Qonaq Kitabı
ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

Yanan da mən, yaman da mən.

 

Yanan yerdən tüstü çıxar.

 

Yanında igid olsun, kol dibi evin olsun.

 

Yatma tülkü daldasında qoy yesin aslan səni.

 

Yaxşı at nalı gözlər, yaxşı igid dalı.

 

Yaxşı dostu yaman gündə sına.

 

Yaxşı igid dayısına çəkər, xatın qız xalasına.

 

Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın.

 

Yeddi ayda bir qarış, bir ayda yeddi qarış.

 

Yeməyə kömək, işləməyə də kömək.

Yeməyin qulu, işləməyin xəstəsi.

 

Yel aparan yelinki,

Yerdə qalan mənimki.

Yeməkdən ümid yaxşıdır.

 

Yeməklə dost olan illərlə küsülü qalar.

 

Yemə namərd çörəyini, axırda başına vurar.

 

Yerin də qulağı var.

 

Yerlərdir Ò»aman yerlər,

Görünməz oldu ellər.

 

Yer oturan adamla şərəflənər.

 

Yersiz gəldi, yerli qaç.

 

Yiyəsinə baxıb atın nallayarlar.

 

Yıxılan ağaca balta çalan çox olar.

 

Yıxılanı vurmazlar.

 

Yoldan çıxanı yol vurar.

 

Yoldaşını nişan ver, özünü tanıt.

 

Yorğanına bax, ayağını uzat.

 

Yurddan çıxsan da, eldən çıxma.

 

Yuxarı başda yer yoxdur, aşağı başda da oturmur.

 

Yuxarı evə baxıb, aşağı evi yıxma.

 

Yüz ölç, bir biç.

 

Yüyürək at özunə qamçı vurdurmaz.

 

Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır.

 

Yükünü yığdı təpəyə, elə arxa çevirdi.

 

***

 

Kamil bağban çəkər bağın səfasın.

 

Kasıblıq eyib deyil, oğurluq eyibdir.

 

Kasıb öləndə molla xəstə olar.

 

Keçənə güzəşt deyərlər.

 

Köçən yurdun qədrini, düşən yurdda bilərlər.

 

Keçi can Ò»ayında, qəssab piy Ò»ayında.

 

Keçmə namərd körpüsündən, qoy aparsın sel səni.

 

Kələk ilə gələn, külək ilə gedər.

 

Kişinin sözü bir olar.

 

Kim əkdi, kim becərdi, kim dedi bağ bizimdir.

 

Kiminin əvvəli, kiminin axırı.

 

Kifirə sabun, dəliyə öyüd neyləyər.

 

Kiçikdən xəta,

Böyükdən əta.

 

Kişi sözü üzə deyər.

 

Kişi tüpürdüyünü yalamaz.

 

Kişini tez qocaldar axşamdan yatan arvad.

 

Kişinin özünə baxma, sözünə bax.

 

Kişiüzlü arvaddan, arvadüzlü kişidən Ò»əzar.

 

Kor kor, kor gör.

 

Kor tutduğun buraxmaz.

 

Könülsüz işin axırı olmaz.

 

Köpəyin qarnı tox gərək.

 

Kötük üstündə çox budaqlar doğranıb.

 

Köpək araba kölgəsində yatar, elə bilər öz kölgəsidir.

 

KöÒ»nə kəndə təzə nırx qoyur.

 

Kulək kimi Ò»ərdən bir tərəfə əsmə.

 

***



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info