Qonaq Kitabı
ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

 

Sənə vur dedilər, öldür demədilər.

 

Sənin ipinlə quyuya girmək olmaz.

 

Sənət insan üçün xəzinədir.

 

SəÒ»ər gününə qızınmayan axşam gününə qızınmaz.

 

SəÒ»ər gedər naxıra, axşam gələr axıra.

 

Sən saydığın say, gör fələk nə sayır.

 

Sidq ilə dost olan ürəkdən də bir gərək.

 

Sirkə nə qədər tund olsa, öz qabını sındırır.

 

Siçandan törəyən kəsəyən olar.

 

Sirr açandan el qaçar.

 

Sirrini dosta demə, dostun da bir dostu var.

 

Sınan gəmiyə nə külək.

 

Soğan yeməmisən, için niyə göynəyir.

 

Sonrakı peşmançılıq fayda verməz.

 

Sorğu-sual göydə deyil, yerdədir.

 

Soruşan dağları aşar,

Soruşmayan düzdə çaşar.

 

Sözün ilə işin bir olsun.

 

Sözü asta, urəyi tasvasda.

 

Sözü at, yiyəsi götürər.

 

Sözü yaxşı anla,

Sonra qızıb banla.

 

Sözün başı axırından bilinər.

 

Sözün damarı olar, çəkdikcə uzanar.

 

Sozün də qanadı var.

 

Sözün doğrusun de, min atını çap.

 

Sözün doğrusunu zarafatla deyərlər.

 

Sözün zaÒ»iri zərif, batini lətif olmalıdır.

 

Sözün ilə işin bir olsun.

 

Sözün yalanı olmaz, yanlışı olar.

 

Sözün yaxşısı baldan şirin olar.

 

Sözünü bilməyənə aşağı başda da yer yoxdur.

 

Sözü sözdən alarlar.

 

Söz Ò»əyatın bəzəyidir.

 

Söz çeynəyən çox, söz deyən az.

 

Söyləyəndən dinləyən arif gərək.

 

Söyləyən olma, dinləyən ol.

 

SöÒ»bət ki var, bulaqdır, kəsilməsə axacaq.

 

Sözü söz kəsər.

 

Söz bir olsa, dağ oynayar yerindən.

 

Söz var el içində, söz var ev içində.

 

Söz vaxtına çəkər.

 

Söz verər, bez verməz.

 

Söz qılıncdan kəsərlidir.

 

Söz danışıqdan keçər.

 

Sözdən söz götürər.

 

Sözdən söz çıxar.

 

Söz doğar.

 

Söz insanın vuran əlidir.

 

Söz ki var, dəmirdir, vurduqca uzanar.

 

Söz götürənin, yer oturanındır.

 

Sözlə plov olmaz, yağ ilə düyü gərək.

 

Sözü məqamında deyərlər.

 

Söz odur ki, Ò»aqqa vara.

 

Söz sözün dayağıdır.

 

Söz sözü çəkər, arşın bezi.

 

Sözü ağzında bişir, sonra çıxar.

 

Su bir yerdə qalanda iylənər.

 

Suda boğulan saman çöpündən yapışar.

 

***

 

Tazıya tut deyir, dovşana qaç.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info