Qonaq Kitabı
ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

 

Ac toyuq yuxuda darı görər.

 

Acıqla iş görən zərər çəkər.

 

Acın imanı olmaz, toxun gümanı.

 

Aşığın molladan, mollanın da sazdan zəÒ»ləsi gedər.

 

***

 

Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.

 

Bağbanın könlü olsa, nə gəlib bağda bara.

 

Bağa qınından çıxdı, qının bəyənmədi.

 

Bazarın bazar, qadam sənə mərdüməzar!

 

Bal tutan barmaq yalar.

 

Balıq istəyən özünü suya vurar.

 

Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.

 

Baxmaqla öyrənmək olsa, it də qəssab olar.

 

Bacarana can qurban.

 

Başını keçəl eləmə,

Hər keçəlin taleyi bir olmaz.

 

Bacarıq ağlın nişanəsidir.

 

Başa dil gətirəni, el gətirə bilməz.

 

Baş-başa verməyincə, daş yerindən qalxmaz.

 

Başbilənsiz iş olmaz.

 

Başı daşa dəyməyincə, ağlı başına gəlməz.

 

Başına gələn başmaqçı olar.

 

Başından böyük danışma.

 

Başını yarıb, ətəyinə qoz tökür.

 

Belə otlayan idin, niyə arıq düşdün?

 

Beşdə alacağın yox, üçdə verəcəyin.

 

Beş günün yarağı, bir günün gərəyi.

 

Bədəsili başa çəkərsən, sürüşüb ayağa düşər.

 

Bədəsil əsil olmaz, boyunca qızıl qala.

 

Bəy verən atın dişinə baxmazlar.

 

Bəylə bostan əkənin tağı çiynində bitər.

 

Bənnasız divar Ò»örülməz.

 

Bərəkət Ò»ərəkətdədir.

 

Bizim evdə də bir gün bayram olar.

 

Bekarlıq korluq (aclıq) gətirər.

 

Bildiyindən danış, bilmədiyin səni güdaza verər.

 

Bildiyini babasına da verməz...

 

Bilmədiyini biləndən sor.

 

Bilməmək eyib deyil, soruşmamaq eyibdir.

 

Bir ağızdan çıxan min ağıza yayılar.

 

Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı.

 

Bir ac qudurar, bir yalavac.

 

Bir buğda əkməsən, mın buğda biçməzsən.

 

Bir versən bir də istər,

Yatmağa yer də istər.

 

Bir vurmaqla ağac yıxılmaz.

 

Bir qəlbi ki tikə bilmirsən, niyə yıxırsan?

 

Bir qorxaq bir ordunu bada verər.

 

Bir dadanandan qorx, bir qudurandan.

 

Bir daş altda, bir daş üstdə.

 

Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi.

 

Bir doğru ki, yalana oxşadı, onu deməzlər.

 

Birə bir deyiblər, birə iki deməyiblər.

 

Bir əldə iki qarpız tutmaq olmaz.

 

Bir ziyandan min böÒ»tan doğar.

 

Bir igid qırx ildə meydana gələr.

 

Birisi minə bağlıdır, mini də birə.

 

Bir işi qurtarmamış, o biri işdən yapışma.

 

Bir işi başlamağa çalış, özü qurtarar.

 

Bir yeyərəmdən qorx, bir də yemərəm deyəndən.

 

Bir gözü alça dərir, bir gözü gavalı.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info