Qonaq Kitabı
LÜĞƏT

Səmavat – səmalar, göylər

Səmən – yasəmən gülü

Səmər – meyvə, məhsul, fayda

Səmin – bahalı; dürri-səmin – çox qiymətli inci

Səmrimək – kökəlmək

Səna – dua etmə; acı bitkidən dərman

Sənaxan – tərifləyən

Səng – daş

Səngdil – daşürəkli, insafsız

Səpələng – yaltaqcasına; nökər

Sər – baş; /Sürünən, oyan-buyana qaçan

Səra – 1. ev, yaşayış yeri. 2. yer, torpaq, səmanın müqabili

Sərapa – başdan-ayağa, bütün

Sərbaz - əsgər

Sərbülənd – başı uca

Sərvər – başçı, rəis

Sərd – soyuq

Sərdadə - başını vermiş, özünü qurban etmiş

Sərzəniş – qınama, tənə

Sərir – təxt

Sərih – doğru

Sərəncam – bir işin sonu, başa gəlməsi

Sərəfkəndə - başı əyilmiş

Sərkəş – baş qaldıran // S. (olmaq) – böyümək; məşhur olmaq

Sərmühərrir – baş redaktor

Sərriştə - ipin ucu

Sərtib – polkovnik

Sərü saman – var, mal mülk

Sətvət – şiddətli hücum

Səfanişan – səfagətirici, zövqverici

Səfara – səfdə düzülmüş (qoşun)

Səfhə - ölkə, vilayət; tərəf, üz

Səxt – bərk, qatı

Səhab – bulud

Səhi – həyat, meydan, ortalıq

Səhhətyab olma – sağalmaq

Səcaya – səciyyələr, xarakter

Səfəs - ərəblərdə heç bir lüğəti mənası olmayan, əlifba öyrənmək üçün uydurulmuş və əlifbanın bütün hərflərini əhatə edən səkkiz sözdən biri. Qərəşət və əbcət də belədir.

Sibyan – kiçik oğlanlar, oğul uşaqları

Siyyəma – hələ, xüsusilə

Siyər – xasiyyət

Silal – səllin cəmi; səll – səbət, çanta; dilənçi çantası

Silə - bir əsər, şer üçün alınan mükafat, hədiyyə

Sim – gümüş, gümüş pul

Simat – nişanlar, əlamətlər

Simbədən – gümüş bədənli

Sinan – mizraq, nizə

Sinin – illər

Sinni-sal – yaşlı, yaş

Siparə - Quranın otuz cüzündən hər birisi

Sipas – şükür

Sipah – ordu

Sirqət – oğruluq. Sirqəti-şer edənə qəti-zəban lazımdır – özgənin şerini oğurlayanın dilin kəsməli.

Sirət – xalq; yaşayış tərzi

Sitarə - ulduz

Siccil – guya cəhənnəm odu ilə bişmiş palçıqdan daş növü

Sovq – bazar, meydan

Sövgənd – and

Sövm – oruc

Su – tərəf, səmt, yan

Sual – dilənmə

Sud – fayda, xeyir

Suz – yanma

Suzan – yanan; yandıran

Sur – şadlıq; toy; boru, nəfəsli çalğı aləti

Su` - yamanlıq, pislik

Süal – dilənmə, dilənçilik

Sübül – yollar; hadiyi-sübül – doğru yol göstərən

Sümmə - sonra

Sürur – şadlıq, fərəh

Sürud – nəğmə

Sürx – qırmızı, al

Süturan – at, dəvə (minik, yek heyvanları)

Süubət – çətinlik

Süxəndan – yaxşı danışan

Süha – ulduz adı

Sühulət – asanlıq

Sücud – səcdə

 

T

Tab – qüvvət,

Tabavər – dözümlü

Taban etmək – işıqlandırmaq

Tabəkey (takey) – nə vaxta qədər?

Tabəndə - parlaq

Taqə-taqə - top-top (qumaş)

Taği – üsyançı, tüğyan edən

Ta əbəd – həmişə, daima

Taət – itaət

Tazinəsəb - ərəb cinsi (minik və yük heyvanları)

Tak – tənək, meynə

Taleh – pis, eybli

Talib – istəyə, tələb edən

Tannə - tamam, tam

Tar – qaranlıq, qara

Tacdar – tac sahibi, şah

Taciran – tacirlər

Tey – keçib getmə

Teyyi-rah – yollar keçmə

Teyr – quş

Təala (təali) – yüksəliş, tərəqqi

Təarüf – bir-birini tanıma

Təbar – nəsil

Təbdar – qızdırmalı

Təbəsbü sat – yaltaqcasına yalvarış, alçalma

Təbər - balta

Təbən – təbiətçi

Təbid – uzaqlaşdırma; sürgün

Təvangər – varlı

Təvərrüm – vərəmə tutulma

Təvəccüh – üz çevirmə

Təvil – uzun

Təqlid – izləmə; yamsılama

Təqrir – ifadə; vədlər

Təğsil etmə - yumaq, pak etmə

Tədənni – geriyə getmə

Təəzzür – çətinlik çəkmə

Təəyyüş – məişət, həyat

Təərrüz – sataşma

Təəşşüq – aşiq olma



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-18 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info