Qonaq Kitabı
ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

Dil yarası qılınc yarasından yamandır.

 

Dil ürəyin açarıdır.

 

Dinəndə pis olur, dinməyəndə dərd kəsir.

Dini yeyib, imanını dalına alıb.

 

Diriyə Ò»ay verməz, ölüyə pay.

 

Diş tutmayanı, dodaq tutmaz.

 

Dığ-dığ adamı azara salar.

 

Dovşanı araba ilə tutur.

 

Doğma yurd şirin olar.

 

Doğru danışanın papaqı yırtıq olar.

 

Doğru dostluq ğərəzsiz olar.

 

Doğru elə bilər Ò»amı doğrudur.

 

Doğru yalanı qovar.

 

Doğruya zaval yoxdur, çəksələr min divana.

 

Doğruluqla dost qapısın dolan gəl, öz evin kimi.

 

Doğru söz acı olar.

 

Doğru sözdən xəta gəlməz.

 

Doğru söz dəmiri dələr.

 

Dolunu yeyib, boşa təpik atır.

 

Dost başa baxar, düşmən ayağa.

 

Dost dost ilə tən gərək,

Tən olmasa gen gərək.

 

Dost dosta yaman gündə gərəkdir.

 

Dost ziyankar olmaz, ziyankar da dost olmaz.

 

Dost yaman gündə tanınar.

 

Dost yolunda boran olar, qar olar.

 

Dost yolunda can qurban.

 

Dostluqla tutub, düşmənliklə yıxma.

 

Dost min isə azdır, düşmən bir isə çoxdur.

 

Dostun versə qum,

Al ovcunda yum!

 

Dözən döş yeyər.

 

Duzu yeyib, duzqabını sındırır.

 

Düzdə gəzdi Ò»ərləndi.

Gəldi dağa dirəndi.

 

Düzlük xoşbəxtliyin açarıdır.

 

Düzlük uzanar, qırılmaz.

 

Düz sözə boynum qıldan nazikdir.

 

Düşmən zəif olsa da, eÒ»tiyatı əldən vermə.

 

***

 

Ev alma, qonşu al.

 

Ev bizim, sirr bizim.

 

Eyibli öz eybini bilsə, başına kilim örtər.

 

Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.

 

El ağzını bağlamaq olmaz.

 

El ağzı faldır.

 

El arxası çəmən olar.

El atan daş dağdan aşar.

 

El atan daşa güc düşməz.

 

El tutanı ər tutar,

Ər atanı el atar.

 

El qapısı Ò»əm gec, Ò»əm güc açılar.

 

El bir olsa, zərbi kərən sındırar.

 

El dəlisini çölə atmaz.

 

El elə dayanıb, tənbəl indi oyanıb.

 

El elə sığışar, ev evə sığişmaz.

 

El elin aynasıdır.

 

Elə arxalanan igidin arxası yerə dəyməz.

 

Elə bilir yuxa arasında Ò»alva var.

 

Elə elə ki, nə şiş yansın, nə kabab.

 

Elə yerdə otur, altına su çıxmasın.

 

Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.

 

Eli dağlamaq olmaz,

Ağzın bağlamaq olmaz.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info