Qonaq Kitabı
ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

 

Bir gün duz yediyin yerə, qırx gün salam ver.

 

Bir misqal dilini qoyub, bir batman başı ilə danışır.

 

Bir su ki girdi qaba, oldu içməli.

 

Birlik Ò»arada, dirilik orada.

 

Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.

 

Bir nahaqdan qorun, bir də köpəkdən.

 

Bir tikəni bilməyən, min tikəni də bilməz.

 

Bitmiş işdən gül iyi gələr.

 

Bığdan götürüb, saqqala qoyur.

 

Boyunduruq bilir, öküz nə çəkir.

 

Bol çörəyin yoxdur, şirin dilin olsun barı.

 

Boşdan bir çıxar, bərkdən iki.

 

Boş çanağı vurur dolu çanağa.

 

Böyük danışanda kiçik susar.

 

Böyük danışanı kiçik götürər.

 

Böyüyə Ò»örmət vacibdir.

 

Böyüyun sözündən çıxmazlar.

 

Böyük sözünə baxmayan baxımsız qalar.

 

Böyük tökəni kiçik yığar.

 

Bu arxa bir su gəlib, ümid var bir də gələ.

 

Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!

 

Buğda göstərir, arpa satır.

 

Buğda çörəyin yoxdursa, buğda dilinə nə gəlib...

 

Bu dünyada şirin şey bir anadır, bir vətən.

 

Bu əlin rəngi o ələ Ò»aramdır.

 

Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz.

 

Bu günün işini sabaÒ»a qoymazlar.

 

Burda mənəm, Bağdadda kor xəlifə.

 

Burnun girməyən yerə başını soxma.

 

Bu uşaqlıq deyil, şıltaqlıqdır.

 

Bülbülü saldılar qəfəsə dedi:

“Ay vətən, ay vətən”,

Buraxdılar, qondu tikan koluna, dedi:

“Can vətən, can vətən”.

 

***

 

Varlılığa tələsən, yoxsulluğa tez düşər.

 

Vəz oxumaq asan işdir, əməl eləyən gərək.

 

Vəl gərək gözəl döyə, gözəldən buğda çıxa.

 

Vətəndən ayrı düşsəm, viran ollam, talannam.

 

Vətən viranə də olsa, məsəldir, məÒ»z cənnətdir.

 

Vətənə gəldim, imana gəldim,

 

Vətən Ò»əsrəti çəkdim, gözlərimə qan gəldi.

 

Vəfalı dost yad olmaz, görməsə yüz il səni.

 

Vura bilməyən daşın böyüyünü götürər.

 

Vuran igid dayısına gəyişməz.

 

Vuraram ölər, kişi deyərəm getməz.

 

Vur qırxı, gedər qorxu.

 

Vur deyənlə, vuran yarıdır.

 

***

 

Qabaq dinən bilsə ki, sonra dinən nə deyəcək, Ò»eç dinməz.

 

Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş.

 

Qabil şagird ustad olar ustada.

 

Qazan qarası gedər, üz qarası getməz.

 

Qaz vur, qazan doldur.

 

Qazı da bilir, quzu da.

 

Qazıdan qardaş olmaz.

 

Qazıya yalqız gedən razı gələr.

Qaydanı pozan peşiman olar.

 

Qayınananın gücü qızına çatar.

 

Qalan işə qar yağar.

 

Qamış ola, gomuş ola, görməmiş ola...

 

Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info