Qonaq Kitabı
ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

 

Tez duranla tez evlənən uduzmaz.

 

Təkədə qoç Ò»ünəri olmaz.

 

Tək əldən səs çıxmaz.

 

Tənbəl deyər: «Bu gün oynaram, sabaÒ» oxuyaram».

Çalışqan deyər: «Bu gün oxuyaram, sabaÒ» oynaram».

 

Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.

 

Tənbəllik azar artırar, işləmək canı saf eylər.

 

Tikan olub ayağa batınca, gül ol, yaxaya sancıl.

 

Toydan sonra nağara, xoş gəldin, Bayram ağa.

 

Toyun əvvəlinə getmə, axırına da qalma.

 

Tor atan balıq tutar, nə böyüyü, nə kiçiyi.

 

Torpaqda itki olmaz,

Kötüksüz bitki olmaz.

 

Torpaq deyər: «Öldür məni, dirildim səni!»

 

Tula itdən də murdar.

 

Tutub ucundan, gedir ucuzluğuna.

 

Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoyalar.

 

***

 

Uzaqdan baxana döyüş asan gələr.

 

Uzaqdan zurna səsi xoş gələr.

 

Uman yerdən küsərlər.

 

Ustadına kəc baxanın gözlərinə qan damar.

 

Usta görməyən şagirdin gözü əllərdə qalar.

 

Ucuz ətin şorbası olmaz.

 

Uçan damın böyüklüyü, bünövrəsindən bilinər.

 

Uşaq atadan yox, anadan yetim qalar.

 

Uşaq atasını hamıdan güclü bilər.

 

Uşağa buyur, ardınca yüyür.

 

Uşağa uşaq deyiblər, böyüyə böyük.

 

Uşaq evin yaraşığıdır.

 

Uşaq gördüyün götürər, eşitdiyini deyər.

 

Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar.

 

Uşaq sözün düzünü deyər.

 

***

 

Üstü bəzək, altı təzək.

 

Ürək götürməyəni əl götürməz.

 

***

 

Fələyə bel bağlama, fələk quyu qazandır.

 

Fələyin qaydasıdır, dağı çəkər dağ üstdən.

 

Fələk güclü, mən gücsüz.

 

Fikirdən iti gedən şey yoxdur.

 

***

 

Xalam bildi, aləm bildi.

 

Xəstə tələsər, armud vaxtında dəyər.

 

***

 

Halva-Ò»alva deməklə ağız şirin olmaz.

 

Haray, üzülən canım,

İpə düzülən canım.

 

Hazırın naziri.

 

Hamam suyu ilə özünə dost tutur.

 

Haram malın bərəkəti olmaz.

 

Heç kəsin çırağı axıracan yanmayıb...

 

Heç bilmir Ò»arda bişib, deyir bir çömçə də bəri ver.

 

Hələ quyruğu qapı arasında qalmayıb.

 

Həyasızdan Ò»ayanı saxla.

 

Həmnişinin bab ilə,

Görən desin Ò»abelə.

 

Hər işi tutdum, insafı əldən qoyma.

 

Hər kəs nə eləsə, özünə elər.

 

Hər parıldayan qızıl olmaz.

 

Hər saatın bir Ò»ökmü var.

 

Hərzəkar ağız başa yumruq vurdurar.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info