Qonaq Kitabı
ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

Qoçun buynuzu qoça ağırlıq eləməz.

 

Qoca başqa, qocaman başqa.

 

Qoca qurd kaÒ»asından çıxmaz.

 

Qocadan demək,

Cavandan əmək.

 

Qoca evin sütunudur.

 

Qocaya Ò»örmət elə, sən də qocalacaqsan.

 

Qocanın biliyi, cavanın biləngi.

 

Quzusuna qıymayan kabab yeyə bilməz.

 

Quyu var, suyu yox.

 

Quyuya su tökməklə quyu sulu olmaz.

 

Qulağının dibini görəndə...

 

Quranı yerə qoyarlar, çörəyi taxçaya

 

Qurbansız bayram olmaz.

 

Qurdun qonaqlığına get, köpəyi də yanınca apar.

 

Qurddan qorxan qoyun saxlamaz.

 

Qurddur, qoyun dərisinə girib.

 

Qurunun oduna yaş da yanır.

 

Quş var ətin yeyərlər, quş var ət yedirdərlər.

 

Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç.

 

Qüvvə Ò»ər şeyi, ağıl qüvvəni sındırar.

 

Qürbətdə xan olunca, vətənində dilən, gəz.

 

Dağarcığını çuval yanına qoyur.

 

Daq dağa qovuşmaz, insan insana rast gələr.

 

Dağ yeri - duman yeri,

Yurd yeri - güman yeri.

 

Dağlar başına qış,

İgid başına iş.

 

Dadanan qudurandan pis olar.

 

Daldan atılan daş topuğa dəyər.

 

Damara bax, qan al.

 

Dama-dama göl olar, axa-axa sel olar.

 

Dam dirək üstə durar.

 

Danışıq dananı qurda verər.

 

Danışmaq gümüş, danışmamaq qızıldır.

 

Danışıram pis olur,

Danışmıram Ò»is olur.

 

Dedi-qodu ev yıxar.

 

Demək olmur gözün üstə qaşın var.

 

Dedim bir ağız ağla, demədim eli güldür bizə.

 

Dedim eşidəsən, demədim öyrənəsən!

 

Deyə-deyə dilimdə tük bitdi.

 

Deyən ağılsız olsa, dinləyən ağıllı gərək.

 

Dəvə bir fikir eləsə, sarban iki fikir elər.

 

Dəvənin quyruğu yerə dəyəndə işim düzələr.

 

Dəvə yaxını otlar, uzağı gözlər.

 

Dəymişin qoyub, kalın dərir.

 

Dəli qazandı, ağıllı yedi.

 

Dəli qırmızı sevər, gic sarı.

 

Dəli dəlini görəndə çomağını yan tutar.

 

Dəlidən doğru xəbər.

 

Dəmir sürtüldükcə parıldar.

 

Dərvişin fikri nə isə, zikri də odur.

 

Dərviş yabısı Ò»ər evin yolun tanıyar.

 

Dərvişlikdən xəbəri yox, geçə-gündüz təkyə axtarır.

 

Dərviş olan dilriş olar.

 

Dərviş öz evini çiynində gəzdirər.

 

Dərdlərə dərman olub, dərmansız qalan canım.

 

Dərə xəlvət, tülkü bəy...

 

Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.

 

Dil yalançı olunca, lal olsa yaxşıdır.

 

Dil yanılar, doğrusunu deyər.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info