Qonaq Kitabı
ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

 

Qanı qan ilə yumazlar, qanı su ilə yuyarlar.

 

Qanmaza qoşulanı qanmaz çağırarlar.

 

Qanmaza Ò»örmət edərsən, deyər: - Məndən qorxur.

 

Qapan it dişin göstərməz.

 

Qapıdan qovursan, bacadan gəlir.

 

Qaraçı bir ələk verib, elə bil evə dirək verib.

 

Qarğa, qarğa, məndə qoz var.

 

Qarğa özün quş bilir, xaşıl özünü aş.

 

Qarğa cəmdək üstə yığılar!

 

Qarı düşmən dost olmaz.

 

Qarın başa bəladır.

 

Qarın qardaşdan irəlidir.

 

Qarın səndən aşağıdır.

 

Qarnı tox olan qayğısız olar.

 

Qafil yaşamaqdan ölmək yaxşıdır.

 

Qaçanı qovmazlar.

 

Qaçırılan fürsət ələ düşməz.

 

Qeyrəti olan torpağı qızıla döndərər.

 

Qəlb odur ki, qəlbindəkin deməyə.

 

Qələm qılıncdan itidir.

 

Qələm əyri yonulsa da, düz yazar.

 

Qələmin ucu, qılıncın gücü.

 

Qələm yazanı qılınc poza bilməz.

 

Qız da, oğlan da övladdır, Ò»ər ikisi bir-birindən şirin.

 

Qız evlərdə tanınar, ipək dəzgaÒ»da.

 

Qızım, sənə deyirəm, gəlinim, sən eşit!

 

Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz.

 

Qırqovul kimi başını kola soxub, elə bilir görünmür.

 

Qoyun quzusunun ayağını basmaz.

 

Qoyunu qurda tapşırıb.

 

Qonaq bu il burdadır, gələn il də sərasər.

 

Qonağa get deməzlər, altından palazı çəkərlər.

 

Qonşu qonşuya baxar,

Canını oda yaxar.

 

Qonşu qonşu olsa, kor qız ərə gedər.

 

Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar.

 

Qonşunu iki inəkli istə, özün bir inəkli olasan.

 

Qonşu iti qonşuya Ò»ürməz.

 

Qonşu payı dolu gələr, dolu gedər.

 

Qonşum sağ olsun, ocağından od verməsin.

 

Qonşu muncuğunu götürən onu ancaq gorda taxar.

 

Qonşunun toyuğu, qonşunun gözünə qaz görünür.

 

Qonşunun Ò»aqqı axirət Ò»aqqıdır.

 

Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!

 

Qorğaya öyrənən carəsiz qalmaz.

 

Qorxaq qaçar Ò»ay gəlməmiş.

Çırmanar keçməyə çay gəlməmiş.

 

Qorxaq gündə yuz yol ölər, igid ömründə bir yol.

 

Qorxaq nə zərər eylər, nə mənfəət.

 

Qorxaq öz kölgəsindən də qorxar.

 

Qorxaq Ò»ər şeyi dörd görər.

 

Qorxan gözə çöp düşər.

 

Qorxan öküz cütə getməz.

 

Qorunan baş salamat olar.

 

Qorxu adama yalan dedirdər.

 

Qorxu başa bəladır.

 

Qorxursansa pişikdən,

Niyə çıxırsan deşikdən.

 

Qoçdan qoç törər.

 

Qoç döyüşünə qoç dözər.

 

Qoç igid qurddan çəkinməz.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info