Qonaq Kitabı
ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

 

Hər ağac öz dibinə kölgə salar.

 

Hər quşa öz yuvası doğmadır.

 

Hər kəsə öz vətəni əzizdir.

 

Hər kəsi el istəsə, bülənd olar, ucalar.

 

Hər yerindən duran özünü peyğəmbər sayır.

 

Hər oxuyan Molla PənaÒ» olmaz.

 

Hər şeyin təzəsi, dostun köÒ»nəsi.

 

Hər aydınlığın bir qaranlığı var, Ò»ər qaranlığın da bir aydınlığı.

 

Hər arzu yerinə yetməz.

 

Hər quşatan ovçu Pirim olmaz.

 

Hər deyilənə inanmazlar.

 

Hər işin öz yeri, Ò»ər sözün öz məqamı var.

 

***

 

Çala-çala çalağan olar.

 

Çalışqan əl nəyə dəysə qızıl olar.

 

Çarx dolanır, gün keçir.

 

Çatana çatır, çatmayana bir daş atır.

 

Çıxmayan cana ümid çoxdur.

 

Çobanın meyli olsa, təkədən pendir tutar.

 

Çox qarışqa bir şiri öldürər.

 

Çörəyi ver çörəkçiyə, bir çörək də ustəlik.

 

Çörək itirən çörək tapmaz.

 

Çox bilirsən, az danış.

 

Çox bilib az danışmaq igidin ləngəridir.

 

Çox bilən quş dimdiyindən cələyə düşər.

 

***

 

Canavardan qorxan meşəyə girməz.

 

Canavarın nə qocası, nə cavanı.

 

CəÒ»ənnəmə gedən özunə yoldaş axtarar.

 

Cəfa çəkməyən səfa görməz.

 

CəÒ»rə əyirsən, don yiyəsi olarsan.

 

Cücəni payızda sanarlar.

 

***

 

Şadlığına şitlik eləmə.

 

Şaftalı tabağı kimi ortada durma.

 

Şərti şumda kəs, xırmanda şana-kürək sınmasın.

 

Şirin dil ilanı yuvadan çıxardar.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info