Qonaq Kitabı
ARŞIN MAL ALAN

 

S u l t a n  b ə y (kənara). Bax, mərd yoldaşın axırı belə olar.

 

 

 

Bu halda Asya, Telli və Vəli daxil olurlar.

 

 

 

S u l t a n  b ə y. Bax, budur, gəldilər. Ay qız, Asya, bu oğlana səni versək gedərsənmi?

 

A s y a (utana-utana). Bəli, gedərəm.

 

S u l t a n  b ə y. Qoçaq qızsan, Gülçöhrədən ağıllı oldun, çox gözəl, çox pakizə. (Vəli ilə Telli bir-birinə baxırlar. Vəli bərk ah çəkir.) Ədə, nə yaman ah çəkdin, bala, nə dərdin var ki?

 

Ə s g ə r. Nə dərd olacaqdır... Gülçöhrəni mənə verdin, Asyanı Süleymana verdin, xalamı özün alırsan; indi Tellini də ver ona də!..

 

H a m ı. Doğrudur, doğrudur!

 

S ü l e y m a n (Vəliyə). Hə, dedim ki, axı sən də hazırlaş.

 

S u l t a n  b ə y. Ay qız, Telli, Vəliyə gedərsənmi?

 

T e l l i (mərd-mərdanə). Bəli, gedərəm.

 

S u l t a n  b ə y. Vəli, sən Tellini alarsanmı?

 

V ə l i (utanır və birdən-birə). Bəli, alaram! (Gülür.)

 

H a m ı. Allah xeyir versin!

 

S u l t a n  b ə y. Yaxşı, balam, toylarımızı nə vaxt başlayaq?

 

H a m ı. Elə günü bu gün.

 

S u l t a n  b ə y. Hə!.. Bəs elə isə başlayaq, düzülün!

 

 

 

Cüt-cüt olub oynayırlar. Əvvəlcə musiqiyə görə ağır,

 

Sonra musiqi tezləşdikcə tez-tez oynayırlar, ta ki pərdə düşür.

 

 

 

P Ə R D Ə

 

 

 

 

 

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info