xazin – xəzinəçi

Xak – torpaq; mülk, yer

Xakdan – yer, dünya, ərz

Xali – boşxalisə - xüsusi əmlak

Xamə - qələm, yazı aləti

Xamtəmə - tamahda xamlıq edən

Xamuş (etmək) – sakitləşdirmək; söndürmək

Xanəsuz – ev yandıran

Xar – 1. həqir, zəlil 2. tikan

Xasan – xaslar, seçmə şəxslər

Xass – məxsus, xüsusi

Xasüam – hamı, bütün xalq

Xatəm – üzük, möhür

Xatun – qadın, xanım

Xah – istər

Xaşak – çör-çöp

Xədəng – ox

Xələt – rüşvət

Xəl` - təxtdən salma

Xəm - əyri, bükük

Xəmsə - beş; qitaəti-xəmsə - beş qitə

Xəndənak – gülən, sevinən

Xər – eşşək, uzunqulaq

Xərid – alma, satın alma

Xərgah – böyük adamların çadırı

Xəsm – düşmən, yağı

Xətm – bitirmə, sona çatdırma

Xətti-xam – bişməmiş

Xəfa – gizlilik

Xidarət – tənbəllik, kahallıq

Xidəmat – xidmətlər

Xizlan – köməksiz, adamsız

Xiyş – özü; xiyşu-təbar – özü və nəsli

Xilqət – yaradılmış; vasiteyi-xilqəti – yaranmasına, doğulmasına vasitə, səbəb

Xirəsaz – bulandıran

Xisal – xislətlər, təbiət

Xıs – tər, yaş

Xoşbəyan – şirin dilli

Xövf – qorxu

Xub – yaxşı

Xubru – gözəl üzlü

Xudanəkərdə - Allah eləməmiş

Xudapəsəndanə - Allaha xoş gedən

Xudsər – özbaşina öz bildiyini edən

Xun – qan; qərqi-dəryayi-xun – qan dənizinə batmaq və ya batırmaq

Xunindil – dərdli

Xunxar – qaniçən, vəhşi

Xuram – sallana-sallana gəzmə, naz ilə yerimə

Xurd – yemə, yemək

Xurşid – günəş

Xüzu – təvazö, itaət

Xülqən - əxlaqca

Xüldzar – cənnət

Xülus – təmizlik

Xüms – beşdə bir

Xümud – sönük, sönüklük

Xürrəm – şad, sevincli

Xürsənd – razı salma

Xüruşan – bağırtılı

Xüsr – ziyan

Xüftə - yatmış, qaranlıq

Xüşk – quru

Xüşkə möminlik – təmənnasız, öz xərcinə möminlik etmə

Xüşu – alçaq könüllülük, təvazö

 

H

Hadi – doğru yol göstərən

Hadisat – hadisələr, əhvalatlar

Hazaküfür – bu küfrdür

Haziran – hazır olanlar, indikilər

Haiz – sahib olma

Hayım – mat, heyran qalan

Hakəzə - habelə, həmçinin

Hali – anlaşılan; sevilən

Hatif – qeybdən gələn səs

Heykəl – cindən, bədnəzərdən qorumaq üçün uşaqların boynuna asılan dualı, muncuqlu asqı

Həba – boş şey; əbəs

Həbbə - dən, dənə

Həbbi-səlatin – dərman bitkisi, kinə otu

Həvadis – hadisələr, vaqiələr

Həvam – həşarət



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info