Qonaq Kitabı
ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

 

İgidlik ondur: birl zordur, doqquzu fənd.

 

İgid oğul duşmənə əyilməz.

 

İgid odur atdan düşə atlana,

İgid odur Ò»ər yaraya qatlana.

 

İgid ölər adı qalar: müxənnətin nəyi qalar?

 

İgidin igiddən nəyi artıqdır? - EÒ»tiyatı.

 

İgid arxasında igid gizlənər.

 

İgid ağzını açmaz, əlini açar.

 

İgid qovğasız olmaz.

 

İgid igidə xor baxmaz.

 

İgid ilqarından, dəvə ovsarından.

 

İgidin başı qalda gərək.

 

İgidin əli işdə gərək.

 

İgidin yaraşığı sılahdır,

 

İgidin süfrəsi açıq olar.

 

İgidin ürəyi Ò»aça olar.

 

İlqarı olmayanın imanı da olmaz.

 

İnsan ölər, söz qalar.

 

İnsan olmayan insan qədrin nə bilər?!

 

İnək bir, sağan iki.

 

İnsan istəsə dağı dağ üstə qoyar.

 

İstəyirsən bol çörək - al əlinə bel, kürək...

 

İstədi qaşın qayıra, vurdu gözun çıxartdı.

 

İstədi çıxa dağ başına, daş düşdu sağ başına.

 

İstəyənin bir üzü qara, verməyənin iki üzü.

 

İstək gözdə olar, məÒ»əbbət ürəkdə.

 

İstərəm dosta varam, əlim boş, üzüm qara.

 

İt dəmirçi dükanından nə aparar?

 

İt də getdi, ip də getdi.

 

İtdən çox çarıq aparan olmaz, yenə ayağı yalındır.

İtin duası müstəcəb olsaydı, göydən yerə ət yağardı.

 

İçdin üzüm suyunu,

Tökdün üzün suyunu.

 

İş saqqala qalsa, keçiyə də axund deyərlər.

 

İşi başlayan yarıda qoymaz.

 

İşlək at arpasını artırar.

 

İşləməyən dişləməz.

 

İşləmək dərdindən yeməyə həsrət canım,

 

İşləməyən dəmiri pas tutar.

 

İş insanı safa çıxardar.

 

İş ustasından qorxar.

 

İşini möÒ»kəm tut, qonşunu oğru tutma.

 

İş insanın cövÒ»əridir.

 

***

 

Yağ yağa qarışdı, yarmalar yavan qaldı.

 

Yağışdan çıxdıq, yağmura düşdük.

 

Yağmasan da gurulda.

 

Yazda çalan qışda oynar.

 

Yalan ayaq tutar, yeriməz.

 

Yalan danışan Ò»amını qanmaz bilər.

 

Yalan ilə dünyanı gəzmək olar, qayıtmaq olmaz.

 

Yalan ki var, doğrunun quludur.

 

Yalan söz üz qızardar.

 

Yalançını mənzilinədək qov!

 

Yalançının evinə od düşdü, Ò»eç kəs inanmadı.

 

Yalançının üzü qara olar.

 

Yalançının Ò»afizəsi olmaz.

 

Yalançı tamaÒ»karı aldadar.

 

Yalvarmaqdan sözdən olduq, gözləməkdən gözdən.

 

Yaman dil başa bəladır.

 

Yaman yeyənin olsun, yaman deyənin olmasın.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info