Qonaq Kitabı
ANA

 

İ z z ə t

Səhih kimdir?

 

O r x a n

Qanpoladın anası...

(Hər ikisi təkrar ağaclığa çəkilir. Bu sırada İsmət dışarı çıqıb baqınır.)

 

Səlma

(Gələrək, sevinc ilə)

İsmət! Qızım, müjdəmi ver, müjdəmi!

Bundan sonra gül, sevin, tərk et qəmi!

Şükür, çoq şükür, sap-sağlam, könlü şad!

Bu gün, yarın gəlmək üzrə Qanpolad.

 

İsmət

(Kəndisi)

Allaha şükür!..

(Aşkar)

Gəlmək üzrəmi?

 

Səlma

Hay, hay!

Yazdığından bəs bəllidir ki, bir ay,

Tamam bir ay tədarük etməkdədir;

Çoq ehtimal var ki, bu aqşam gəlir.

 

İsmət

(Heyrətlə)

Nasıl?

 

Səlma

Əvət, ya bu aqşam, ya sabah,

Qavuşturur sizi o qadir Allah.

(İsməti süzərək)

Həm də yazmış ki, söylərsən İsmətə;

Toy başlanmalıdır gəldiyim həftə!

(İsmət utanıb başını aşağı dikər)

Gəl, utanma, hifz etsin sizi Tanrım;

Gəl, öpəyim səni, gəl, quzum, yavrum!

(İsməti qucaqlayıb öpərək)

Gül rəngin afət görməsin, solmasın!

İsmət! Hiç bir günüm sənsiz olmasın!

Gəl evə, elmasım!

 

İsmət

Rüxsət versəniz

Şimdi gedib evimizə söylərim tez,

Yenə tez gəlirim; çünki anamgil

Həp müntəzirdir, kimsə rahət degil.

 

Səlma

Pəki, quzum! Get söylə, anlat bütün;

Qoy sevinsinlər, fəqət sən çabuq dön!

Çünki evdə bir az hazırlıq görək.

 

İsmət

(Gedərək)

Çoq gecikməm...

 

Səlma

Haydı get, parlaq çiçək!

 

İsmət

(Uzaqlaşaraq kəndi kəndinə)

Ah, fəqət intiqam dilərsə Orxan,

İsmət xoşbaxt ikən olur bağrı qan.

(Göyə doğru)

Ey bizi yoqdan yaradan bir Allah!

Rəhm eylə, səndən başqa yoq bir pənah.

 

Səlma

(İsmətin gedişini seyr edərək)

Ah, qızcığaz sevincindən şaşırmış;

Oğluma pək dərin bir eşqi varmış.

Bən oğul anası, o bir nişanlı;

Lakin o bəndən daha istiqanlı!

Qanpoladsız hər şey ona cəhənnəm...

Bəlkə onsuz cənnətə atmaz qədəm.

Bu qız beş gün sonra gəlin olursa,

Şu hicran qayğısından qurtulursa,

Qorqarım ki, sevincindən çıldırsın.

(Heyrətlə)

İnsan sevər, deyil ki, böylə qızğın!

(Azacıq düşündükdən sonra, gülümsəyərək)

Ah, nə yapsın! Mə’sum çocuq, mələk qız

Bir sənə var ki, qalmış yapa-yalnız.

Haqlıdır, əvət, haqlıdır İsmətim;

Bənim də həp budur duam, hacətim:

Qanpolad bunsuz, bu onsuz olmasın!

Allah bir-birindən ayrı salmasın!

(Evə girər. Orxan ilə İ z z ə t yenə görünürlər)

 

O r x a n

Ah, demək ki, Qanpoladdan xəbər var!

 

İ z z ə t

Əvət, yarın şübhəsiz gəlir, çıqar.

 

O r x a n

Zərər yoq, onu bən sağ qoysam əgər,

Dünyada yoq bəndən alçaq bir nəfər.

 

İ z z ə t

(Yana)

Mərd atalar bir məsəl söyləmişlər:

“Daldan atılan daş topuğa dəyər”.

 

O r x a n

Bir ay pusmaq lazım gəlsə ac, susuz

Bəklərim onu rahatsız, uyğusuz;

Aman verməm ki, sağ qavuşsun evə,

Nazlı yarını öpsün sevə-sevə!

 

İ z z ə t

Ah, sən niçin qandırmadın İsməti?

Niçin əlindən çıqardın fürsəti?

Bir həftə əvvəl qızı birdən-birə

Alıb qaçırsaydın başqa bir yerə.

Şimdi gözəl-gözəl sürüb keyfini,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-15 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info