Qonaq Kitabı
ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

 

Namərd gəlib mərd olmaz, boyunca qızıl qala.

 

Namərdə tuş gələnin işi düyünə düşər.

 

Neylərəm qızıl taxtı, bir qızıl baxtım olsun.

 

Nə qoyuna gedər, nə qapıda Ò»ürər.

 

Nəğdi qoyub, nisyə dalınca düşmə.

 

Nə doğrarsan aşına, o çıxar qaşığına.

 

Nə əkərsən, onu biçərsən.

 

Nə yada sirrini ver, nə namərdə bel bağla.

 

Niyyətin Ò»ara, mənzilin ora.

 

Od düşdüyü yeri yandırar.

 

Od yanan yerdən işıq gələr.

 

Oddan kül törər, küldən nə törər?

 

Oynamaq bilmir, deyir yerim dardır.

 

On dəfə eşitməkdən, bir dəfə görmək məsləÒ»ətdir.

 

Onun üzu, dəvənin dizi.

 

Ot kökü üstə bitər.

 

Oxunu atıb yayını gizlədir.

 

***

 

Övlad ya ataya oxşar, ya anaya.

 

Öz anasını sevməyən özgə anasını sevməz.

 

Özgə evində koxalıq eləməzlər.

 

Özgə atına minən tez düşər.

 

Özgə buzovunu güdənin çatısı əlində qalar.

 

Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar.

 

Özgəyə quyu qazan özü düşər.

 

Özgəsinə göz qoyan özününkünü itirər.

 

Özgənin sözünu sənə deyən, sənin də sözünü özgəyə deyər.

 

Öz gözündə tirı görmür, özgə gözündə qıl axatarır.

 

Ölər Koroğlu, getməz bu yurddan.

 

Ölüdən də pay istəyir.

 

Ölünü öz başına qoyarsan, vurar kəfənin yırtar.

 

Ölmə eşşəyim ölmə, yaz gələr yonca bitər.

 

Örtülü bazar, dostluğu pozar.

 

***

 

Pay verdi, dalınca xəbər göndərdi.

 

Papağını məscidə atsan dalınca getməz.

 

Paxıl artmaz.

 

Paxıl olmasan, dərdin olmaz.

 

Peyğəmbər əzvəl öz canına dua eləyib.

 

Pis iş mərdə ar olar,

Namərd gözu dar olar.

 

Pis günün ömru az olar.

 

Pişiyin ağzı ətə çatmayanda deyər iy verir.

 

Pişiyi bağlayıb süfrə açır.

 

Pul verməz, can verər.

 

Pusquda oturan yatmaz.

 

***

 

RaÒ»atlıq istəyən adam kar, kor gərək.

 

Rast gəlməyən işə peşman olma.

 

RəÒ»mət düzənə, lənət pozana!

 

Rəngimə bax, əÒ»valımı xəbər al!

 

Ruzinin gələn vaxtı köpəyi yuxu tutar.

 

Rüşvət cəÒ»ənnəmi işıqlandırır.

 

***

 

Savadsız adam kor kimidir.

 

Samanlıqda iynə axtarır.

 

Sayanın quluyam, saymayanın ağası.

 

Saman sənin deyil, samanlıq ki sənindir.

 

Səbrinən Ò»alva bişər, ey qora səndən, bəsləsən atlaz olar tut yarpağından.

Sən ağa, mən ağa, inəkləri kim sağa.

 

Sən vurmadın, mən yıxmadım, bəs nə oldu?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info