Qonaq Kitabı
ARŞIN MAL ALAN

 

Dura bilməm mən sənsiz.

 

 

 

(Musiqi)

 

 

 

G ü l ç ö h r ə

 

Heç kəsi mən görməzdim,

 

Sirrimi söyləməzdim.

 

Nədir aşiq bilməzdim,

 

Səni gördüm bənd oldum.

 

Elə bənd oldum, elə bənd oldum,

 

Elə bənd oldum, dilbər!

 

Dura bilməm mən sənsiz.

 

 

 

(Musiqi)

 

İ k i s i  b i r  y e r d ə

 

Kömək etdi çün ol baxt,

 

Gəldi çatdı axır vaxt.

 

Özümü bildim xoşbaxt,

 

Səni gördüm bənd oldum.

 

Elə bənd oldum, elə bənd oldum,

 

Elə bənd oldum, dilbər!

 

Dura bilməm mən sənsiz.

 

 

 

(Musiqi)

 

Ə s g ə r. Xanım, mən sənə yaraşan deyiləm.

 

G ü l ç ö h r ə. Bilmirəm, amma xoşlamışam.

 

 

 

(Musiqi)

 

 

 

Ə s g ə r. Görünür ki, doğru deyiblər ki, qəlb qəlbi istər, xanım...

 

G ü l ç ö h r ə. Mənə xanım demə, adım Gülçöhrədir.

 

Ə s g ə r. Gülçöhrə, bəs nə sayaq edək ki, atan səni mənə versin?

 

G ü l ç ö h r ə. Məni atamdan istə, verər-verər, verməz – mən özgəsinə ərə getmərəm.

 

Ə s g ə r (kənara). Çox əcəb! (Ona) Atan səni güc ilə verər...

 

G ü l ç ö h r ə. Güc ilə ərə getmərəm.

 

Ə s g ə r. Səni zor ilə apararlar.

 

G ü l ç ö h r ə. Özümü boğaram.

 

Ə s g ə r. Allah eləməsin. İndi ki, belə oldu, qoy bir yaxşı fikir edək, görüm, bəlkə bir əlac taparam; indi sən get evə, yoxsa bizi görərlər, xudahafiz.

 

G ü l ç ö h r ə. Xudahafiz! Amma onu bil ki, sözüm sözdür. (Gedir.)

 

Ə s g ə r (tək). Deyirəm, vallah, ürək elə bir olur. Yazıq qız məni xoşlayıbdır. Özü də bilmir ki, dövlətli tacirəm. Mən də qəsdən demədim ki, qoy axıra kimi qızı sınayam. Çox əcəb! İndi mən gedim, bir bəhanə ilə xalamı dəxi buraya göndərim ki, baxsın, görsün necə qız seçmişəm. (Gedir.)

 

 

 

Gülçöhrə çıxıb ora-bura baxır və sonra oturub fikrə gedir.

 

 

 

G ü l ç ö h r ə. Bu nə iş idi mən elədim. Yad oğlan ilə nələr danışdım ki, heç qıza yaraşmaz... Bilmirəm haradan gəldi çıxdı... Özü yaxşı, sözü yaxşı... Heç fikrimdən çıxmır... Ah, necə könlüm pərişan olubdur! (Oxuyur.)

 

 

 

(Musiqi)

 

 

 

Aşiq oldum necə bir tazə güli-rənayə.

 

 

 

(Musiqi)

 

 

 

Aşiq oldum necə bir tazə güli-rənayə

 

Ki, salıbdır məni o işvə ilə qovğayə. (2 dəfə)

 

Aşiq oldum (3 dəfə)

 

Necə bir tazə güli-rənayə. (2 dəfə)

 

 

 

(Musiqi)

 

 

 

Gözümün qanı ilə sinəmi al etdim kim, (2 dəfə)

 

Səbəbi sənə ola ol büti-bipərvayə, (2 dəfə)



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info