Qonaq Kitabı
ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

 

GaÒ» nala döyur, gaÒ» mıxa.

 

Gedər bağlar qorası, qalar üzlər qarası.

 

Gedər bu dövran sənə də qalmaz.

 

Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır.

 

Gədaya borclu olsan, bir toyda deyər, bir də yasda.

 

Gəlin bəzənincə, toy əldən gedər.

 

Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa.

 

Gəmidə oturub gəmiçi ilə vuruşur.

 

Goru var ki, kəfəni də ola.

 

Göz görmək üçün, ağıl bilmək üçün.

 

Gözünü qırpdın, sənin deyil.

 

Göz görmək üçün, könül sevmək üçündür.

 

Göz görmür, üz utanmır.

 

Gözü boynunun ardını görəndə...

 

Gündüz gəzər obanı,

Gecə sancar dabanı.

 

Günü günə satmazlar.

 

Gününü düyünləyib göy əskiyə.

 

Gün batdı - bat, gün çıxdı - çıx!

 

Gün çıxdı, aləm gördü.

 

***

 

Lələ köçub, yurdu qalıb.

 

***

 

Meşə çaqqalsız olmaz.

 

Mərddən bir xəta, namərddən min.

 

Mərd əli kasad olmaz.

 

Mərdi qova-qova namərd eləmə.

 

Mərd igidlər süfrə açar, ad alar.

 

Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyanbangərd olar.

 

Mərdin gözü tox olar, namərdin gözü ac.

 

Mərd mərdi qanar,

Bərkdə oduna yanar.

 

Mərd özündən bilər, namərd yoldaşından.

 

Mərd çörəyini daşdan çıxardar.

 

Məscid tikilməmiş kor əsasın dayadı.

 

Miyabçının kisəsi gen olar.

 

Milçək bir şey deyil, könül bulandırır.

 

Molla alacağın unutmaz.

 

Molla acgöz olar.

 

Molla aşı gördü, yasını yadından çıxartdı.

 

Molla bəyə qoşuldu, xalqın evi yıxıldı.

 

Molla qarınqulu olar.

 

Molladan adam,

Palıddan badam!

 

Molla dinindən dönər, danasından dönməz.

 

Molla ilə oturub-duran axırda mürdəşir olar.

 

Mollaya dedilər; «Almaqla necəsən?» Dedi: «Alıcı quş kimi».

«Verməklə necəsən?» Dedi: «Söz qəÒ»ətdir başına?»

 

Molla kitabdan kitaba salar, Ò»alal eylər, yeyər.

 

Mollanın qarnı beşdir, Ò»əmişə biri boşdur.

 

Mollanın evi onda yıxıldı ki, iki yerə vədəsi alındı.

 

Mollanın gözü dörd olar.

 

Mollanın saqqalı uzun olar, ağlı qısa.

 

Mollanın çörəyi ilə ilanın ayağı görünməz.

 

Molla tuluq zurnasıdır, qarnı dolmasa səsi çıxmaz.

 

***

 

Nadiri taxtda görüb, Süleymanı qundaqda.

 

Namərddən keç, mərddə dur.

 

Namərdə yaxa vermə, mərdə arxa ol.

 

Namərdi bir gördüm, bir də görsəm namərdəm.

 

Namərdin otağından, mərdin ağac kölgəsi.

 

Namərdin plovundan, mərdin qatıq aşı.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info