Qonaq Kitabı
SİRLƏR XƏZİNƏSİ

Dərgahına əl açan varmıdır bizim qədər?!

Gözlərindən qan saçan varmıdır bizim qədər?!

Keçməsən ” günahkarıq, bağışlasan ” günahsız,

Pənah ol pənahsıza, qoy qalmayaq pənahsız.

Nizaminin adında şərəfli adın vardır,

Qulluğuna layiqsə, ” cəlallı hökmdardır.

Alqışın nemətilə barındır, dilini aç,

Onun könül mülkünə şer”sənət nuru saç.

 

SONUNCU PEYĞƏMBƏRİN ŞƏNİNƏ

 

Varlığın lövhəsinə ilk söz yazanda qələm, ”

Əhmədin ʺəlifʺini yazıbdır onda qələm.

ʺƏlifʺ ʺheyʺi mülkünə hakim edəndən bəri,

ʺDalʺ onun boyunbağı, ʺmimʺ də ki bir kəməri.

Bu kəmər, boyunbağı edib camal sahibi,

Səadət dünyasında olub kamal sahibi.

Bu günbəz ki, kərpici saçar firuzətək nur, ”

Onun cənnət bağında tər”təzəcə turuncdur.

Turuncun adətidir: gül açmaz ilk baharda,

Meyvəsi yetişəndə gəlib çıxar bahar da.

Peyğəmbərlik bayrağı göylərə qalxan vədə

Sonuncu peyğəmbərlik verildi Məhəmmədə.

Ay ” zəbərcəd üzükdür, nurlandırır dağ”daşı,

Məhəmməd möhürüylə parlayır onun qaşı.

Dünyanın sırğasıdır adındakı hər bir ʺmimʺ,

Hər iki cahanı da edib özünə təslim.

Yer üzünə elçidir, İsatək qulu vardır,

Müjdəçi müjdəçidir, çapar da ki çapardır.

Dünyaya dərs almamış natiq kimi gəlibdir,

Dərsi ” Məsihin ʺmimʺi, Adəmdəki ʺəlifʺdir.

ʺƏnbiyaʺ kəlməsinin həm əvvəli həm sonu.

Əhdinə, vəfasına ʺəlifʺtək düz bil onu.

Varlığı ən işıqlı bir nöqtədir varlığa,

Hər sözü, hər kəlamı səslər bəxtiyarlığa.

Təkəbbür, lovğalıq da o bilmədi cahanda,

Cahandan uca başı əyilmədi cahanda.

Kəlamıyla təlimin artdı şöhrəti, şanı,

Əlçatmaz, ünyetişməz fələklərdir eyvanı.

Müqəddəs dərgahında hicabdadır nəbilər,

Müqəddəslik onunla ləkələnmək nə bilər.

Günahkarın gözləri kor qalıb qürbətdə də.

Məkkədən xərac alıb, bac alıb qürbətdə də.

Sükutu səni yaxar, göz kor olar tüstünə.

İstəyi pərdə çəkər günahların üstünə.

Ədalətlə yatırar hər qovğanı, savaşı,

Onu sevməmək olmaz, sevəni sanma naşı.

Varlıq dəyirmanını fırlandıran oxdu, ox,

Üstümüzdə ağadır, səxavəti çoxdu, çox.

Əzəliyyət dərsindən əbədilik dərs alıb,

Ürəyinə qürbətin öz çırağı nur salıb. ”

İşığıyla dolubdur günəşin qızıl tası,

Meracından Ay olub göydə hilal parçası.

Ərşdə merac gecəsi öz taxtını qurubdur.

Başına tac qoyubdur, belə kəmər vurubdur.

Gecənin səməndinə nal vurub, göyə uçub,

Nəfəsinə yer üzü dar gəlib, ” deyə uçub.

Səhərin mələkləri səkil atı gətirib,

Həsrətindən, darıxan yer üzünə yetirib.

Alapaça toxdayıb, nəfəs alır haçandır,

Nizami ” yəhərinin örtüyünü açandır.

 

PEYĞƏMBƏRİN MERACI

 

Gecənin bir aləmi o günəş göydə yandı,

Aləmi nurlandıran məşəli alovlandı.

Fələk gəcavəsinə göz olmuşdu gözüylə,

Ay, Zöhrə məşəlini gəzdirirdi özüylə.

Yeddi iqlim, altı səmt, dörd cəhət öz yerində,

Kainatın özü, də, yox oldu nəzərində.

Gündüzün ürəyini həsrəti oda yaxdı,

Gecənin qulağına vüsalı sırğa taxdı.

Düşməninin gözləri gedən zaman yuxuya,

Yuxunu cilovladı o, ülvi bir duyğu yad.

Dünyanın qəfəsində qəlbi sıxılır deyə.

Uçdu könlünün quşu səssiz”səmirsiz göyə.

Qanad salıb dayandı qulluğunda mələklər.

Sevincindən bilmədi heç neyləsin fələklər.

Ruhu qanadlı quşdu, canı ona qəfəsdi,

Qəlbini qəlbimizə tay eləmək əbəsdi.

Mübarək qədəmini haraya ki basardı,

Hər tağ onun önündə uçan qala, hasardı.

Heyrətindən gəlmişdi vəcdə iki cahan da,

Baş əyib eləyirdi səcdə iki cahan da,

Ayağı toxunduqca uça”uça pilləyə,

Hər dəfə ucalırdı uca”uca pilləyə.

Yelqanadlı köhləni arxada qoyub uçdu.

Atının tərliyini mələklər göydə qucdu.

Kainat dəryasında oldu parlaq bir inci,

O inciylə parladı göyün tacı birinci.

Torpağın öküzündən dür qapdı göy öküzü,

Gecənin gövhərilə güldü zülmət göy üzü.

Bu səfərdə göylərdən töhfə aldı, bac aldı.

Cövzadan kəmər aldı, Xərçəngdənsə tac aldı.

Sünbül döndü, ətirli, təravətli sünbülə,

Əsədin pəncəsinə qolazlandı Sünbülə.

Gecənin siqlətini ölçməkdimi qərəzi?

Zöhrə onu çəkirdi əllərində Tərəzi.

Çəkməyə daşı yoxdu, necə çəkəydi Mizan?!

Siqlətinə mat qalıb ona baş əydi Mizan

Zanbaqtək quyruğuna zəhər dolub Əqrəbin,

Süsənbər zəhərini kəsən olub Əqrəbin.

Kamanın oxu süzüb yayındı başqa yana,

Dönmədi otlağında Oğlağın, bağrı qana.

Günəş camallı Yusif Dol içində oturdu,

Qəlbi Yunis qəlbitək Balıq qarnında vurdu.

Həməlin sinəsində qurdu Sürəyya taxtı.

Gül”çiçəyin ordusu düzə axdı, nə axdı.

Yüksək cəlallı bağın, gülü hər yanı sardı,

Yer üzü çiçəkləri sayrışan ilk bahardı.

Gecə gündüzə döndü göydə günəşmi güldü?

Xəzan bilməz baharda sərvə dönən bir güldü.

Nərgizli, güllü bağda ürəyi də axmadı.

Sürməli nərgiz gözü bir gülə də baxmadı.

Yeddi göyün hikməti ona bəlliydi daha,

Mübarək qədəmini basmalıydı dərgaha.

Yırtdıqca ulduzların pərdəsini ayağı

Mələklərin çiynində dalğalandı bayrağı.

O ənbər nəfəsindən gecə bilmədi məlal.

Atının dırnağından bir nala döndü hilal.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-41 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info