Qonaq Kitabı
ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

Alət işlər, əl öyünər,

Qılınc işlər, qol öyünər.

 

Alim olmaq asandır, adam olmaq çətin...

 

Alıcı quş dimdiyindən bilinər.

 

AllaÒ» kasıbın qənimidir.

 

AllaÒ» kərimdir, quyusu da dərindir.

 

AllaÒ»a əl çatmır, padşaÒ»a söz.

 

AllaÒ»a ümid bağlayan şamsız qalar.

 

AllaÒ»dan buyruq,

Ağzıma quyruq.

 

AllaÒ»ın adı var, özü yox.

 

AllaÒ»sız yerdə otur, böyüksüz yerdə oturma.

 

Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi çağ.

 

Alnım açıq, üzüm ağ.

 

Aman istəyənin boynun vurmazlar.

 

Ana bala ucundan canını oda yaxar.

 

Ana qarnında necə qalıbsan?

 

Ana kimi yar olmaz, vətən kimi diyar.

 

Anadan əziz yenə anadır.

 

Anadan əmdiyim süd burnumdan gəldi.

 

Analar bizi bu gün üçün doğub.

 

Analı qızın özü böyüyər,

Anasız qızın sözü böyüyər.

 

Analı quzu,

Xınalı quzu.

 

Anan, bacın kimdir? - Yaxın qonşum.

 

Ananın ərköyün oğlu Ò»ambal olar.

 

Ananın səbri tükənməz olur.

 

Anası gəzən ağacı, balası budaq-budaq gəzər.

 

Anasına bax, qızını al,

Qırağına bax, bezini al.

 

Anasızın gördüyü iş danlaqsız bitməz.

 

Anasından ayri düşən quzunu qurd yeyər. 

 

Ara sözü ev yıxar.

 

Araba qoş, çarxa dur,

Mərd igidə arxa dur.

 

Arzu bir, ümid iki.

 

Arifə bir işarə, qanmaza min toppuz.

 

Arı yeyib, namusu atıb dalına.

 

Artıq tamaÒ» baş yarar.

 

Arxalı köpək qurd basar.

 

Asılsan da uca budaqdan asıl.

 

Aslanın nə erkəyi, nə dişisi.

 

Asta vur,

Rasta vur.

 

Asta gedən yorulmaz.

 

At ət ilə, igid don ilə.

 

At ölər nalı qalar,

İgid ölər namı qalar.

 

At ölüb, itlərin bayramıdır.

 

Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.

 

Ata-anamı itirdim,

Özümü yara yetirdim.

 

Ata-ana sözünə baxmayan xoş gün görməz.

 

Ata-anasına xeyri olmayanın, elə nə xeyri.

 

Ata-ananın canı övlada bağlı olar.

 

Ataya oğul, anaya qul.

 

Ata malına göz dikən ac olar.

 

Ata olmasan, ata qədri bilməzsən.

 

Atı atası ilə tanıdarlar, qatırı anası ilə.

 

Atam ilə atanı deyincə, özüm ilə özünü de.

 

Atam kündəni sayır, anam kündədən kəsir.

 

Atan soğan, anan sarımsaq, sən Ò»ardan oldun belə gülməşəkər?

 

Axtaran tapar, yoğuran yapar.

 

Axund özü elər, özgəyə öyüd verər.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info