Qonaq Kitabı
ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

Abadan kənd tüstüsündən bilinər.

 

Abdalın qarnı doyunca, gözü qapıda qalar.

 

Abır istəsən çox demə,

Sağlıq istəsən çox yemə.

 

Abırlı abrından çəkinər, abırsız nədən çəkinər.

 

Abırsızdan abrını gözlə.

 

Avara qonaq ev yiyəsini də avara qoyar.

 

Ağa gətirər navala, xanım tökər çuvala.

 

Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm.

 

Ağac bar verəndə başın aşağı dikər.

 

Ağac dibindən su içər.

 

Ağac meyvəni dəyənə qədər böyüdər.

 

Ağac olan yerdə budaq sınar.

 

Ağac səmtinə yıxılar.

 

Ağac sınanda budaq nəyə gərəkdir?!

 

Ağac əyildi, sındı, igid əyildi, öldü.

 

Ağacı qurd içindən yeyər.

 

Ağalıq verimlədir, igidlik vurumla.

 

Ağzı əyrini boynunun ardından tanımaq olar.

 

Ağzına bax, tikə kəs.

 

Ağzına çullu dovşan sığışmır.

 

Ağzının qaytanı yoxdur.

 

Ağlı olan məscidə getməz.

 

Ağlı olan qışın qeydinə yayda qalar.

 

Ağıl ağıldan üstün olar.

 

Ağıl başda olar, yaşda olmaz.

 

Ağıl çox - pul yox, ağıl yox - pul çox.

 

Ağıllı baş Ò»ər şeydən mənfəət götürər.

 

Ağıllı qəm yeyər, ağılsız qamçı.

 

Ağıllı düşmən nadan dostdan yaxşıdır.

 

Ağıllı olan bir dəfə aldanar.

 

Ağır otur, batman gəl.

 

Adam adam sayəsində adam olar.

 

Adam aşını-işini bilməlidir.

 

Adam var ki, adamların naxşıdır,

Adam var ki, Ò»eyvan ondan yaxşıdır,

Adam var ki, dindirərsən can deyər,

Adam var ki, dindirməsən yaxşıdır.

 

Adam var gözdən qızar,

Adam var sözdən qızar.

 

Adam yanıla-yanıla öyrənər.

 

Adam yıxıldığı yerdən qalxar.

 

Adam odur ilqarından dönməyə.

 

Adam olmayan yerdə adamdır.

 

Adamın başına nə bəla gəlsə, dilindən gələr.

 

Adamın gərək dili ilə ürəyi bir ola.

 

Adamın tamarzısı,

Hər kəsin öz arzusu.

 

Adamın üzünə baxarlar, Ò»alını xəbər alarlar.

Adın nədnr? - Rəşid!

Birin de, birin eşit!

 

Adı it dəftərində də yoxdur.

 

Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq.

 

Aza qane olmayan çoxa çatmaz.

 

Azançının azanı, kor mollanın qazanı.

 

Ay doğar gədiyindən,

Utan, bir dediyindən.

 

Ay fələk, batmanı eylədin çərək.

 

Ayağı nərdivana bir-bir qoyarlar.

 

Aydan arı, sudan duru.

 

Ayı qandı, abid qanmadı.

 

Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar.

 

Al - ver deyiblər, al - vermə deməyiblər.

 

Ala itdən məşÒ»urdur.

 

Aldığını verməz, bildiyini deməz.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-16 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info